Icma.az
close
up
RU
Migrenə qarşı mübarizədə bu üsulları yoxlayın

Migrenə qarşı mübarizədə bu üsulları yoxlayın

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Migren ən çox rast gəlinən və gündəlik həyatı ciddi şəkildə məhdudlaşdıran baş ağrısı növlərindən biridir.

Pravda.az bildirir ki, miqren ən çox 15-49 yaş arası qadınlarda müşahidə olunur.

Baş ağrıları adətən tutmalar şəklində olur. Bəzi insanlarda ildə bir neçə dəfə, digərlərində isə ayda 10-15 dəfəyə qədər migren tutmaları baş verə bilər. Əgər bu tutmalar ay ərzində 15 gündən çox olur və hər biri 4 saatdan artıq davam edirsə, bu “xroniki migren” adlanır.

Migrenin başlıca əlamətləri tək tərəfli baş ağrısı, hərəkətlə şiddətlənmə, ürəkbulanma, qusma, işıq, səs və qoxuya həssaslıqdır. Bəzi hallarda, baş ağrısından əvvəl 20 dəqiqəlik “migren aurası” deyilən parlaq işıqlar, qaraltılar və ya bədəndə keyimələr müşahidə oluna bilər.

Migrenin səbəbləri tam məlum olmasa da, genetik və ətraf mühit amillərinin rol oynadığı düşünülür. Hormonal dəyişikliklər, bəzi qidalar (çərəzlər, pendir, şokolad, kofein), yuxusuzluq, stress, parlaq işıq və yüksək səslər migreni tətikləyə bilər.

Diaqnoz həkim müayinəsi ilə qoyulur, bəzi hallarda əlavə olaraq beyin MRT-si aparıla bilər.

Müalicə iki növə ayrılır: dərmanla və dərmansız. Dərmansız üsullar arasında düzgün qidalanma, yuxu rejimi, idman və stressin idarə olunması mühümdür. Dərman müalicəsi isə tutmaların dayandırılması və onların qarşısının alınması məqsədilə aparılır.

Xroniki migreni olanlarda botoks inyeksiyaları və sinir blokadası kimi üsullar da istifadə olunur. Tədqiqatlar göstərir ki, botoks migrenli günləri 50%-dən çox azalda bilər.

Vitamin və mineral çatışmazlığı (məsələn, maqnezium, B2 vitamini və koenzim Q10) da migreni artıra bilər, buna görə həkim məsləhəti ilə əlavələr faydalı ola bilər.

Alternativ üsullar – yoqa, meditasiya – migrenin idarə olunmasına dəstək verə bilər, lakin tibbi müalicəyə əlavə olaraq və mütəxəssis nəzarətində olmalıdır.

Qeyd: Migren fərdi yanaşma tələb edən, amma düzgün müalicə ilə nəzarətdə saxlanıla bilən bir xəstəlikdir.

Əminə Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 İyun 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see152

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see129

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see127

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see126

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see125

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see124

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see123

Azər Qasımlının məhkəməsi başlayıb

18 İyun 2025 17:46see122

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see122

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see121

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see121

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see120

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see120

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see118

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see117

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

18 İyun 2025 17:36see116

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see116

İranın yeraltı zavodları var, onlara heç nə olmayıb

19 İyun 2025 07:04see113

İpək mövsümü davam edir

19 İyun 2025 01:53see113

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri