Subaylara və gənc ailələrə MÜJDƏ Sosioloq deyir ki...
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət 2027-ci ildən 1500 manat nəzərdə tutulur. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirəsinə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsindəki dəyişikliklərdə deyilir.
Belə ki, birdəfəlik doğum müavinəti əvvəlki 600 manatlıq məbləğə 900 manat artırılaraq 1500 manat olacaq. 3 yaşınadək uşağı olan analara yardım: sığorta olunan analara hər ay verilən məbləğ 37,58 manatdan 100 manata qaldırılacaq. Hamiləliyə və doğuma görə müavinət: bir iş gününə düşən orta gündəlik qazancın 50,57 manat olması proqnozlaşdırılır (2026-cı ildə bu rəqəm 46,54 manat olub).
Bu yeniliklər ölkədə evliliyi və ailədə uşaq sayını nə dərəcədə stimullaşdıra bilər?
Sosioloq Üzeyir Şəfiyev Musavat.com-a bildirib ki, təkliflər təqdirəlayiqdir. Onun sözlərinə görə, Azərbaycanda artıq bir neçə ildir demoqrafik ləngimə, o cümlədən təbii artımın azalması müşahidə olunur: "Bu baxımdan, doğum səviyyəsini stimullaşdıran sosial dəstək mexanizmlərindən istifadə zərurətə çevrilib. Amma başqa addımların da atılması zəruridir. Məsələn, yaxşı olardı ki, uşaqların adına sosial müavinətlər bərpa edilsin”.
Onun fikrincə, hər doğulan uşağın adına xüsusi hesabın açılması mexanizmi tətbiq oluna bilər: “Məsələn, ABŞ-də 2026–2028-ci illəri əhatə edən proqram çərçivəsində doğulan hər uşaq üçün xüsusi hesab açılması nəzərdə tutulub. Həmin hesaba yatırılan vəsait sonradan qiymətli kağızlar bazarına yönəldilir, investisiya və depozit mexanizmləri vasitəsilə artırılır və gələcəkdə uşağın istifadəsinə verilir. Bənzər layihənin Azərbaycanda da tətbiqi mümkündür".
Sosioloq əlavə edib ki, diferensial sosial müavinətlərin tətbiqi də nəzərdən keçirilə bilər: "Bəzi ölkələrdə doğuş xərcləri tamamilə dövlət hesabına qarşılanır. Bu mexanizmdən Azərbaycanda da istifadə etmək olar. Bununla yanaşı, Türkiyə 2025-ci ildə elan etdiyi “ailə ili” çərçivəsində maraqlı təşəbbüslər həyata keçirdi. Məsələn, aztəminatlı gənclərin toy xərclərinin bələdiyyələr və dövlət qurumları tərəfindən qarşılanması, eləcə də yeni qurulan ailələrə faizsiz dördillik kreditlərin ayrılması kimi dəstək mexanizmləri tətbiq olundu. Bu kreditlər gənc ailələrə evlilik zamanı maliyyə dəstəyi göstərmək məqsədi daşıyır”.
Üzeyir Şəfiyevə görə, gənclərin məşğulluğuna daha çox dəstək göstərilməlidir. Ekspert qeyd edib ki, digər vacib məsələ çoxuşaqlı ailə statusu ilə bağlıdır: “Vaxtilə bu məsələ parlamentdə də müzakirə olunub. Hazırda beşdən çox uşağı olan ailələr çoxuşaqlı hesab edilir. Yaxşı olardı ki, çoxuşaqlı ailə statusu üç uşağı olan ailələrə də şamil edilsin. Belə olan halda, üç uşaqlı ailələr də çoxuşaqlı ailələr üçün nəzərdə tutulan imtiyazlardan yararlana bilər. Bu, ailə planlaşdırılması zamanı gənclərin üç uşaqlı ailə modelinə daha çox üstünlük verməsinə stimul yarada bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 07 Noyabr 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















