Icma.az
close
up
RU
Buzlaqların əriməsi gizli təhlükəni üzə çıxardı Alimlər

Buzlaqların əriməsi gizli təhlükəni üzə çıxardı Alimlər

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Dünyanın müxtəlif bölgələrində buzlaqların sürətlə əriməsi təkcə lokal ekosistemlər üçün deyil, eyni zamanda qlobal epidemioloji vəziyyət üçün də potensial risklər yarada bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "earth.com” elmi portalı yeni araşdırmaya istinadla məlumat yayıb.

Alimlərin sözlərinə görə, buzlaqlar təbii "dondurucu” rolunu oynayaraq minilliklər ərzində müxtəlif bioloji materialları qoruyub saxlayır. Tədqiqatın müəlliflərindən biri Quannan Mao bildirib ki, buzlaqlar "genetik arxivlər” funksiyasını yerinə yetirir və burada antibiotiklərə davamlılıq genləri də daxil olmaqla çoxsaylı genetik məlumatlar mövcuddur. Qlobal istiləşmə nəticəsində baş verən ərimə bu arxivləri passiv vəziyyətdən çıxararaq aktiv yayılma mənbəyinə çevirir.

Geniş ictimaiyyət antibiotiklərə davamlı "superbakteriyalar” problemini əsasən müasir dövrün, tibbdə, kənd təsərrüfatında və məişətdə antibiotiklərin geniş istifadəsi ilə bağlı məsələ kimi qəbul edir. Lakin alimlər vurğulayırlar ki, təbiətdə insan müdaxiləsindən asılı olmayaraq formalaşan çoxsaylı davamlılıq genləri mövcuddur.

Əsas təhlükə ondadır ki, buzlaqlar bu genetik məlumatları böyük həcmdə saxlayır. Ərimə nəticəsində yaranan sularla bu materiallar çaylara və göllərə qarışa bilər.

Tədqiqatçılar qeyd edirlər ki, buzlaqlardan qidalanan çay və göllər milyonlarla insan üçün əsas içməli su mənbəyidir. Davamlılıq genləri bu əlaqəli su sistemlərinə daxil olduqdan sonra müasir bakteriyalarla qarşılıqlı təsirə girə və mikrob icmaları arasında yayılma riskini artıra bilər.

Alimlərin diqqət çəkdiyi digər mühüm məqam mikroorqanizmlər aləmində genlərin klassik çoxalma proseslərindən kənar yollarla da ötürülə bilməsidir. Bu xüsusiyyət antibiotiklərə davamlılıq genlərinin son dərəcə sürətlə yayılmasının əsas səbəblərindən biri sayılır.

Araşdırma müəllifləri buzlaqların öz-özlüyündə "superbakteriyalar” yaratdığını iddia etmirlər. Lakin onlar vurğulayırlar ki, davamlılıq genlərinin ətraf mühitə buraxılması, bu genlərin yüksək xəstəlik törətmə potensialına malik bakteriyalarla birləşməsi ehtimalını artırır və bu, təhlükəli kombinasiyaların yaranmasına yol aça bilər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri