Sülh planında həll edilməmiş 2 bəndi açıqladı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla ötən gecə baş tutan danışıqlar zamanı 20 bənddən ibarət sülh planında razılaşdırılmamış məsələləri açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “Yevropeyskaya Pravda” nəşri məlumat yayıb.
“İki məsələ qalır. Bunlar, Zaporojye Atom Elektrik Stansiyasının necə fəaliyyət göstərəcəyi və ərazilərlə bağlı məsələlərdir. 20 bəndlik sənəddə razılaşdırılmamış qalan məhz bu iki müddəadır”, - Zelenski bildirib.
Qeyd edək ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında Floridadakı Mar-a-Laqo iqamətgahında görüş keçirilib. 2 saat yarımdan çox davam edən görüşdən sonra təşkil edilən mətbuat konfransında Zelenski 20 bəndlik sülh planının artıq 90%-nin razılaşdırıldığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 29 Dekabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















