Icma.az
close
up
RU
İxraca daha çox intensiv bağlarda becərilən xarici sort şaftalı göndərilir Xaçmazdan reportaj

İxraca daha çox intensiv bağlarda becərilən xarici sort şaftalı göndərilir Xaçmazdan reportaj

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xaçmaz, 7 iyul, Elxan Yusifli, AZƏRTAC

Xaçmazlı təsərrüfatçılar iyun ayından başlayaraq şaftalı və nektarin bağlarından məhsul yığımına başlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda ənənəvi bağlardan şaftalının “Zalatoy”, “Fədai” növləri və nektarinin tezyetişən sortları yığılır.

Bağlardan toplanan məhsulun bir hissəsi yerli və paytaxt bazarlarında satılır. Şaftalının böyük hissəsi isə qonşu Rusiyanın müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir.

Xaçmaz rayonunun Çiləgir kəndindən olan təsərrüfatçı Coşqun İsmayılov bildirir ki, bu il məhsuldarlıq yüksək olsa da, ötən illərə nisbətən meyvənin alıcılıq qabiliyyəti aşağı düşüb.

“İyunun 20-dən məhsul yığımına başlamışıq. Bir hektar şaftalı və nektarin bağımız var. Bu il məhsuldarlıq yüksəkdir. Hazırda şaftalı və nektarin yığırıq. Yığılan məhsulun bir hissəsini bağdan birbaşa topdansatış qiymətinə satırıq. Hazırda qiymət münasibdir. Şaftalının ölçüsündən və keyfiyyətindən asılı olaraq bir kiloqramı 0,7 – 1 manat arasında dəyişir. Amma ötən illərə nisbətən ənənəvi bağlarda becərilən şaftalının alıcılıq qabiliyyəti aşağıdır. İxraca daha çox intensiv bağlarda becərilən xarici sort şaftalı göndərilir. Rusiya bazarlarına aparılan meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək qonşu ölkəyə yola salınır”, - deyə Coşqun İsmayılov söyləyib.

Şaftalı bağlarında məhsul yığımı vaxtında aparılmalıdır. Bəzən bir gün gecikmək tonlarla məhsulun zay olması ilə nəticələnə bilər.

“Şaftalı vaxtında yığılmalıdır. Xüsusilə “Zalatoy” növü vaxtında yığılmasa, ağacda məhv olub, çürüyər. İyun ayından oktyabradək məhsul olur. Bizim ərazidəki bağlarda gilas, şaftalı və fındıq becərilir. Kənd camaatının əsas gəlir mənbəyi bu meyvələrdir. Gilasın məhsuldarlığı bu il hava şəraiti ilə əlaqədar zəif oldu. Amma şaftalı və fındıq yaxşıdır. İndi qalır bol məhsulu vaxtında ağacdan toplayıb, sərfəli qiymətə satmaq”, - deyə Coşqun İsmayılov bildirib.

Xaçmaz ərazisində, ümumilikdə, 3 min hektara yaxın şaftalı bağı var. Həmin bağlardan 1000 hektara yaxını intensiv bağlardır. Hər il şaftalı bağlarında orta məhsuldarlıq 30 sentnerə yaxın olur. Xaçmaz bağlarından il ərzində 7-8 min ton şaftalı toplanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri