Icma.az
close
up
RU
Sülh olmadığı müddətdə qarşıdurma ehtimalı hər zaman var RƏY

Sülh olmadığı müddətdə qarşıdurma ehtimalı hər zaman var RƏY

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Azərbaycanla Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılması üzrə danışıqların başa çatdığı məqamda Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə atəşkəsi pozması nöbvəti təxribat xəttini tutmasından xəbər verir. İşğalçı Ermənistanın növbəti dəfə destruktiv siyasət yürütməsi, məkrli xisləti sülhdən, haqq-ədalətdən nə qədər uzaqda olduğunu aşkar göstərir.  

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib ki, Azərbaycanın mövqelərinin bir neçə gündür, sistematik atəşə tutulması Ermənistanın sülhdə maraqlı olmadığını göstərir:

“Diqqət çəkən məqam bundan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması, sülh üzrə danışıqların başa çatması ilə bağlı məlumat paylaşıldıqdan sonra atəşkəş rejimi pozulur, hərbi təxribatlar baş verir, mövqelərimiz fasilələrlə  atəşə tutulur. Bu, tamamilə yolverilməzdir. Belə görünür ki, bir tərəfdən Ermənistan sülhdə maraqlı olduğunu göstərir, lakin Fransa və Hindistandan silahlar alır, digər mənbələr üzrə də silah alışı üçün cəhdlərə əl atır. Beləliklə, gərginlik yaratmaqla bütün diqqətlər regiona cəlb edilir. Rusiya-Ukrayna müharibəsinin dayanması ilə sanki Ermənistan və onun havadarları Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdid yaratmaqda maraqlıdırlar. Eyni zamanda Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Bu, Azərbaycanın haqlı tələbidir. Konstitusiyanın giriş hissəsində - preambulada Azərbaycana qarşı ərazi iddiaları var, çünki Ermənistanın müstəqillik haqqında bəyannaməsinə istinad edilir. Bununla yanaşı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır. Tərəflər arasında razılıq varsa, Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-in katibliyinə müraciət edilə bilər. Bütün bu məsələlər hazırda siyasi gündəlikdədir. Belə bir önəmli dövrdə atəşkəsin pozulması gərginliyin artırılmasına hesablanıb. Bu arzuolunmazdır. Ermənistan da siyasi iradə nümayiş etdirib, daxildə ordu sıralarında müxtəlif islahatlar həyata keçirməlidir. Geniş yayılmış fikir budur ki, Ermənistan ordusunda da baş komandanlığa tabe olmayan bəzi casus şəbəkələr qalmaqdadır. Paralel olaraq Avropa İttifaqının mülki missiyası da regionda destruktiv xarakter daşıyır. Sülh müqaviləsinin tərkibində göstərilir ki, Ermənistan-Azərbaycan sərhədində üçüncü ölkələrə, güc mərkəzlərinə aid qüvvələr yerləşə bilməz. Hesab edirəm, Avropa İttifaqının mülki missiyası regionu tərk etdikdən sonra Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə yanaşı, həm də demilitikisaziya zonası yaradılmalıdır ki, hər hansı gərginlik elementləri müşahidə olunmasın. Bu, çox çətin, eyni zamanda mümkün məsələlərdir və həllinə çalışmaq lazımdır”.

Politoloq Rəşad Bayramov isə bildirib ki, sülh istiqamətində konkret addımlar atmaq və Azərbaycanın şərtlərini yerinə yetirmək əvəzinə Paşinyan hakimiyyəti ölkəni silahlandırmaqla bölgəni yenidən müharibəyə sürükləməyə cəhd edir:

“Ermənistanın ordumuzun mövqelərini atəşə tutması da, heç şübhəsiz, bölgədə sülh üçün ciddi təhdiddir və İrəvanın bu təxribatları arzuolunmaz nəticələrə səbəb ola bilər. Problem bundadır ki, Azərbaycanla sülh sazişi bağlamağa hazır olduğunu, sülh sazişi mətnində bütün müddəalarla razılşadığını deyərək özünü dünyaya sülh tərəfdarı kimi təqdim etmək istəyən rəsmi İrəvan ölkənin sürətli şəkildə silahlandırılması ilə, eləcə də şərti sərhəddə təxribatlarla sülhə hazır olmadığını nümayiş etdirir. Odur ki, Paşinyanın Ermənistanın sülhə hazır olduğu ilə bağlı bəyanatları sadəcə siyasi manipulyasiya cəhdidir. Sülh olmadığı müddətdə qarşıdurma ehtimalı hər zaman var. Düzdür, Ermənistanın nə hərbi imkanları, nə hazırlıq səviyyəsi indiki mərhələdə Azərbaycanla müharibə aparmaq üçün yetərli deyil. Bunu özləri də kifayət qədər yaxşı bilirlər, amma onlar bu şəkildə təxribatlarla vəziyyətin gərgin olduğu görüntüsünü yaratmağa və Qərbdən daha çox dəstək almağa ümid edirlər. Konstitusiya dəyişikliyinə hazır olmayan, amma Ermənistanda seçkilər öncəsi imzalana biləcək müqavilənin Paşinyan hakimiyətinin mövqelərinin möhkəmlənməsinə kömək edəcəyini düşünən rəsmi İrəvan sərhəd istiqamətində yeni gərginlik yaratmaqla Azərbaycana beynəxalq səviyyədə təzyiq göstəriləcəyinə ümid edir. Başqa sözlə desək, Paşinyan hakimiyyəti Konstitusiya dəyişikliyinə getmədən, Zəngəzur dəhlizi açılmadan saziş imzalanmasına çalışır ki, bu da bizim maraqlarımıza cavab vermir. Çünki Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları qaldığı müddətcə imzalanacaq hər hansı bir sənəd adi kağız parçasından başqa bir şey olmayacaq. Şübhəsiz ki, Ermənistanın bu cür davranışı istənilən vaxt vəziyyətin gərginləşməsinə gətitib çıxara bilər və bundan da ən çox əziyyət çəkən Ermənistan özü olacaq. Çünki hər hansı yeni müharibə Ermənistanın dövlət olaraq mövcudluğunu şübhə altına alacaq. Ermənistanın yaxın keçmişdən dərs çıxarması və bu cür təxribatlara son qoyması lazımdır”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 Mart 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see290

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see169

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see146

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see127

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see124

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see123

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see122

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see121

Azər Qasımlının məhkəməsi başlayıb

18 İyun 2025 17:46see121

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see120

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see120

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see119

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see119

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see117

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see116

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see115

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

18 İyun 2025 17:36see115

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see114

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see113

İranın yeraltı zavodları var, onlara heç nə olmayıb

19 İyun 2025 07:04see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri