Icma.az
close
up
RU
“Sülh sazişi Qafqazda sabitliyi və Avropa ilə əlaqələri gücləndirəcək”

“Sülh sazişi Qafqazda sabitliyi və Avropa ilə əlaqələri gücləndirəcək”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Sülh sazişi təkcə Ermənistan və Azərbaycana fayda gətirməyəcək, həm də bütün Cənubi Qafqazda sabitliyi və Avropa ilə əlaqələri gücləndirəcək”​.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın İsveç, Finlandiya, Danimarka və Norveçdəki səfiri Zaur Əhmədov Norveçin “Geopolitica” nəşrində dərc olunmuş məqaləsində yazıb.

Onun sözlərinə görə, bu gün tərəflər döyüş əməliyyatlarının dayandırılmasına nail olublar, Azərbaycan öz ərazilərinə tam nəzarət edir, sülh sazişi layihəsi artıq hazırlanıb və razılaşdırılıb. Bundan əlavə, Bakı sənədi paraflamağı təklif edib. Lakin onun imzalanması üçün atılması zəruri olan addımlar qalır.

“Əsas maneə hüquqi və siyasi xarakterlidir: Ermənistan Konstitusiyasında hələ də Azərbaycana, xüsusilə Qarabağa qarşı ərazi iddialarını ehtiva edən ifadələr qalmaqdadır. Bu, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri ilə bir araya sığmır. Ermənistan bunun praktiki əhəmiyyət daşımadığını iddia edir. Lakin bizim təcrübəmiz bunun belə olmadığını deyir. Tarix göstərir ki, Ermənistan Konstitusiyasından artıq qanunsuz siyasi ambisiyalar üçün bəhanə kimi istifadə edilib”, - o bildirib.

Z.Əhmədov həmçinin ATƏT-in Minsk qrupunun formatının köhnəldiyini qeyd edib. Onun sözlərinə görə, bu format 30 ildən çox müddətdə heç bir nəzərəçarpacaq nəticəyə gətirib çıxarmayıb, yalnız status-kvonu qoruyub. Müasir danışıqlar birbaşa - artıq baş verdiyi kimi - üçüncü tərəflərin vasitəçiliyi olmadan aparılmalıdır.

O, Şərqi və Qərbi, Şimalı və Cənubu birləşdirəcək və regionun Avropa ilə yaxınlaşmasının ən vacib elementi ola biləcək Zəngəzur dəhlizinə xüsusi diqqət ayırıb.

“Azərbaycan artıq bu infrastrukturun özünə aid hissəsini inşa edir və əgər Ermənistan qoşulmağa hazırdırsa, qapılar açıqdır”, - o bəyan edib.

Sonda Z.Əhmədov vurğulayıb ki, sülh siyasi iradə, strateji düşüncə və təkcə növbəti seçkilər haqqında deyil, gələcək nəsil haqqında da düşünmək istəyi tələb edir:

“Azərbaycan sülhə hazırdır. İndi ölkə Ermənistandan qətiyyətli addımlar gözləyir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Avqust 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see153

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see152

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Silahlı hücuma məruz qalan türkiyəli futbolçu ÖLDÜ

20 Dekabr 2025 19:54see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri