Icma.az
close
up
RU
Ştutqartda görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin xatirəsi anılıb

Ştutqartda görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin xatirəsi anılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Berlin, 26 aprel, AZƏRTAC

Almaniyanın Ştutqart şəhərində fəaliyyət göstərən Azərbaycan Evində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü münasibətilə anım tədbiri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə həftəsonu Azərbaycan məktəbinin müəllim və şagird heyəti, diaspor fəalları, Birinci Qarabağ müharibəsi şəhidi Şahin Nəcəfovun ailə üzvləri, həmçinin yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qonaqlar arasında Baden-Vürttemberq əyalətinin Mədəniyyət, Gənclər və İdman Nazirliyinin müşaviri Mattias Volf, eləcə də alman və italyan ziyalılar da yer alıblar.

Ştutqart Azərbaycan Evinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, bəstəkar Günay Mirzəyeva çıxış edərək, ədibin zəngin həyat yolu və çoxşaxəli yaradıcılığından bəhs edib. Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatı və elmi fikrinin inkişafındakı müstəsna xidmətlərini vurğulayan G.Mirzəyeva onun əsərlərində xalqımızın milli-mənəvi dəyərlərinin və tarixi keçmişinin yüksək ustalıqla təsvir olunduğunu bildirib. G.Mirzəyeva nənəsi, “Şöhrət” ordenli jurnalist Svetlana Mirzəyevanın öz müəllimi Mir Cəlal Paşayevlə bağlı xatirələrinə xüsusi yer ayırıb. O qeyd edib ki, böyük tələbə ordusu yetişdirmiş müdrik pedaqoq ana dilimizin saflığının qorunmasını və mükəmməl mənimsənilməsini hər bir azərbaycanlı üçün mənəvi borc sayır, tələbələrində yüksək vətəndaşlıq mövqeyi formalaşdırırdı. Ədibin həm bədii, həm də elmi irsi gənc nəslə həyati dəyərləri aşılayan mənəvi dərslikdir.

Ştutqartda yaşayan məktəbli, Avropa Parlamentinin gənclər səfiri Aida Vəliyeva Mir Cəlal Paşayevin yaradıcılığına dair maraqlı təqdimatla çıxış edib.

Baden-Vürttemberq federal əyalətinin Mədəniyyət, Gənclər və İdman Nazirliyinin müşaviri Mattias Volf isə belə maraqlı və çoxşaxəli yaradıcılığı olan yazıçı, pedaqoq və alimin xatirəsinə həsr olunmuş tədbirdə iştirakdan məmnunluğunu bildirib. O, ədibin bir sıra əsərlərini alman dilinə tərcümə etmək arzusunu xüsusilə ifadə edib.

Sonda tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin nümunələrindən ibarət süfrə ətrafında fikir mübadiləsini davam etdiriblər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see427

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see312

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see304

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see302

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see301

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see300

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see299

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see295

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see292

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see276

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see264

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see261

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see258

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see255

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see254

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see253

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see253

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see251

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri