Icma.az
close
up
RU
Subsidiyalaşdırılma bağlarda bolluq yaradır

Subsidiyalaşdırılma bağlarda bolluq yaradır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

7 ayda 8 milyard manatlıq kənd məhsulunun yarısı meyvədir

Azərbaycanda bağçılığa dövlət dəstəyinin artırılması, müasir standartlara uyğun intensiv bağların salınmasının subsidiyalaşdırılması rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsal və ixracının artmasına müsbət təsir edir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin 7 ayında ölkənin aqrar sektorunda istehsalın həcmi 8 milyard 204,5 milyon manat təşkil edib ki, bunun da 4 milyard 135,5 milyon manatı bitkiçilik məhsullarının payına düşüb.

Məlum olduğu kimi, Aqrar Subsidiya Şurası 2019-cu ildən başlayaraq yeni salınmış intensiv bağların hər hektarına görə fermerlərə yüksək əmsallı subsidiyalar ayırır. Sonrakı illərdə isə intensiv bağlara əkin subsidiyası ilə yanaşı, birdəfəlik əkin subsidiyası da verilir. İntensiv bağçılığa dövlət dəstəyinin artırılmasında məqsəd yeni intensiv və superintensiv bağların salınmasını stimullaşdırmaq, xarici bazarlara meyvə ixracını artırmaq, kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqinin genişlənməsini, su və torpaq resurslarından səmərəli istifadəni, bitkiçilik sahəsində rayonlaşma prosesini və əkinə daha az yararlı torpaqlara investisiya qoyuluşunun artmasını təmin etməkdir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, ötən illər ərzində meyvə bağlarının subsidiyalaşdırılması ilə bağlı işlər özünü tam doğruldub. Ölkədə müasir intensiv bağların sahəsi genişlənib, müasir suvarma sistemlərinin tətbiqinə maraq artıb, su və torpaq resurslarından səmərəli istifadə səviyyəsi yüksəlib. Ən əsası isə xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracında ciddi artım qeydə alınıb. Bu nəticələr subsidiyalaşmaya ayrılan dövlət vəsatinin dəfələrlə çox miqdarda səmərəli geri dönüşünün təmin olunması deməkdir.

İntensiv bağçılığın dövlət tərəfindən subsidiyalaşdırılması ilə ölkəmizdən xarici bazarlara meyvə ixracının artması arasında bağlılıq mövcuddur. 2020-2024-cü illərdə Aqrar Subsidiya Şurası tərəfindən meyvə bağlarının salınmasına, ümumilikdə, 171,3 min manat əkin subsidiyası ayrılıb. Həmin dövrdə ölkəmizdən xarici bazarlara, təxminən, 2,22 milyard manat dəyərində meyvə ixrac edilib. 2020-2024-cü illərdə meyvə ixracının dəyəri bu sahənin dəstəklənməsi üçün ayrılan subsidiyaların həcmindən 13 dəfə çoxdur.

Kənd təsərrüfatı mütəxəssisləri bildirilər ki, intensiv meyvə bağları 2-ci ildən bara düşməyə başlayır. 3-4-cü illərdə isə həmin bağlardan bol məhsul yığılaraq daxili və xarici bazarlarda realizə edilir. Yəni, 2020-ci ildə salınmış meyvə bağlarından artıq 2022-ci ildən ciddi həcmdə məhsul yığılmağa başlayır. Bu səbəbdən ayrılan subsidiyaların həcminin meyvə ixracının artımı şəklində geri dönüşü, təxminən, 2-3 ildən sonra özünü göstərir. Elə 2020-2024-cü illər üzrə subsidiya və meyvə ixracatı rəqəmlərinin iki illik təhlili də bu fikri təsdiqləyir. Məsələn, 2020-cu ildə dövlət tərəfindən intensiv meyvə bağlarının salınmasına ayrılmış 30 milyon manata yaxın subsidiya 2 il sonra öz bəhrəsini verib. Yəni, 2022-ci ildə ölkəmizdən meyvə ixracının həcmində əvvəlki illə müqayisədə 38,7 milyon manat artıb. 2021-ci ildə intensiv bağlara ayrılmış 33,8 milyon manatlıq subsidiya 2023-cü ildə 65 milyon manata yaxın meyvə ixracı ilə nəticələnib. Göründüyü kimi, intensiv meyvə bağlarının subsidiyalaşdırılması müqabilində meyvə ixracı ildən-ilə artır və bağların salınmasına ayrılan dövlət vəsaiti bağlar bara düşdükdən sonra dəfələrlə artıq miqdarda geri dönür.

Son 5 il ərzində isə ölkədə intensiv meyvəçiliyin inkişafına ayrılan subsidiyaların miqdarı 28 faiz, meyvə ixracı isə 41 faiz artıb. Artım göstəriciləri arsındakı nisbət intensiv bağçılığın inkişafına yönəlmiş dövlət dəstəyi siyasətinin düzgün müəyyən olunduğunu, ayrılan subsidiyaların artan ixracat formasında səmərəli geri döndüyünü təsdiqləyir. Subsidiyaların əlavə dəyər yaradılması baxımından səmərəli geri dönüşünü meyvəçilik sahəsi ilə yanaşı, tərəvəzçilik, taxılçılıq və kənd təsərrüfatının digər sahələrində də görmək mümkündür.

İntensiv meyvə bağlarının salınmasına dövlət dəstəyinin gücləndirilməsinin meyvə ixracatının artımına müsbət təsiri 2025-ci ilin yanvar-iyul aylarında da davam edib. Hesabat dövründə ölkəmizdən, ümumilikdə, 50,4 milyon ABŞ dolları dəyərində 490,6 min ton meyvə-tərəvəz ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyərində 122,5 milyon dollar və ya 32 faiz, həcmində isə 122 min ton və ya 33,1 faiz artım qeydə alınıb. Yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xarici bazarlara qoz-fındıq ixracı 33,1 faiz, sitrus meyvələri ixracı 54 faiz, alma, armud və heyva ixracı 53,6 faiz, ərik, albalı, gilas, şaftalı ixracı 33 faiz, nar ixracı 37,7 faiz, digər meyvələrin ixracı isə 76,2 faiz artıb.

2025-ci ilin 7 ayı ərzində ölkəmizdə meyvə bağlarının salınmasına ümumilikdə 43,7 milyon manat subsidiya verilib. Bu ilin yanvar-iyul ayları ərzində xarici bazarlara təxminən 313 milyon dollar dəyərində meyvə ixrac olunub. Bu dövrdə meyvə ixracının dəyəri 7 ay ərzində bu sahənin subsidiyalaşdırılmasına ayrılan məbləğdən 7,2 dəfə çoxdur. Bu rəqəmlər ayrılan subsidiyaların məbləğinin geri dönüş səviyyəsinin kifayət qədər yüksək olduğunu göstərir.

Aqrar Subsidiya Şurasının 2024-cü il avqust qərarına əsasən, ötən ilin 1 sentyabr tarixindən bu il mayın 31-dək dağlıq və dağətəyi ərazilərdə salınan fındıq bağlarının hər hektarına 4 min 400 manat, qoz bağlarının hər hektarına 3 min 300 manat, nar bağlarının hər hektarına 3 min manat, limon və kinkan bağlarının hər hektarına 11 min 600 manat, naringi və portağal bağlarının hər hektarına 9 min 600 manat, şaftalı və ərik bağlarının hər hektarına 4 min manat, alma bağlarının hər hektarına 11 min manat, armud bağlarının hər hektarına 8 min manat, gilas bağlarının hər hektarına 10 min manat birdəfəlik əkin subsidiyası verilib. Bundan əlavə, növbəti 4 il ərzində bu bağların hər hektarına görə fermerlərə ildə 800 manat əkin subsidiyasının verilməsi nəzərdə tutulur.

Adları çəkilən intensiv bağların salınmasının artıq bir neçə ildir dövlət tərəfindən subsidiyalar ayrılması şəklində dəstəklənməsi həm xarici bazarlarda rəqabətədavamlı meyvə istehsalının artmasını, həm də ixracın həcm və dəyər olaraq yüksəlməsini təmin edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 03:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri