Icma.az
close
up
RU
Sudanın Əl Faşər şəhərində silahlı toqquşmada azı 41 dinc sakin öldürülüb

Sudanın Əl Faşər şəhərində silahlı toqquşmada azı 41 dinc sakin öldürülüb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 aprel, AZƏRTAC

Sudan ordusunun aprelin 29-da verdiyi məlumata görə, bu ölkənin qərbindəki Şimali Darfur əyalətinin paytaxtı Əl-Faşərdə yarımhərbi Sürətli Dəstək Qüvvələrinin (RSF) artilleriya atəşi nəticəsində azı 41 mülki şəxs həlak olub və çoxlu sayda insan yaralanıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bəyanatda bazar ertəsi gecə şəhərin yaşayış məhəllələrini hədəf alan hücumda ölənlərin arasında qadın və uşaqların da olduğu bildirilir. Sudan ordusu bildirib ki, onun qüvvələri RSF-in şəhərə hücumunu dəf edə bilib - 600 yaraqlı öldürülüb və 25 hərbi maşın məhv edilib.

Üsyançı qrupdan hərbi bəyanatla bağlı heç bir şərh verilməyib.

Bazar ertəsi Əl-Faşərdə ordu qüvvələri ilə RSF yaraqlıları arasında gedən döyüşlər şəhərdəki xeyriyyə mətbəxlərini mülki şəxslərə ərzaq yardımını dayandırmağa məcbur edib.

Əl-Faşər Darfurun beş əyalətinin hamısında humanitar əməliyyatlar üçün mərkəz rolunu oynayır. Bu şəhərdə döyüşlərin riskləri ilə bağlı beynəlxalq xəbərdarlıqlara baxmayaraq, 2024-cü ilin may ayından Sudan ordusu ilə RSF arasında ölümcül toqquşmalar davam edir.

Bu ayın əvvəlində RSF silahlıları ilə toqquşmadan sonra Sudan ordusu şəhərdəki “Zəmzəm” qaçqın düşərgəsinə nəzarəti ələ keçirdiyini iddia etmişdi. BMT-nin məlumatına görə, həmin silahlı toqquşmada azı 400 dinc sakin həlak olub, 400 minə yaxın insan isə didərgin düşüb.

2023-cü il aprelin 15-dən etibarən RSF Sudan ordusu ilə ölkəyə nəzarət uğrunda mübarizə aparır, nəticədə minlərlə insan həlak olub və dünyanın ən pis humanitar böhranı yaranıb.

BMT və yerli hakimiyyət orqanlarının məlumatına görə, indiyədək 20 mindən çox insan həlak olub, 15 milyon insan isə evlərini tərk edib. Bununla belə, ABŞ alimlərinin araşdırmasına görə, ölənlərin sayı 130 minə yaxındır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri