Sualtı drondan torpeda buraxıldı KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniya hərbçiləri ilk dəfə olaraq pilotsuz sualtı aparatdan ağır torpeda (öz mühərriki, idarəetmə sükanı və pəri olan, gəmiləri və sualtı qayıqları suyun altından vurmaq üçün nəzərdə tutulmuş hərbi sursat – red.) buraxıblar.
KONKRET.az xəbər verir ki, bu barədə “The i Paper” nəşri məlumat yayıb.
Məlumata görə, torpeda Böyük Britaniya ərazi sularında ABŞ Hərbi Dəniz Qüvvələrinin 12 metrlik “Excalibur” sualtı dronundan buraxılıb. ABŞ və Avstraliya ilə birgə hazırlanan bu silah gəmilərin və dərin sualtı qayıqların məhv edilməsi üçün nəzərdə tutulub.
Sınaq Böyük Britaniya və ABŞ tərəfindən Avstraliyanın “AUKUS” şirkəti ilə müdafiə tərəfdaşlığı çərçivəsində həyata keçirilib. Sözügedən şirkət yeni nəsil sualtı qayıqlar, süni intellekt sistemləri və pilotsuz sualtı aparatların hazırlanması ilə məşğul olur. Bu, torpedanın adi ekipajlı sualtı qayıqdan deyil, pilotsuz sualtı aparatdan buraxıldığı ilk haldır.
Hazırda dəniz sınaqlarından keçən “Excalibur” dronu Plimutda inşa edilib və təxminən 10 min mil məsafədən uzaqdan idarə oluna bilər.
Hökumət uğurlu sınağı Avro-Atlantik təhlükəsizliyi və NATO-nun sualtı imkanları üçün “əhəmiyyətli irəliləyiş” adlandırıb./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 Sentyabr 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















