Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Sülh mövzusu qeyri dəqiqliyi sevmir

Sülh mövzusu qeyri dəqiqliyi sevmir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paşinyan bir yandan “uğur hekayəsi”ndən danışır, o biri yandan ikibaşlı bəyanat verir

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Orbeli - 2025” beynəlxalq forumdakı çıxışı həm daxili auditoriyaya, həm də xaricə ünvanlanmış çox vacib mesajlarla zəngin oldu. Yəqin indi erməni mediası baş nazirin bəyan etdiyi mesajları geniş tirajlamaqla və onları şərh etməklə məşğuldur.

Paşinyanın çıxışında toxunduğu və bizim üçün əhəmiyyət kəsb edən əsas məsələ ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıdışı xülyasından əl çəkməyən daşnak-revanşistlərə cavab olaraq dedikləri idi. “Bacı və qardaşlarının qayıdış gündəliyinin” Ermənistanla Azərbaycan arasında əldə edilmiş sülhə təhlükə yarada biləcəyindən söz açan baş nazirin fikrincə, ermənilərin Qarabağa qayıtması “sülh üçün risk” olardı: “Bu məsələ ümumiyyətlə təhlükəlidir, çünki bu, münaqişənin ilkin stadiyasına, parametrlərinə qayıtmaq deməkdir”. Məsələyə praqmatik yanaşma sərgiləyən Paşinyan sülhü yeni doğulmuş uşağa bənzədib və onun qayğıya ehtiyacı olduğunu vurğulayıb: “Biz sülh müqaviləsi imzalamalı, sərhədi delimitasiya etməli, bir-birimizi rahat buraxmalıyıq”.

Baş nazirin sülh ritorikasının daha da gücləndiyinin aşkar duyulduğu forumdakı çıxışı cəmiyyətə, daxildəki siyasi rəqiblərinə, xəstə zehniyyətli müxalifətə, eləcə də xaricdəki erməni diasporuna ünvanlanan ismarış sayılmalıdır. Paşinyan birmənalı şəkildə sülh yolundan dönüşün olmadığını onların nəzərinə çatdırmış oldu.

Siyasi baxımdan Ermənistanla Azərbaycan arasında münaqişənin artıq bitdiyini, amma sosial-psixoloji yöndən hələ də davam etdiyini bildirən Paşinyan onun sülhdən danışanda bunun çoxlarına qəribə gəldiyini, hətta yad göründüyünü anlayışla qarşıladığını deməkdən çəkinmədi: “Sülh Ermənistan və Azərbaycan üçün tanış olmayan anlayışdır və yeni mühitdir”. Bunun ardınca baş nazir iki ölkə arasında 30 il davam edən münaqişəyə kifayət qədər maraqlı prizmadan yanaşaraq, fikirlərini bu cür formulə edib: “SSRİ dağılandan sonra məhz münaqişə hər iki ölkənin siyasi sistemlərinin, ictimai əhval-ruhiyyəsinin, milli kimliyinin formalaşdığı faktora çevrilib. Münaqişə bizim təfəkkürümüzü, siyasətimizi, xalqlar arasında münasibətləri müəyyənləşdirdi”.

Bu həqiqəti qəbul edən Ermənistan baş nazirinin çıxışı dövləti və xalqı üçün çıxış yolunun yalnız sülhdən və qonşuları ilə əməkdaşlıqdan keçdiyini növbəti dəfə etiraf etməsinin təzahürüdür.

Paşinyanın “uğur hekayəsi”

İrəvanda keçirilən “Orbeli - 2025” beynəlxalq forumdakı çıxışında iki ölkə arasında münasibətlərin tam normallaşması üçün müəyyən vaxt tələb olunacağını bildirib. Onun fikrincə, münaqişəyə siyasi müstəvidə son qoyulması heç də ictimai şüurun dərhal sülhə tərəf dəyişməsi demək deyil. Postmünaqişə mərhələsinə bu prizmadan yanaşmasında Paşinyana haqq qazandırmamaq mümkün deyil. Yeri gəlmişkən, bu məqamda qeyd edək ki, İrəvana səfər etmiş Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin Ermənistan rəsmiləri ilə görüşündə bu reallığın hər iki tərəfdən anlayışla qarşılanmasının normal sayıldığı da vurğulanmışdı.

Aydın məsələdir ki, iki xalq arasında uzun müddət davam edən düşmənçiliyin aradan qaldırılması üçün müəyyən vaxta, dialoq və qonşuluq münasibətlərinin dərk edilməsinə ehtiyac var. Çıxışında bu həssas məsələyə də toxunan Paşinyanın keçmişə tamamilə yeni düşüncə və təfəkkürlə yanaşmanın vacibliyiliyini nəzərdə tutduğu başadüşülən idi. Baş nazir daha sonra çıxışında tərəfləri sülhə daşıyacaq pozitiv yanaşma xəttini daha da inkişaf etdirərək qeyd edib ki, bu gün Ermənistanla Azərbaycan arasında uğur hekayələri mövcuddur.

Ermənistan baş nazirinin sözlərinə görə, bu uğur hekayələri 2024-cü ildə iki ölkə arasında sərhədin demarkasiyası prosesi ilə başlayıb: “Bu, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasında dönüş nöqtəsi oldi. Çünki hər iki ölkə 1991-ci il Alma-Ata Bəyannaməsinin prinsipləri əsasında bir-birinin ərazi bütövlüyünü tanıyır”. Ən böyük uğur hekayəsinin isə bu il avqustun 8-də Vaşinqtonda keçirilən və Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması və dövlətlərarası münasibətlərin qurulması haqqında birgə Bəyannamənin qəbulu ilə yekunlaşan Sülh Sammiti olduğunu deməyi unutmayan Nikol Paşinyan çıxışında hazırda amerikalı tərəfdaşları ilə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisini müzakirə etdiklərini bildirib.

Bundan sonra “niyə məhz ABŞ-la?” – deyə forum iştirakçılarına xitab edən baş nazir sualı belə cavablandırıb: “Çünki bu, TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin tərkib hissəsi sayılır”. ABŞ-ın tərəfdaş kimi iştirakının artıq bu layihənin nəinki həyata keçiriləcəyinə, həm də çağdaş tariximizdə ölkələrə gəlir, təhlükəsizlik və sabitlik gətirən ən uğurlu layihə olacağına təminat verdiyinə əminliyini bildirən Ermənistan hökumətinin başçısı bu marşrutun bölgədənkənar ölkələr – İran, Rusiya, Gürcüstan, ABŞ, Çin, Türkiyə, Mərkəzi Asiya, eləcə də Avropa İttifaqının üzvləri üçün böyük əhəmiyyət kəsb etdiyini forum iştirakçılarının nəzərə çatdırıb.

Paşinyan daha sonra iki ölkə arasında münasibətlərin normallaşmaya doğru getməsinə dəlalət edən faktı – Qazaxıstandan taxıl yüklənmiş qatarın tezliklə Azərbaycan və Gürcüstan üzərindən Ermənistana gələcəyini açıqlayıb. O, iki ölkə arasında kommunikasiyaların açılmasının reallıq olduğunu ifadə edib və buna görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Baş nazir, həmçinin onu da qeyd edib ki, regional kommunikasiyalar işə düşdükdən sonra Rusiya Azərbaycan dəmir yolları vasitəsilə Ermənistana yük daşımalarını həyata keçirə biləcək: “Hazırda Rusiyanın Azərbaycandan keçməklə Ermənistana dəmir yolu daşımalarını təmin edə bilməsi ilə bağlı müzakirələr gedir”.

Sual doğuran açıqlama

Aydın məsələdir ki, Nikol Paşinyan beynəlxalq formatlı forumdakı çıxışında Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki müşahidə missiyasının fəaliyyətinə də toxunmalı idi. Bu xüsusda verdiyi açıqlamada Paşinyan avropalı müşahidəçilərin Azərbaycanla sülh sazişi imzalanana qədər Ermənistanda qalacaqlarını bildirib. O, sözlərinə onu da əlavə edib ki, sülh sazişi imzalanandan sonra missiyanın formatında müəyyən dəyişikliklər baş verəcək: “Bu məsələ ilə bağlı Ermənistan hakimiyyəti avropalı həmkarları ilə daha predmetli müzakirələr aparacaq”.

“Daha predmetli müzakirələrin” nədən ibarət olacağına toxunmayan Nikol Paşinyanın Aİ-nin Ermənistanın Azərbaycanla sərhədində patrulluq edən 200-dən çox “binokllu diplomatını” yola salmağa hazırlaşmadığı qənaətinə gəldiyini düşünmək məntiqli sayıla bilər. Baş nazirin buna qədər toxunduğu bütün aspektlərdə sülhə və əməkdaşlığa açıq mövqe sərgiləməsinə baxmayaraq, Aİ missiyasının aqibəti ilə bağlı məsələdə rəsmi Bakıda sual doğuran, ikibağlı ritorika seçməsi, ən azı, müəmmalı görünür. Onun Aİ-nin timsalında Qərbdən müəyyən umacaqlarının olduğu sirr deyil.

Amma bu gözləntilərini sülh gündəliyindən üstün tutulması, sonrakı mərhələdə avropalı missionerlərin yola salınmasını ləngidəcəyi təsəvvürü yaradan açıqlaması ciddi suallar doğurur. Ermənistanın Baş naziri Bakının sülhlə manipulyasiyaya imkan verməyəcəyini yaxşı anlamalı, bu məsələdə konkretlilik və dəqiqlik kimi meyarları unutmamalıdır.

Doğrudur, Paşinyanın “noyabr tezisləri” adlandırıla biləcək “Orbeli - 2025” beynəlxalq forumdakı çıxışını yeddi aydan sonra Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi ilkin təbliğat kampaniyasının atributu kimi də qəbul etmək olar. Amma auditoriyanın, elektoratın gözündə dividend qazanmağa hesablanmış planları ona heç də sülhün “qırmızı xəttini” keçməsinə haqq vermir.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri