Icma.az
close
up
RU
Su ehtiyatlarından səmərəli istifadə strateji hədəfdir Əli Məsimli

Su ehtiyatlarından səmərəli istifadə strateji hədəfdir Əli Məsimli

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Məlum olduğu kimi,iqlim dəyişikliklərinin kəskinləşməsi,su ehtiyatlarının azalması və onun ekoloji sistemə mənfi təsirlərinin getdikcə artması uzunmüddətli dövrdə qlobal miqyasda əsas çağırışlardan biri kimi getdikcə daha geniş miqyasda ön plana çıxmaqdadır. Su ehtiyatları və ondan səmərəli istfadə zəmanəmizin ən önəmli məsələlərindən birindir və iqlim dəyişikliyinin getdikcə kəskinləşməsi bu məsələnin aktuallığını daha da  artıracaq".

Redaktor.az xəbər verir ki, Milli Məclisin deputatı Əli Məsimli bu haqda özünün feysbuk səhifəsində paylaşım edib.

"Cənubi Qafqazın bərpa olunan 174 milyard kubmetrdən artıq şirin su ehtiyatlarının 62 faizi Gürcüstanın, 23 faizi Ermənistanın, təxminən 15 faizi və ya 26,2 milyard kubmetri isə Azərbaycanın payına düşür.Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010−2023-cü illərdə təbii mənbələrdən götürülən suyun həcmi 10,7 faiz, su istehlakı isə 26,7 faiz artıb.İllik su təsərrüfatı balansının göstəricilərinə görə,ölkə üzrə su mənbələrindən əkin sahələrini suvarma məqsədilə götürülən suyun 50 faizi, əhalinin içməli su təchizatı məqsədilə götürülən suyun isə 37 faizi son istehlakçıya çatmır.Su itkilərinin orta illik həcmi təxminən ölkə ərazisində formalaşan yerüstü su ehtiyatları,yəni 4,6 milyard kubmetrə qədərdir.Ona görə də Azərbaycanda da mövcud su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması və itkilərin minimuma endirilməsi məsələləri çox böyük aktuallıq kəsb edir və strateji hədəf xarakteri daşıyır.Bu baxımdan  yanvarın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirənin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. 

Dövlət başçısı həmin müşavirədəki  çıxışında  bildirib ki, son 20 il ərzində biz dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik.Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb.Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Müşavirədə xüsusi vurğulanan məqamlardan biri bu oldu ki, bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır.Həmin su mənbələrinin üstünlüyü odur ki,bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır.Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. 
Prezident   Bakının və Abşeron yarımadasının içməli su problemlərindən danışarkən bildirib ki,əfsuslar olsun ki, bu məsələ uzun illər ciddi problem kimi qarşımızda durur.Bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul və icra edilsin. Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək.Bu proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki orada nəzrdə tutulanların hamısını tam icra etmək üçün vaxt lazımdır".

Millət vəkili qeyd etdi ki, proqramın icrası iki mənbədən: dövlət büdcəsi  və xarici kreditlər hesabına maliyyələşəcək.

"Dövlət başçısı qeyd edib ki,Xəzər dənizinin çirklənməsinin qarşını almağın əsas amillərindən biri kimi dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Eyni zamnda dövlət başçısı əlavə edib ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək".

Onun sözlərinə görə, xarici investisiyalar hesabına qabaqcıl texnologiya əsasında həyata keçiriləcək bu layihə imkan verəcək ki, Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq:

"Duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır. Prezident onu da xüsusi qeyd  edib ki, bu sahədə mövcud olan ciddi  problemlərdən biri də su itkiləri ilə bağlıdır. Bu gün bu sahədə itkilər təqribən 40-45 faizdir. Əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı bizə bu gün kifayət edərdi. Bununla belə biz gələcəyi də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, təbii ki, tələbat da artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Proqramın icrası nəticəsində su itkiləri kəskin azalmalıdır.
Prezident öz çıxışında kanalizasiya sisteminin vəziyyətinə də toxunub və bildirib ki, leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır.Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil,dünyanın istənilən yerində belə halları görürük. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və leysan yağışları zamanı bunun çox böyük faydası olacaq.B gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir.Proqramın icrası nəticəsində bu,95 faizə çatdırılmalıdır".
     
Əli Məsimli əlavə etdi ki, sözügedən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin məhdud su ehtiyatlarından maksimum səmərəli istifadə edilməsi prinsipi əsasında sistemli şəkildə,şəffaflıq,hesabatlılıq və effektli nəzarət şəraitində  həyata keçirilməsi, Bakı şəhəri və Abşeron yarımadasında su təhlükəsizliyinin dayanıqlığının artırılması;bu sahədə müasir tələblərə cavab verən idarəetmə sisteminin qurulması; əhalini,  sənayeni, kənd təsərrüfatını keyfiyyətli və dayanıqlı su ilə təmin edilməsi; tullantı və yağış sularının yaratdığı  problemlərin aradan qaldırılması, kanalizasiya sistemləri və tullantı sularının emal edilməsinin infrastruktur təminatının yaxşılaşdırılması;su anbarlarının potensialının artırılması,mövsüm gələndə suların yığılmasında və  sonra il boyunca onlardan istifadə etmək imkanlarının genişləndirilməsində də mühüm rol oynayacaq.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Yanvar 2026 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see679

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see227

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see182

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see181

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see178

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see175

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see169

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see165

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see159

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see157

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri