Icma.az
close
up
RU
Sülh masasından kənarda qalan Avropa ölkələri Rusiya Ukrayna müharibəsinin davam etməsi üçün çalışırlar

Sülh masasından kənarda qalan Avropa ölkələri Rusiya Ukrayna müharibəsinin davam etməsi üçün çalışırlar

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Rusiya-Ukrayna müharibəsinin indiki vəziyyətində BMT heç bir iş görə bilmir. ABŞ-ın bu prosesdə təşəbbüsü üzərinə götürməsi hələ ki, bir uğur ortaya qoymayıb. Avropa liderləri bu prosesdə, hazırkı şərtlərə münasibətdə müharibənin davam etdirilməsindən tərəf olduqlarını açıq şəkildə bəyan edirlər. Onlar istəmirlər ki, Rusiya ilə hazırkı mərhələdə bu şərtlər daxilində danışıqlar aparılsın və təbii ki, Donald Tramp və Rusiya prezidenti Vladimir Putin bu danışıqlar prosesində avropalı liderlərinin iştirakını istəmirlər. Elə Volodimir Zelenski və Ukrayna tərəfi də bu şərtləri qəbul etmir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, Rusiya tərəfi də Donbasın tam şəkildə alınmasını və onların nəzarəti altına verilməsini istəyir.

Xəyal Bəşirov

“Burada mən düşünürəm ki, psixoloji məqam var. Rusiya tərəfi onsuz da anlayır ki, heç kim Donbasın onlara verilməsinə razı olmayacaq. Amerika Birləşmiş Ştatları bu məsələdə razılığa gələ bilər. Amma Avropa liderləri və Ukrayna tərəfi bunu etməyəcək, çünki açıq şəkildə müharibədə Rusiyanın istəyinə uyğun addım atmaq əraziləri könüllü şəkildə Rusiyaya vermək deməkdir. Digər tərəfdən, Rusiya tərəfindən bölüşdürülməsi planına uyğun şəkildə addım olacaq. Rusiya tərəfi bunu bildiyinə görə, məhz bu fikri səsləndirir, bu təklifi və yaxud tələbi irəli sürür ki, onsuz da bu alınmayacaq və müharibə davam edəcək. Ona görə, Budapeştdə keçirilməli olan görüş də hələ alınmır. Çünki bu görüşün alınması Avropa liderləri tərəfindən qəbul edilmir. Avropa liderləri bu görüşdə özlərinin də iştirakını istəyirlər. Amma Avropa liderləri müharibənin bu günə qədər davam etdirilməsindən yana olan və Rusiya ilə Ukrayna arasında danışıqların alınmaması üçün əllərindən gələni edənlərdir. Bunu Donald Tramp da, Vladimir Putin də gözəl bilir və onlar bu prosesdə iştirak etmək istəsələr də, hələ ki, Donald Trampla Vladimir Putin buna imkan vermir. Bu mərhələdə onlar buna imkan verməyəcəklər.

Hər halda bu görüş indi təxirə salınsa belə, gələcəkdə reallaşacağı təqdirdə belə, bu görüşdə ilkin razılıq əldə edilənə qədər, Avropa liderlərinin bu görüşdə iştirakına mümkün qədər Putin və Tramp mane olmağa çalışacaqlar”-deyən Xəyal Bəşirov qeyd edib ki, ümumi vəziyyət belədir və bu vəziyyətin belə olması müharibənin davam etdirilməsi deməkdir.

Xəyal Bəşirov vurğulayıb ki, hər həftə minlərlə, hər gün yüzlərlə əsgər və zabitin ölümünə səbəb olan müharibə elə bu şəkildə də, bu miqyasda da davam etməkdədir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Oktyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri