Icma.az
close
up
RU
Sülh müqaviləsi Paşinyanın gündəlik açıqlamalarından asılı deyil, beynəlxalq hüquqa uyğun olmalıdır

Sülh müqaviləsi Paşinyanın gündəlik açıqlamalarından asılı deyil, beynəlxalq hüquqa uyğun olmalıdır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” beynəlxalq forumunda “Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq. Və mən inanıram ki, xanımlar və cənablar, (...) Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq", - deyib. Martın 14-də Paşinyan Rusiya lideri Vladimir Putinə Azərbaycanla sülh müqaviləsi üzrə danışıqların başa çatması barədə məlumat verib. Həmçinin ikitərəfli münasibətlər və regional məsələləri müzakirə ediblər. Martın 19-da Paşinyan Bakı ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh sazişinin layihəsi artıq razılaşdırılıb.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan baş naziri “Azərbaycanla sülh müqaviləsi bağlamağa hazıram” deyə fikir səsləndirir: “Əsas məsələ Ermənistan Konstitusiyasının dəyişməsidir. Yəni proses bundan ibarətdir. Ermənistan buna getməlidir. Bu olmasa, hər hansı bir sülh sənədinə Azərbaycan imza atmayacaq, baxmayaraq ki, sülh, müqaviləsi razılaşdırılıb. Amma bu da əsas vermir ki, tezliklə sülh müqaviləsi bağlansın. Əldə olunan müqavilə Ermənistan Konstitusiyasına, Ermənistan qanunvericiliyinə uyğun olmaz. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var və cənab prezident İlham Əliyev də daima bunu qeyd edir”.

Məhəmməd Əsədullazadə

Politoloq vurğulayıb ki, Ermənistan baş naziri özünü sülhpərvər göstərməyə çalışır, amma sülhü əngəlləyən əsas faktoru ortadan qaldırmır: “Problem bundan ibarətdir. Ermənistan tərəfi konkret olaraq bu addımı atmalıdır. Əgər etmirsə, sülh müqaviləsi də bağlanmayacaq. Azərbaycan sülhü rəsmiləşdirməlidir və bu proses tam beynəlxalq hüquqa uyğun olmalıdır”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 May 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri