Subasmanın səbəbi təkcə hava deyilmiş: RƏSMİ AÇIQLAMA təhlükəni üzə çıxardı
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
“İstismar etdiyimiz kanalizasiya sistemlərinin bir hissəsi köhnəlib və onların istifadəsində müəyyən problemlər mövcuddur. Bu da belə hallarda problemlərin daha qabarıq şəkildə üzə çıxmasına səbəb olur”.
Globalinfo.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri (ADSEA) Zaur Mikayılov Xəzər TV və “Report”a müsahibəsində deyib.
O bildirib ki, 1990-cı illərin əvvəllərində bir çox ərazilərdə tikinti və məskunlaşma prosesi plansız şəkildə aparılıb.
“Nəticədə bəzi ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadan fərdi nasoslar quraşdırılıb və həmin nasoslar vasitəsilə sular mövcud şəhər kanalizasiya sisteminə ötürülüb. Normal gündəlik şəraitdə mövcud kanalizasiya xətləri bu yükü müəyyən qədər daşıya bilir. Lakin belə intensiv yağışlar zamanı bu sistemlərin dözümlülüyü kifayət etmir.
Yəni infrastrukturun köhnəlməsi və sistemin həddindən artıq yüklənməsi belə ekstremal hava şəraitində problemlərin yaranmasına səbəb olur. Problem yalnız infrastrukturun köhnəlməsilə bağlı deyil, buna urbanizasiya – şəhərin əhali baxımından yüklənməsi də təsir edir.
Məhz buna görə də hazırlanan Dövlət Proqramında qeyd etdiyimiz kimi, yeni kollektorların tikilməsi və suların yalnız şəhərin mərkəzindəki mövcud sistemə deyil, müxtəlif istiqamətlərə yönəldilməsi nəzərdə tutulur. Bununla həm mövcud sistemlər üzərindəki yük azaldılacaq, həm də köhnəlmiş kollektorların daha da sıradan çıxmasının qarşısı alınacaq. Paralel olaraq həmin kollektorların boşaldılması və mərhələli şəkildə təmir-bərpa işlərinin aparılması planlaşdırılır”, – Zaur Mikayılov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 11 Aprel 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















