Icma.az
close
up
RU
Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Gəncə, 26 aprel, Elcan Məmmədov, AZƏRTAC

Bu gün Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ilinin tamam olması münasibətilə Milli Aviasiya Akademiyasının (MAA) təşkilatçılığı ilə Gəncədə yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin adını daşıyan ev-muzeyində keçirilən tədbirdə şəhər rəsmiləri, ictimai xadimlər və tələbələr iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Milli Aviasiya Akademiyasının Birinci prorektoru professor Ədalət Səmədov Mir Cəlal fəlsəfəsini, onun humanizm ənənələrini bu gün də yaşadan və uğurla davam etdirən akademik, MAA-nın rektoru Arif Paşayevin salamlarını tədbir iştirakçılarına çatdırıb. O bildirib ki, Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Təsadüfi deyil ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Mir Cəlal Paşayev Azərbaycan elminin və təhsilinin, ədəbi məktəblərinin inkişafına, milli dəyərlərin, adət-ənənələrin qorunmasına çalışıb, gəncləri savadlı və vətənpərvər olmağa sövq edib. O, “Bir gəncin manifesti”, “Füzulinin poetik xüsusiyyətləri”, “Dirilən adam”, “Bostan oğrusu”, “Gözün aydın” kimi məşhur əsərlərində müasir dövrün çağırışlarını əks etdirib. Ona görə bu gün də Azərbaycanın orta və ali təhsil müəssisələrində Mir Cəlal irsi sevə-sevə öyrənilir.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov diqqətə çatdırıb ki, qədimliyi ilə müasirliyi özündə cəmləşdirən və günü-gündən gözəlləşən Gəncə şəhərinin ruhunda Mir Cəlal izi var.

AMEA-nın müxbir üzvü, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov çıxış edərək deyib ki, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.

Xalq şairi Nəriman Həsənzadə öz sevimli müəllimi haqqında xoş xatirələrini səsləndirib. O, son dövrlərdə çapdan çıxmış “İllər, pillələr və talelər” , “Xəlvətdə yanan şam” kitablarında da xoş xatirələrini oxucuları ilə bölüşdüyün deyib.

Çıxış edən MAA-nın rektor köməkçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru dosent Gülnarə Əhmədova bildirib ki, illər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə abidə qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaq.

Sonda Milli Aviasiya Akademiyasının tələbələrinin hazırladığı şeir nümunələri səsləndirilib, bədii kompozisiyalar nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri