Icma.az
close
up
RU
Struktur islahatlarının yeni mərhələsi

Struktur islahatlarının yeni mərhələsi

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan özünün yaxın və uzaq hədəflərini konseptual əsaslarla müəyyənləşdirir və hədəflərə çatmaq üçün  ardıcıl islahatlar həyata keçirir. Bu zaman bir sıra fundamental amillər, o cümlədən ölkənin potensialı, mövcud reallıqları, yeni qlobal çağırışlar nəzərə alınır və uğurlu koordinasiya təmin edilir.

O cümlədən institusional dəyişikliklərin həyata keçirilməsi, idarəetmə islahatları da Azərbaycanın müasirləşmə strategiyasının prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin  ötən ilin noyabr ayında imzaladığı Fərmanla “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiqlənməsi dövlət və ictimai münasibətlərdə olduqca mühüm hadisə idi. Bu siyasətin davamı olaraq dövlətimizin başçısı  20 fevral 2026-cı il tarixində “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Prezident İlham Əliyevin idarəetmə islahatları çərçivəsində imzaladığı digər iki  Fərman isə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqındadır.

İdarəetmənin optimallaşdırılması, mobilliyin və funksionallığın təmin edilməsi

Dövlət başçısının bu günlərdə imzaladığı mühüm sənədlər o reallığı ortaya qoyur ki, idarəetmə kimi həssas sahə də islahatlardan kənarda qalmamalıdır və qalmır da. İnkişafın ardıcıllığının təmin olunması və miqyasının daha da genişləndilməsi üçün idarəetmə çevik və optimal olmalıdır. Bəhs olunan Fərmanların əsas məqsədi müvafiq sahələrdə idarəetməni optimallaşdırmaqdan ibarətdir. İdarəetmənin optimallaşdırılması bir sıra mühüm amillərlə şərtlənir. Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ondan ibarətdir ki, kadrların peşəkarlığı və mənəvi təmizliyi idarəetmənin səmərəliliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi üçün çox mühüm şərtlərdir. Ölkəmizdə idarəetmənin daha da optimallaşdırılması məqsədilə bu istiqamətdə ardıcıl siyasət həyata keçirilir.

İdarəetmənin daha da optimallaşdırılmasının və səmərəliliyin artırılmasının digər mühüm şərti isə institusional çərçivələrin təkmilləşdirilməsi və müasirləşdirilməsidir.Yəni zamanında hansısa bir struktur yaradılıbsa, onun mövcudluğuna bir doğma kimi yanaşmaq doğru deyil. Zaman ötür, yeni reallıqlar yaranır və bu reallıqlara uyğun olaraq fərqli çağırışlar meydana çıxır. Təbii ki, buna uyğun qaydada strukturun çərçivələri də yenilənməlidir. İndiki dövrün tələbi belədir ki, ayrı-ayrı qurumların, necə deyərlər, şişməsinin qarşısı alınmalıdır. Strukturlar az işçi qüvvəsi ilə daha böyük işlərin həyata keçirlməsinə hədəflənməlidirlər. Mobillik, funksionallıq  mütləq qaydada təmin olunmalı, ayrı-ayrı hallarda qurumların bir-birini təkrarlamasının qarşısı alınmalıdır. Postmüharibə dövründə ölkəmizin qarşısında böyük məqsədlər dayanır. Vəsaitlər şişirdilmiş, bir-birini təkrarlayan, dəyər yaratmayan strukturların maliyyələşdirilməsinə deyil, ümummilli məqsədlərə yönəldilməlidir.

Bəhs olunan fərmanların əhatə dairəsi kifayət qədər genişdir. Dövlət başçısının imzaladığı sənədlərlə müvafiq baza əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində  “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”, “Geodeziya və Kartoqrafiya Agentliyi”, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”, “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu” kimi büdcə təşkilatlarının yaradılması nəzərdə tutulur. Eləcə də bir sıra təşkilatların birləşmə yolu ilə yenidən təşkili hədəflənib. Məsələn, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs qismində yenidən təşkil olunur.

Yeni yaradılacaq qurumların konkret vəzifələri də müəyyənləşdirilib. Müvafiq Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən, habelə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına (qurumlarına) təqdim edən publik hüquqi şəxs kimi müəyyənləşdirilib. “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs isə dünyada və regionda baş verən proseslərin təhlili, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən, habelə azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək.

Ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsinə həssas yanaşma

Dövlət başçısının müvafiq Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili strateji önəm daşıyan su təhlükəsizliyi məsələsinə son dərəcə həssas yanaşmanın ifadəsidir. Son vaxtlarda dövlət bu sahəyə böyük diqqət ayırır. Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 12-də imzaladığı müvafiq Sərəncamla “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. Eyni zamanda, həmin tarixdə dövlət başçısının sədrliyi ilə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Fərmanla təsdiqlənən struktur islahatları da bu siyasətin davamıdır.

Dövlətin su təhlükəsizliyinə həssas yanaşması isə təsadüfi deyil. Bu məsələnin aktuallığını artıran bir sıra ciddi amillər var. İlk növbədə onu qeyd edək ki, respublika üzrə yerüstü su ehtiyatlarının təqribən 75 faizi qonşu ölkələrdən daxilolmaların hesabına formalaşır və qlobal iqlim dəyişikliyi həmin su axımlarının həcminə də öz təsirini göstərir. Qonşu ölkələrdən, xüsusilə də Ermənistan ərazisindən daxil olan suların mütəmadi olaraq çirkləndirilməsi də çox ciddi problemdir. Eyni zamanda, qlobal iqlim dəyişmələri və orta temperaturun yüksəlməsi, yağıntıların və çaylarda sululuğun əhəmiyyətli dərəcədə azalması su ehtiyatlarının həcminə mənfi təsir göstərir. Digər bir vacib faktor isə Azərbaycanın davamlı inkişafı ilə bağlıdır. 2004-cü ildən başlayaraq Azərbaycanda ardıcıl olaraq regional inkişaf proqramları qəbul edilib. Həmin proqramların icrası çərçivəsində bölgələrimiz də iqtisadi güc mərkəzlərinə çevrilib, regionlarda iri təsərrüfatlar yaradılıb və beləliklə də, suvarma və içməli su təchizatı üzrə şəbəkələr genişləndirilib. Bütün bunların nəticəsi olaraq suya tələbat artıb.

Bu kimi reallıqlar nəzərə alınmaqla son 22 ildə ölkəmizdə genişmiqyaslı su layihələrinin icrasının prioritetliyi təmin edilsə də, bu sahədə həlli vacib məsələlər də kifayət qədər çoxdur. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun məlumatına əsasən, Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanıb və o gündən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artıb. Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatıb, müasir nəzarət sistemləri də standartlara heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, onların istismar müddəti artıq başa çatıb. Əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması səbəbindən sistemlərdə əlavə yükləmələr yaranır.  Bir çox magistral xətlərin mühafizə zonalarının tikinti altına düşməsi, kanalizasiya şəbəkəsinin məhdud olması da  təcili qaydada tədbirlər görülməsini zərurətə çevirib.

Bütün bu kimi məsələlərin həllini hədəfləyən Dövlət Proqramının təsdiqlənməsindən sonra indi növbə struktur islahatlarına çatıb. Bu islahatlar  dövlət başçısının təsdiqlədiyi  milli su strategiyasının  hədəflərinə tam uyğundur. Fərmanla “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxs kimi müəyyənləşdirilib. “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti isə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Su təsərrüfatında nəzərdə tutulan struktur islahatları ilk növbədə idarəetmənin optimallaşdırılması, nəzarətin gücləndirilməsi və itkilərin minimuma endirilməsi, eləcə də keyfiyyətin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Fevral 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see273

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see228

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see227

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see220

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see209

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see202

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see192

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see188

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see187

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see186

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see181

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see173

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see172

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see171

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see168

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see159

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see151

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see141

İran ABŞ nin esminesinə hücum etdi

04 İyun 2026 04:29see140

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri