ADSEA su xidmətləri ilə bağlı 44 minə yaxın müraciətə baxıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Asan xidmət", "ASAN Kommunal" mərkəzlərinə və KOB Evlərinə bu ilin birinci rübündə daxil olan müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb.
ADSEA-dan “APA-Economics”ə verilən məlumata görə, 14 xidmət istiqaməti üzrə 43971 müraciət daxil olub. Bunlardan 42373 müraciətə baxılıb və xidmət göstərilib. 1598 müraciət isə müəyyən səbəblərdən ləğv və ya imtina edilib.
Qeyd edək ki, 2021-2025-ci illər ərzində daxil olan müraciətin cavablandırılması istiqamətində göstərdiyi fəaliyyətə görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təşəkkürnaməsinə layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 Aprel 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















