Icma.az
close
up
RU
Sudanda qaçqın düşərgəsinə hücum nəticəsində azı 30 nəfər ölüb

Sudanda qaçqın düşərgəsinə hücum nəticəsində azı 30 nəfər ölüb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qahirə, 11 oktyabr, AZƏRTAC

Sudanda mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan Çevik Dəstək Qüvvələri tərəfindən bu gün Şimali Darfur vilayətinin mərkəzi əl-Faşir şəhərindəki qaçqın düşərgəsinə PUA hücumu nəticəsində azı 30 nəfər həyatını itirib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, şəhərin ətrafında Sudan ordusu ilə üsyançılar arasında şiddətli döyüşlər gedir. Altıncı Piyada Briqadası Çevik Dəstək Qüvvələrinin şəhərin cənub istiqamətindən daxil olmasının qarşısını alıb. Üsyançıların bir neçə döyüş maşını məhv edilib.

BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Turk cümə axşamı bildirib ki, Qərbi Sudanda qaçqın düşərgəsi və ətrafında baş verən döyüşlər nəticəsində azı 53 mülki şəxs ölüb, 60-dan çox insan yaralanıb və ölü sayının artacağı ehtimal edilir.

2023-cü il aprelin 15-dən etibarən Çevik Dəstək Qüvvələri Sudan ordusu ilə ölkəyə nəzarət uğrunda mübarizə aparır, nəticədə 40 mindən çox insan həyatını itirib, 14 milyondan çox insan evlərini tərk etməyə məcbur olub.

Əl-Faşir şəhəri bir ildən çoxdur ki, mühasirəyə alınıb. BMT və digər humanitar təşkilatlar xəbərdarlıq edir ki, hələ də 260 min mülki şəxs şəhərdə qalıb. Yüz minlərlə insan isə yaxınlıqdakı Tuğla şəhərinə qaçıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:297
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri