Icma.az
close
up
RU
Sülh, həmrəylik və qardaşlıq Azərbaycanın əsas çağırışıdır ŞƏRH

Sülh, həmrəylik və qardaşlıq Azərbaycanın əsas çağırışıdır ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər Azərbaycanın İslam dünyasında əməkdaşlıq, həmrəylik və sülh məsələlərinə verdiyi önəmi bir daha nümayiş etdirdi. Görüşdə həmçinin Seyid Yəhya Bakuvinin zəngin mənəvi irsi, Türk dünyası ilə əlaqələr və Qarabağda yeni reallıqlar barədə mühüm fikirlər ifadə olundu.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində həyata keçirdiyi tədbirlərə diqqət çəkərək, gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçiriləcəyini bildirdi. Dövlət başçısının sözlərinə görə, belə mühüm tədbirin Azərbaycanda keçirilməsi ölkənin müsəlman dünyasında əməkdaşlıq və dialoqa verdiyi əhəmiyyətlə bağlıdır.
Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də bu siyasətin nümunələrindən biri kimi qeyd olundu. Prezident həmin tədbiri yalnız idman yarışı deyil, həm də müsəlman ölkələrinin birliyini nümayiş etdirən platforma kimi xarakterizə etmişdi.
Görüşün əsas mövzularından biri də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri idi. Prezident İlham Əliyev dini liderlərin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcəyini bildirərək, onların həm 30 illik işğalın nəticələrini, həm də bu gün dirçələn Qarabağın yeni simasını görəcəklərini qeyd etdi.
Dövlət başçısı bildirib ki, artıq Qarabağ və Şərqi Zəngəzurun 48 şəhər və kəndində insanlar yaşayır və həmin ərazilərdə 90 mindən çox insan məskunlaşıb. Bu göstəricilər Böyük Qayıdış prosesinin real nəticələrini əks etdirir. Eyni zamanda, işğal zamanı dağıdılmış dini-mədəni irsin bərpasına da xüsusi diqqət yetirilir. Prezidentin sözlərinə görə, 2021-ci ildən başlayan bərpa işləri çərçivəsində 12 məscid bərpa olunub və yenidən qurulub.
Prezident İlham Əliyev çıxışında 30 illik işğal dövrünün ağır nəticələrinə də toxundu. Onun bildirdiyinə görə, Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kəndlər dağıdılıb, yüz minlərlə insan öz doğma torpaqlarından didərgin düşüb, dini abidələrə və məscidlərə ciddi ziyan vurulub. Dövlət başçısı beynəlxalq ictimaiyyətin bu prosesə münasibətini də tənqid edərək, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasının təmin olunmadığını vurğuladı.
Bu məqam Prezidentin çıxışında mühüm bir mesajla tamamlandı: Azərbaycanın keçmişi unutmadan gələcəyə baxması, əldə olunmuş nəticələri qoruması və regionda sülhün möhkəmlənməsinə çalışması.
Görüşdə “Zayed İnsan Qardaşlığı Mükafatı”na da xüsusi diqqət ayrıldı. Prezident İlham Əliyev bu mükafatın böyük məna daşıdığını bildirərək, onun mötəbər münsiflər heyəti tərəfindən verildiyini qeyd etdi. Dövlət başçısı mükafatı sülh gündəliyini dəstəkləyən mühüm addım kimi qiymətləndirdi. Prezident çıxışında Azərbaycanın müharibədən sonra sülh gündəliyinə üstünlük verdiyini də vurğuladı. O qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdirilməsi regionda sabitliyin möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Mükafatın sülh prosesinə beynəlxalq diqqəti artıran amillərdən biri kimi təqdim olunması da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır.
Beləliklə, Prezident İlham Əliyevin dini liderlərlə görüşündə səsləndirilən fikirlər Azərbaycanın İslam həmrəyliyi, Türk dünyası ilə əməkdaşlıq, Qarabağda bərpa-quruculuq və regionda sülh gündəliyi ilə bağlı yanaşmalarının əsas istiqamətlərini əhatə etdi. Görüşün Bakıda keçirilməsi isə dini, tarixi və mədəni irsin müzakirəsini beynəlxalq əməkdaşlıq gündəliyi ilə bir araya gətirdi.

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri