Su xidmətləri ilə bağlı ADSEA ya daxil olan müraciətlərin sayı AÇIQLANDI
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Asan xidmət", "ASAN kommunal" mərkəzlərinə və "KOB evi"nə bu ilin 8 ayı ərzində daxil olan müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb.
Redaktor.az xəbər verir ki, statistikaya əsasən, 14 xidmət istiqaməti üzrə 127,841 müraciət daxil olub.
Bu müraciətlər arasında ən çoxu "Abonent məlumatlarında dəyişiklik edilməsi", ən azı isə "Mexaniki sayğacların smart tipli sayğaclarla əvəz olunması ilə əlaqədar yeni smart kartların verilməsi" xidməti üzrə qeydə alınıb. Ümumilikdə 122,303 müraciətə baxılıb və xidmət göstərilib. 5,538 abonentə isə müraciətlərinin tələblərə uyğun formalaşdırılması istiqamətində tövsiyələr verilib.

Su xidmətləri ilə bağlı ADSEA ya daxil olan müraciətlərin sayı açıqlandı
04 Sentyabr 2025 14:46
ADSEA nın xidmət istiqamətləri üzrə daxil olan müraciətlərin sayı
13 İyun 2025 11:53
ADSEA su xidmətləri ilə bağlı 44 minə yaxın müraciətə baxıb
11 Aprel 2025 10:36
ADSEA su xidmətləri ilə bağlı 75 mindən çox müraciətə baxıb
13 İyun 2025 11:38
ADSEA: Su strategiyası ilə bağlı üç mərhələli iş aparılır
25 Fevral 2025 12:01

