Icma.az
close
up
RU
Sudan yaradılan həyat...

Sudan yaradılan həyat...

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Dəniz dibində, torpaq altında zülmət qaranlıqda yaşayan canlılar var. Hətta havasız (yəni, oksigensiz) yaşayan canlılar da yox deyil. Amma yer üzündə susuz yaşayan bir canlı belə yoxdur.
“Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları ayırdığımızı və hər bir canlını sudan yaratdığımızı görmürlərmi?” (Ənbiya, 21/30); “İnsanları sudan yaradan, onları nəsillərə çevirən və aralarında qohumluqlar yaradan Odur” (Furqan, 25/54); “Əgər onlar (insanlar və cinlər) doğru yolda getsəydilər, Biz onlara bol-bol su (yağış) verərdik” (Cin, 72/16) kimi bir çox ayədə də sudan bəhs edilir.
Hidrogen rabitələri
Su molekulu ən sadə atom olan iki hidrogen və bir oksigen atomunun birləşməsindən yaradılmışdır. Piramidaya bənzəyən bu molekulun yuxarı hissəsinə oksigen, aşağı hissəsinə isə iki hidrogen və oksigenin xarici halqasındakı iki elektron yerləşdirilmişdir. Bu həssas dizayn bir su molekulundakı oksigenlə digər su molekulundakı hidrogen arasında rabitə qurulmasına səbəb olur. Bu atom rabitəsinin köməyi ilə su molekulları bir-biri ilə rabitədə olur və suyun qaldırma qüvvəsi də onun bu xüsusiyyətindən irəli gəlir. Hətta bu hidrogen rabitəsi sayəsində (bu rabitə nə qədər zəif olsa belə) nəhəng gəmilər suda batmadan üzür.
Hidrogen rabitələri genetik şifrə molekulumuz olan və hər hüceyrəmizin nüvəsinə yerləşdirilən DNT molekulunun ikiqat zəncirinin əmələ gəlməsində də mühüm rol oynayır. Canlıların əsas struktur elementi olan proteinlər də bu hidrogen rabitələri sayəsində eksponensial şəkildə artır və sadə formadan üçölçülü formaya keçir. Hidrogen rabitələri bizə sanki bu mesajı verir: “Ey insan, bizim kimi ağılsız və zəif elektron rabitələrinə son dərəcə mühüm vəzifələr verən Allah, gör, səndən hansı vəzifələri gözləyir?”
Orqanizmimizdəki su nisbəti
Orqanizmimizin 60-70%-i, hüceyrələrimizin 70-95%-i, beynimizin 80%-i, sümüklərimizin 22%-i, yağ toxumalarımızın 10%-i sudur. Orqanizmimizdə su olmayan bir orqan, bir hüceyrə yoxdur. Bəs, 70%-i su olan orqanizmimiz (nəzərə alaq ki, bu rəqəm ana bətnində 94%-dir) necə sağlam qalır? Hüceyrələrin sitoplazma deyilən membranla əhatə olunmuş sulu hissəsində protein liflərindən meydana gəlmiş çox zərif hüceyrə skeleti (sitoskelet) var. Bu skelet su molekulları ilə kolloidal (gelşəkilli) və şəffaf molekulyar şəbəkə təşkil edir.
Bir hamilə qadının 72-75%-i sudur. Doğumdan sonra bu rəqəm 60-65%-ə düşür. Ana bətnindəki körpə isə amnion mayesi içində üzən kiçik sualtı qayığı xatırladır.
Yeni doğulan körpənin 90%-i su olur. 10-15 yaşlarında bu faiz 70%-ə, yetkinlik yaşlarında 60%-ə, yaşlılq yaşlarında isə 50%-ə düşür. Yaşlanmaq ağacların quruması kimi bir növ su itirmək və qurumaqdır. İnsan yağlarının hamısını, proteinlərinin yarısını itirsə, yenə yaşaya bilər. Ancaq 10-15%-lik su itkisinə belə dözməkdə çətinlik çəkə bilər.
Hər su molekulunun qonşu üç molekulla “ortaqlığı” suya mühüm fiziki xüsusiyyətlər qazandırır. Bunun köməyi ilə suyun buxarlanma temperaturu çox yüksək olur və nəticədə, su gec qızır və tez soyuyur. Buna görə də, isti havalarda hüceyrələr dərhal qızmaqdan (hətta qaynamaqdan) qorunmuş olur. Soyuq havalarda isə orqanizm soyuyan suyu çətin qızdıracağı üçün böyrək və bağırsaq yolu ilə ifraz edir.
Suyun iyi, rəngi və səsi...
Su iysiz və rəngsiz bir mayedir. Yaradılışı etibarı ilə insan suyu görəndə sevinir. Su səsi isə insana rahatlıq verir. Bir şəlalə mənzərəsinə tamaşa etməkdən zövq alırıq. Hər köpük bir müddət sonra partlayır və yox olur. Hava günəşlidirsə, bu su köpüklərinin hər biri bir güzgü kimi günəşi əks etdirir.
Su səsi həm bir təfəkkür fürsəti, həm də bir müalicə metodudur. Hələ Qədim Roma dövründə Romalı Qalenin Berqamada xəstəxana quraraq psixoloji xəstəlikləri su səsi ilə müalicə etdiyi məlumdur.
Müasır dövrümüzdə də, xüsusilə revmatik və dəri xəstəliklərinin müalicəsində suyun soyuq və isti hallarından istifadə edilir. İnsan orqanizmi dəri ilə örtülmüş içi su dolu bir şar kimidir. Hər hansı bir yanıq və ya yara nəticəsində dərimizin bütövlüyü itir və bu da bizim su itirməyimizə səbəb olur. Yanığın (və ya yaranın) sahəsi nə qədər böyük olursa, su itkisi o qədər çox olur. Əgər xəstəyə itirdiyi bu maye (bəzən gündə 25-30 litrə qədər) verilməsə, xəstə ölür.
Orqanizm tər, tənəffüs və s.-lə su itirdiyindən sağlam bir insan hər kiloqram üçün 40 ml, yəni, gündə ən azı 2-2,5 litr su qəbul etməlidir. Beynimizin hipotalamus hissəsinə yerləşdirilən su və temperatur nizamlama mərkəzinin qıcıqlandırılması nəticəsində bəzi hormonal mexanizmlər hərəkətə gəlir və bu da bizi su içməyə təşviq edir.
Damarlarımızın daxili səthi endotel adlı hüceyrələrlə örtülmüşdür. Kapilyar damarlar isə bir şəhərin kənarındakı evlərə su aparan borular kimidir.
85%-i su olan qanımızın 1 mm3-ində təqribən 5 milyon eritrosit (qırmızı qan hüceyrəsi), 4-10 min leykosıt (ağ qan hüceyrəsi) və 150-200 min trombosit plazma dediyimiz sulu mühitdə hərəkət edir (hətta buna “üzür” də demək olar) və hər hüceyrənin ehtiyacını ödəyir.
Su balansı
Orqanizmimizdə hüceyrələrə, hüceyrələr arasına və damarlara su giriş-çıxışı baş verir. Orqanizm bölmələrinin bir-birindən membranlarla ayrıldığını nəzərə alsaq, bölmədən-bölməyə su giriş-çıxışı şərtlərə görə dəyişir. Əgər qandakı duz faizi artsa, su absorbsiya edilir və ya başqa sözlə, udulur. Qandakı albumin proteininin səviyyəsi düşsə, maye damarlardan hüceyrələr arasına keçir və buna görə də, orqanizmimizdə ödem müşahidə edilir. Və ya başqa sözlə, əllərimiz, ayaqlarımız və gözlərimizin altı şişir.
Orqanizmimizdəki su kalsium, maqnezum, dəmir, natrium, kalium, xlor, sink və s. kimi elementlərlə, həmçinin, müxtəlif funksiyaları olan proteinlər, yağlar və şəkərlərlə zəngin olan və onları ehtiyacı olan hüceyrələrə ötürən çox mühüm daşıyıcı bir sistemdir.
Arı da su içir, ilan da...
Bəzən sevincli, bəzən də kədərli oluruq. Bu hallar da orqanizmimizdəki su və hormon balansına təsir edir. İnsaflı və mərhəmətli insanların orqanları da sağlam işləyir. Bunların əksi olan hissləri yaşayan insanların isə hormonal balansı pozulur. Mütəmadi olaraq gərginlik yaşamaq da orqanizmdəki su balansına mənfi təsir göstərir və təzyiqi yüksəldərək, toxumaların tez “kökdən düşməsinə” səbəb olur. Elə isə yaxşı və ya pis insan olmaq öz əlimizdədir. Necə deyərlər, “Arı su içir bal verir, ilan su içir zəhər verır”...
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 09 Mart 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see659

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see410

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see325

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see300

Avtomobili insanların üzərinə sürdü, ölənlər var

13 İyul 2026 03:51see256

İrəvanda silahlı ATIŞMA olub TƏCİLİ

13 İyul 2026 01:23see231

Baloqunun cəzasını təkbaşına ləğv edib FIFA da qalmaqallı qərar

13 İyul 2026 01:50see217

Bakıda ev qiymətinə telefon nömrələri satışa çıxarılır

13 İyul 2026 05:56see205

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see192

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see191

Yalan danışanlar özlərini bu cümlələrlə ələ verir

13 İyul 2026 05:14see179

Elektrikli avtomobillərdə 5 dəqiqəyə enerji doldurma dövrü yaxınlaşır

13 İyul 2026 05:31see174

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see171

Fənərbaxça dan 45 milyonluq transfer

13 İyul 2026 07:06see168

SEPAH: İran ABŞ nin Küveytdəki bir neçə hərbi obyektini məhv edib

13 İyul 2026 07:33see163

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see162

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see157

Dondurma dadında banan

13 İyul 2026 18:44see152

Daha Azərbaycanda heç kəs yalan danışa bilməyəcək

13 İyul 2026 05:15see150

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri