Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Sülh niyyətləri inandırıcı görünmür RƏY

Sülh niyyətləri inandırıcı görünmür RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ermənistanın bəlli çevrələrin xeyir-duası ilə təhlükəli oyunlara başladığı göz önündədir


Ermənistanda 2025-ci il aprelin 15-dən iyulun 15-dək hərbi təlim məşqləri keçiriləcək. Hərbi təlimlərə sıravi hərbi qulluqçular, kiçik zabitlər və ehtiyatda olan zabitlər cəlb olunacaq. Xatırladaq ki, bundan öncə Ermənistan İranla birgə hərbi təlimlər keçirmişdi. Bununla yanaşı, ötən gün Ermənistan silahlı qüvvələrinə məxsus hərbi maşın karvanının hərəkəti qeydə alınıb. “Bez Tormozov” Teleqram kanalının məlumatına görə, Ermənistan silahlı qüvvələrinin fəallığının artması, təlimlərin keçirilməsi, eləcə də hindistanlı “dostlarından” alınan hərbi texnikanın sərhədyanı rayonlara daşınması göstərir ki, rəsmi İrəvan sülhdə maraqlı deyil: "Ermənistan təcavüzkar niyyət nümayiş etdirir və Azərbaycana qarşı təxribatlara hazırlaşır, bununla da, revanşist ideyaları dəstəkləyir".


Millət vəkili Sahib Alıyev "Sherg.az"a deyib ki, uzunmüddətli məşqlərə start verilər-verilməz Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə gedərək orada Avropa Birliyinin hərbi məsələlər üzrə komissarı Andryus Kubilyusla görüşüb. Deputat xatırladıb ki, görüşdə Avropa Birliyinin “sülh” fondunun xətti ilə Ermənistana verilən dəstəkdən, yəni silahlanmaq üçün pul ayrılmasından, hərbi və hərbi sənaye sahəsində birgə əməkdaşlıqdan bəhs edilib: 


"Görəsən, görüşdə İran xüsusi təyinatlılarının “ya Fatimeyi-Zəhra" hayqırtıları altında məscidləri yerlə yeksan edənlərlə, içində donuz saxlayanlarla birgə təlimləri haqda da danışılıbmı? Amma bu təlimlərin qərbdəkiləri, ilk növbdədə də fransızları narahat etmədiyi, əksinə, vəcdə gətirdiyi Olivye Dekotininin sosial şəbəkədəki paylaşımından da görünürdü. Söhbət Fransanın Ermənistandakı səfirindən gedir. Səfir İran-Ermənistan birgə təlimlərindən dərhal sonra ölkəsinin xarici işlər naziri Jan-Noel Barota istinadla Avropa Birliyinin Ermənistandakı casus missiyasının daha da genişləndiriləcəyinə ümid etdiyini bildirmişdi. Dekotininin Ermənistanda ən sıx əlaqə saxladığı adam hər hansı hay rəsmisi yox, İranın Ermənistandakı səfiri, Yaxın Şərqdən yaxşı tanıdığı Mehdi Sübhanidir". 


Parlamentariyə görə, Avropa Birliyi ilə İranın bizim regionda maraqları üst-üstə düşür: 

"Bu maraqların arxasında onların sözdə dedikləri kimi sülh niyyətinin gizləndiyi elə də inandırıcı görünmür. Çünki İranın Ermənistanla birgə təlimləri qarşı tərəfin şərti sərhəddə atəşkəsi intensiv şəkildə pozmağa başladığı bir vaxtda oldu. Birgə təlimlərdə məqsədin heç də təqdim edildiyi kimi “şərti terrorçu qrupların sərhəd-keçid məntəqələrinə hücumlarını zərərsizləşdirmək” olmadığı aydındır. Bu, İranın bizim region üzrə ixtisaslaşan və SEPAH-a bağlı ekspertlərindən biri Ehsan Movahidianın açıqlamasında da etiraf edilir. Movahidian bildirir ki, onlar əqidə qardaşları ilə bu təlimləri “qırmızı xətt” məntiqindən çıxış edərək keçiriblər. Terrora dəstək və onu dövlət siyasətinə çevirməklə bağlı adları ən çox hallandırılan iki ölkənin guya “şərti terrorçularla” bağlı birgə təlim keçirməsi gülüş doğurur. Bir sözlə, Ermənistanın bəlli çevrələrin xeyir-duası ilə təhlükəli oyunlara başladığı göz önündədir. Əgər haylar yeni təxribat törətməyə cəhd edərsə, qarşısı qətiyyətlə alınacaq". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Aprel 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri