David Seliverstov: Albert Aqarunovun ruhu şaddır, çünki Azərbaycan artıq bütövdür
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 25 aprel, AZƏRTAC
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Albert Aqarunov cəmi 23 yaşında şəhid olub. Onun və digər şəhidlərimizin ruhu bu gün şaddır, çünki Azərbaycan artıq bütövdür və işğala məruz qalan torpaqları azad olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Magen David” Azərbaycan İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin sədri, Ümumisrail Qafqaz Yəhudiləri Asossiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov jurnalistlərə açıqlamasında söyləyib.
O vurğulayıb ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım günü bütün şəhidlərin anım günüdür: “Azərbaycan tolerant xalqdır. Millətindən, dinindən, irqindən asılı olmayaraq qəhrəmanlıq hər kəsin qəlbində yaşamalıdır. Albert bir yəhudi millətinin övladı olsa da, o həm də Azərbaycan oğludur. Xalqımızın qəhrəman övladları hər zaman uca tutulmalıdır. Biz inanırıq ki, gələcəkdə də digər qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş tədbirlər təşkil ediləcək və bu kimi təşəbbüslər Azərbaycanımızın daha da güclənməsinə xidmət edəcək”, - deyə David Seliverstov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 25 Aprel 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















