Icma.az
close
up
RU

Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi Ekspert rəyi

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Biznes mühitinin yaxşılaşdırılmasının əsas göstəricilərindən biri biznes subyektlərinin fəaliyyəti üçün zəruri olan infrastruktur səviyyəsindən və əlçatanlığından birbaşa asılıdır”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri açıqlamasında iqtisadi ekspert Samir Heydərov bildirib.

Ölkə rəhbərliyi tərəfindən hər zaman bu istiqamətdə görüləcək işlərin diqqət mərkəzində olduğunu deyən ekspert bu ilin mayında “Su şəbəkələrinə qoşulma” işçi qrupunun təşkil etdiyi genişləndirilmiş iclasda su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatlar, o cümlədən su təchizatı və kanalizasiya sistemlərinə qoşulması üçün Vahid Pəncərə sisteminin yaradılması barədə keçirilən təqdimatları xatırladıb:  “Prezidentin 1 may 2024-cü il tarixli müvafiq fərmanı ilə “Su təchizatı və tullantı suları haqqında” qanununda dəyişikliklərin qüvvəyə minməsi ilə su şəbəkəsinə qoşulma üzrə mühüm iqtisadi islahatın aparılması bu sahədə yeni inkişaf mərhələsinin başlanılmasına və biznes mühitinin əlverişliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Yeni islahat nəticəsində qanunvericiliyin tələblərinə əsasən su şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 13-dən 3-ə, qoşulma müddəti 60 gündən 30 günə endirilib, qoşulma xərcləri sahəsində şəffaf və aydın tənzimləmə mexanizmi ilə bağlı normativ hüquqi baza yaradılıb”.

Ekspertin fikrincə, iqtisadi islahatlar biznes subyektlərinin su sistemlərinə qoşulmasını asanlaşdırmaqla eyni zamanda şəffaflığı təmin edib. Bu da öz növbəsində biznes fəaliyyətini asanlaşdıraraq ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən amillərdən birinə çevrilib. Baxmayaraq ki, ölkəmizin su ehtiyatlarının 70-75 faizi ölkə xaricində formalaşır.
Su və tullantı sularının axıdılması sisteminə qoşulma istiqamətində bir çox region ölkələrindən öndə olduğumuzu vurğulayan ekspert suyun qiymətinin region ölkələri ilə eyni olduğunu söyləyərək suyun 1 m3-nun qiymətinin Avropa Birliyinə daxil olan ölkələrdən çox aşağı olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizdə daxili mənbələr hesabına formalaşan su ehtiyatlarının olması kənd təsərrüfatının inkişafı üçün regionda böyük imkanlar yaradır. 

Məlumat üçün qeyd edək ki, ölkəmizdə adam başına aylıq su norması sayğac quraşdırılmayan istehlak qrupları üçün 5 m3 təyin edilib. Yeni sərəncam həm biznesin inkişafına, həm də sudan effektli istifadəyə zəmin yaradacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Noyabr 2024 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see191

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see145

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see120

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri