Icma.az
close
up
RU
“Sükutla Yanan Güc: Azərbaycan Qazı və Geosiyasətin Yeni Axını” David Seliverstov

“Sükutla Yanan Güc: Azərbaycan Qazı və Geosiyasətin Yeni Axını” David Seliverstov

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Suriyaya qaz ixracı ilə bağlı atdığı addım təkcə iqtisadi deyil, həm də strateji və geosiyasi baxımdan dərin məna daşıyır. Bu təşəbbüs ölkəmizin enerji diplomatiyasında yeni səhifə açmaqla yanaşı, Azərbaycan üçün bir sıra mühüm iqtisadi və maliyyə imkanları yaradır. Eyni zamanda, bu prosesin regional və beynəlxalq aspektləri, xüsusilə də Suriyanın geosiyasi mövqeyi, o cümlədən Holland (Golan) təpələrinin İsrailin nəzarətində olması, mühüm strateji anlam kəsb edir.

 Bizim üçün ,İqtisadi və Maliyyə Perspektivləri

1. Yeni bazar və ixrac diversifikasiyası: Azərbaycan artıq Avropa İttifaqı ölkələrinə qaz ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Suriyaya qaz ixracı isə Cənubi Qafqazdan Yaxın Şərqə uzanan yeni bir enerji dəhlizinin açılması deməkdir. Bu isə Azərbaycan üçün bazarların şaxələndirilməsi və mövcud resursların daha geniş coğrafiyada monetizasiya edilməsi baxımından ciddi üstünlüklər yaradır. pizza mizza

2. Regional qaz tranzit mərkəzi funksiyası: Əgər Suriya daxilində və daha sonra İordaniya üzərindən Misir və Ərəb ölkələrinə enerji ötürülməsi baş tutarsa, bu, Azərbaycanın həm istehsalçı, həm də regional enerji ötürücüsü rolunu gücləndirəcək. Beləliklə, ölkəmiz həm tranzit haqları, həm də infrastruktur xidmətlərindən gəlir əldə edə bilər.

3. Enerji diplomatiyası vasitəsilə siyasi kapital: Enerji ixracı iqtisadi gəlirlərlə yanaşı, Azərbaycanın regional və qlobal arenada nüfuzunun artmasına səbəb olur. Enerji asılılığı fonunda yeni bazarların formalaşması, Bakı üçün mühüm diplomatik alətə çevrilir. Bu, Azərbaycanın beynəlxalq təsir gücünü artırmaqla yanaşı, xarici investisiya cəlbediciliyini də yüksəldir.

4. İnfrastruktur və inşaat sektorunun ixracı: Suriya ilə əməkdaşlıq yalnız qaz ixracı ilə məhdudlaşmır. Müharibədən zərər görmüş ərazilərin yenidən qurulması üçün Azərbaycan inşaat, rabitə, enerji təchizatı və logistika sahələrində öz şirkətlərinin ixrac potensialını genişləndirə bilər. Bu da qeyri-neft sektorunun inkişafı və milli iqtisadiyyatın şaxələnməsi baxımından önəmlidir.

Yaxın Şərqdə güclənən mövqe: Suriyaya qaz ixracı Azərbaycanın Yaxın Şərq regionunda enerji oyunçusu kimi mövqeyini möhkəmləndirir. Bu regionda İran, Rusiya, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı kimi güclü oyunçuların olması fonunda Azərbaycanın bu dairəyə daxil olması yeni güc balansları formalaşdırır.

Suriya ilə əməkdaşlıq və beynəlxalq hüquq: Azərbaycan beynəlxalq hüququn bərqərar olduğu, milli suverenliyin və ərazi bütövlüyünün tanındığı platformalarda fəaliyyət göstərir. Suriya ilə qaz əməkdaşlığı bu ölkənin beynəlxalq reinteqrasiyasına dəstək olmaqla, Azərbaycanın barış və yenidənqurma təşəbbüslərinə açıq olduğunu göstərir.

 təpələrinin nəzarət problemi və enerji marşrutlarının sabitliyi: Golan təpələri İsrailin nəzarətindədir və Suriyanın cənub-qərb sərhədlərində yerləşir. Bu ərazi su ehtiyatları və strateji yüksəklik kimi mühüm əhəmiyyətə malikdir. Golan təpələrinin hazırkı vəziyyəti regionda enerji tranziti üçün müəyyən risklər və təhlükəsizlik çağırışları yaratsa da, eyni zamanda alternativ marşrutlar üçün geosiyasi qiymətləndirmənin vacibliyini artırır. İsrailin bu bölgəyə nəzarəti, gələcəkdə Azərbaycan qazının İordaniya və Misir istiqamətində ötürülməsi layihələrində iştirakını koordinasiya etmək zərurətini ortaya qoyur.

Nəticədə olaraq:

Azərbaycanın Suriyaya qaz ixracı təşəbbüsü yalnız enerji sektorunun deyil, bütün xarici siyasət və iqtisadi strategiyanın vacib tərkib hissəsidir. Bu layihə Azərbaycanın enerji təhlükəsizliyi ixracatçısından enerji siyasətində regional gücə çevrildiyini göstərir. Suriya ilə enerji əməkdaşlığı həm Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, həm də onu beynəlxalq diplomatik sistemdə daha aktiv və təsirli aktora çevirir. Eyni zamanda, bu proseslər Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın Yaxın Şərqdə də strateji nüfuzunu artırmasına təkan verir.

David Seliverstov 

Magen David Azərbaycan - İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin  sədri, Ümum  İsrail Qafqaz Yəhudiləri Asossasiyasinin Azərbaycan nümayəndəliyinin sədri, Beynəlxalq hüquq müdafiəçisi


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Avqust 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri