Sülh danışıqları ərəfəsində Avropa Rusiyanı cəzalandırdı
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqına üzv ölkələr Rusiyadan alüminium idxalını qadağan edən və Rusiyanın donanmasını hədəf alan yeni sanksiyalarla bağlı razılığa gəliblər.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen açıqlama verib. O, Avropa İttifaqı ölkələrinin Rusiya-Ukrayna müharibəsinin ildönümü üçün hazırlanan 16-cı sanksiya paketi ilə bağlı razılığa gəldiyini açıqlayıb. "Mən 16-cı sanksiya paketimizlə bağlı razılaşmanı alqışlayıram" deyən von der Leyen, paketin AB-nin Rusiyanın donanmasında olan gəmiləri hədəf aldığını və ölkəyə yeni idxal və ixrac qadağaları tətbiq edəcəyini söyləyib.
Von der Leyen sanksiyalardan yayınma cəhdlərinə qarşı da tədbir gördüklərini qeyd edib və Kremlə təzyiqləri davam etdirməkdə qərarlı olduqlarını bildiriblər. Yeni sanksiyaların detalları açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 19 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















