Icma.az
close
up
RU
Sükan arxasında bu səhvə yol verməyin KONKRET

Sükan arxasında bu səhvə yol verməyin KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da Azərbaycanda gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.

Qeyd olunub ki, yüksək temperatur sürücülərdə diqqətin azalmasına, tez yorulmaya, reaksiya müddətinin uzanmasına, eləcə də səhhətdə qəfil narahatlıqların yaranmasına səbəb ola bilər:

“Bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Baş Dövlət Yol Polisi İdarəsi, xüsusilə yaşlı sürücülərə, ürək-damar, arterial təzyiq, şəkərli diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə günün ən isti saatlarında zərurət olmadıqda səfərə çıxmamağı tövsiyə edir. Digər sürücülərə isə nəqliyyat vasitəsinin texniki sazlığını, xüsusilə soyutma və əyləc sistemlərinin, təkərlərin və kondisionerin vəziyyətini əvvəlcədən yoxlamağı, uzunmüddətli səfərlər zamanı mütəmadi fasilələr verərək istirahət etməyi, özlərində halsızlıq, başgicəllənmə, yuxululuq və ya digər narahatlıq hiss etdikdə hərəkəti dayandırmalıdır”.

Qeyd olunub ki, sürət həddinə riayət etmək, riskli manevrlərdən çəkinmək, azyaşlı uşaqları avtomobildə nəzarətsiz saxlamamaq və günəş altında qalmış nəqliyyat vasitəsini hərəkətə başlamazdan əvvəl havalandırmaq məsləhət görülür.

BDYPİ bütün sürücüləri hava şəraitini nəzərə almağa, səfərlərini imkan daxilində günün nisbətən sərin saatlarına planlaşdırmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyacaq davranışlardan çəkinməyə çağırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 İyul 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri