Icma.az
close
up
RU
Sülh müqaviləsinin imzalanmasının əsas əngəllərindən biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır Deputat

Sülh müqaviləsinin imzalanmasının əsas əngəllərindən biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bu gün regionda sülhün bərqərar olması, sülh müqaviləsinin imzalanması üçün əsas əngəllərdən biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır.

Redaktor.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb:

“Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində bütün zəruri addımları atıb, prinsiplər irəli sürüb. Lakin Ermənstan özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışsa da, əməldə heç bir addım atmır, sülh danışıqları ətrafında spekulasiya edir. Ermənistanın hələ də konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı dəyişiklik etməkdən yayınması bu ölkənin sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını aydın göstərir. Bir ölkənin konstitusiyasında digər bir ölkəyə qarşı ərazi iddialarının mövcud olması beynəlxalq praktikada yolverilməzdir. Azərbaycanın bu iddiaların aradan qaldırılması ilə bağlı tələbi beynəlxalq qanunvericiliyə tam uyğundur”.

Deputat bildirib ki, sülh müqaviləsinin imzalanmasında əngəllərdən biri də Minsk qrupunun hələ də ləğv olunmamasıdır: “Minsk qrupu öz aktuallığını çoxdan itirib. Minsk qrupu yaradılarkən onun missiyası münaqişəni həll etmək idi. Lakin əfsuslar olsun ki, uzun müddət səmərəsiz fəaliyyət göstərməklə, qeyri-konstruktiv mövqe nümayiş etdirməklə Minsk qrupu ona olan etimadı tam itirdi. Belə ki, Minsk qrupu öz missiyasının ziddinə fəaliyyət göstərərək münaqişəni həll etmək əvəzinə işğalçıya dəstək göstərdi, münaqişəni dondurulmuş münaqişəyə çevirməyə çalışdı. Lakin Azərbaycan onların bu məkrli niyyətinin baş tutmasına imkan vermədi, 44 günlük Vətən müharibəsində tarixi Zəfəri və antiterror tədbirləri ilə öz torpaqlarını işğaldan azad etdi, suverenliyini tam bərpa etdi. Bu gün isə reallıqlar tamamilə başqadır. Həmin ərazilərimiz sürətlə bərpa edilir və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu baxımdan Minsk qrupu ən qısa zamanda ləğv edilməli və tarixin arxivinə göndərilməlidir”.

Deputat əlavə edib ki, Ermənistan yaxşı düşünməli və sülh müqaviləsinin imzalanması yoluna olan əngəlləri aradan qaldırmalıdır: “Çünki bu gün sülh Azərbaycandan çox Ermənistana lazımdır. Ermənistanın hazırkı düşdüyü çətin durumdan heç bir havadarı xilas edə bilməyəcək. Ermənistanın yalnız bir seçimi var, o da Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsini imzalamaqdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Yanvar 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see236

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see211

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see206

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see178

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see170

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see158

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see153

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see151

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri