Icma.az
close
up
RU
Menu

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Bakıda sənədsiz ev problemi: Minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

SÜLH MÜQAVİLƏSİNDƏ HANSI ÖHDƏLİKLƏR YER ALIB? Politoloq əsas məqamları açıqladı

SÜLH MÜQAVİLƏSİNDƏ HANSI ÖHDƏLİKLƏR YER ALIB? Politoloq əsas məqamları açıqladı

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

"Azərbaycan və Ermənistan arasında Vaşinqtonda paraflanmış sülh müqaviləsinin mətni ictimaiyyətə açıqlanması prosesin şəffaflığının göstəricisidir. Bu, öncəliklə Azərbaycan və Ermənistan cəmiyyətləri üçün, eləcə də xarici tərəflər üçün vacibdir".

"AzPolitika" xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov sülh müqaviləsinin mətnini şərh edərkən bildirib.

Onun sözlərinə görə, birgə Bəyannamədən məlum olur ki, tərəflər müqavilənin yekun imzalanması və ratifikasiyası üçün səylər göstərəcəklər. Yəni sənədin tam qəbul edilməsi Ermənistanın yeni Konstitusiyası üzrə referendum keçirilməsindən asılıdır. Bu sənədin ABŞ-da qəbul olunması Bakı tərəfinin mövqeyinin məntiqiliyinə və obyektivliyinə Vaşinqtonu inandırdığını, həmçinin Ermənistan rəhbərliyi tərəfindən bu mövqeyin başa düşülüb qəbul edildiyini göstərir.

Məmmədov vurğulayıb ki, müqavilədə qarşılıqlı suverenlik və ərazi bütövlüyü tanınır və ən önəmlisi, qarşılıqlı ərazi iddiaları tamamilə istisna edilir. Bu, artıq Birgə Bəyannamədə əks olunmuşdu, amma müqavilədə hüquqi öhdəlik kimi əbədi qüvvəyə minir. Hətta bu öhdəlik Ermənistan hökumətindən başqa ölkə ərazisində fəaliyyət göstərən təşkilatlar və şəxslərə də aiddir.

Politoloq deyib ki, diplomatik münasibətlərin qurulması və daxili işlərə müdaxilənin qadağan olunması prinsip etibarilə təsbit olunub.


O qeyd edib ki, SSRİ dövrünün inzibati sərhədlərinin dövlət sərhədi kimi qəbul olunması da müqavilədə yer alıb. Bu, erməni təbliğatında yayılan “dağlıq Qarabağ heç vaxt Azərbaycan tərkibində olmayıb” tezisini əsassız edir və Qarabağın Azərbaycanın tərkibində olduğunu rəsmən tanıyır.

Məmmədov vurğulayıb ki, müqavilədə yalnız qarşılıqlı zorakılığın qadağan olunması deyil, həm də üçüncü dövlətlərin ərazilərindən biri digərinə qarşı istifadə edilməməsi qeyd olunub. Azərbaycanın ərazisində xarici hərbi baza yoxdur, Ermənistan isə Rusiya hərbi bazasına sahibdir. Buradan əlavə mesajların nəzərdə tutulduğu ehtimal edilir.

O deyib ki, sərhəddə üçüncü tərəflərin, məsələn, Avropa İttifaqının müşahidə missiyasının olmayacağı, sərhədin yalnız Azərbaycan və Ermənistan tərəfindən idarə olunacağı nəzərdə tutulur.

Məmmədov bildirib ki, sərhədin delimitasiyası və demarkasiyası hökumətlərarası komissiyanın fəaliyyəti çərçivəsində həyata keçiriləcək, konkret xəritələrdən bəhs edilmir. Bu da anklavlar, problemli zonalar kimi məsələlərin mərhələli və sülh yolu ilə həllinə imkan yaradır. Bu, manevr sahəsinin olması deməkdir.

Politoloq deyib ki, ilk dəfə belə müqavilələrdə 8-ci maddədə qarşılıqlı separatizmə qarşı mübarizə qeyd olunur. Hər iki tərəfin separatizm anlayışı ilə bağlı qanun qəbul etməsi və onun hansı hallarda cəzalandırılmalı olduğunu aydınlaşdırması gözlənilir.

Məmmədov vurğulayıb ki, 11-ci maddədə ölkələrin üçüncü tərəflər qarşısındakı öhdəliklərinin müqavilə ilə ziddiyyət təşkil etməməsi qeyd olunur. Yəni üçüncü ölkələr Azərbaycan və Ermənistanla münasibətlərində tərəflərə qarşı hər hansı ərazi iddiası ehtiva edən sənəd imzalamaq imkanına malik olmayacaq.

Onun sözlərinə görə, bütün mübahisələrin ikitərəfli komissiya vasitəsilə dialoq yolu ilə həll olunması planlaşdırılır və bunun üçün xüsusi struktur yaradılmalıdır.

Fərhad Məmmədov bildirib ki, ən maraqlı maddələrdən biri 15-ci bənddir — beynəlxalq məhkəmələrdə iddialardan imtina. Bu yalnız dövlətlərin indiki iddialarını deyil, həm də region və digər ölkələrdən qeyri-hökumət təşkilatları tərəfindən verilə biləcək iddiaları əhatə edir. Bu iddialar dəstəklənməyəcək, tərəflər belə hallara şərait yaratmayacaqlar.

Nəticə olaraq, Məmmədov sənədin məzmunca çox dolğun və önəmli olduğunu qeyd edib.

Rasim Əliyev 

AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:28
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Avqust 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see195

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see173

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see167

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see159

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see152

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see141

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see138

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see135

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see135

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see131

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see130

Bakıda sənədsiz ev problemi: Minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir

12 Noyabr 2025 08:26see124

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri