Icma.az
close
up
RU
Menu

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

Azərbaycan Gürcüstan əlaqələri Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün həlledici faktordur

Azərbaycan Gürcüstan əlaqələri Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün həlledici faktordur

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın qazandığı uğurlar bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Qarşılıqlı səfərlərin dinamikliyi, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud qatıldığı tədbirlərin miqyası bunu deməyə əsas verir. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması kimi xarakterizə edilir. Azərbaycan xarici siyasətində qonşularla münasibətlərinə xüsusi diqət göstərir və qarşılıqlı etimad mühitinin qorunması fonunda möhkəmlənən əməkdaşlıq digər ölkələrə nümunə göstərilir. Bu baxımdan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi özündə mühüm məqamları ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyev istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərdə, həmçinin mətbuata birgə bəyanatlarında xalqlarımızın əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşadıqlarını, bu ənənələrin bu gün də davam etdiyini xüsusi vurğuladı. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Siyasi əlaqələrimiz bütün qonşular üçün nümunədir. Əlaqələrin inkişafında iqtisadi amil xüsusi yer tutur. İki dost, qonşu ölkənin  iqtisadi əlaqələrdə yüksək  nəticələri var. Prezident İlham Əliyev mətbuata bəyanatında bu statistik rəqəmlərə diqqəti yönəltdi ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bu onu göstərir ki, Gürcüstan hökumətinin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, bu ölkədə olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. Energetika sahəsində iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirilən  neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında Baş nazir İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini  bildirdi və  qeyd etdi ki, Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, ilk xarici səfərdir. İlk səfərin Azərbaycana edilməsi Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.
Münasibətlərimizin bugünkü inkişaf səviyyəsi keçilən yola nəzər salmağa bir zərurət yaradır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə  qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Həmin dövrdə prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 123 sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. Beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Vüqar Rəhimzadə əlaqələrin inkişafında enerji sektorunun rolunu önə çəkərək Azərbaycan və Gürcüstanın birgə  səyləri nəticəsində həyata keçirilən enerji layihələrindən bəhs edib. Bildirib ki, regional əməkdaşlığın  qurulmasında əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin reallığa çevrilməsi ilə təkcə iştirakçı deyil, digər dövlətlərin də iqtisadi inkişafı üçün geniş imkanlar yarandı. İllər keçdikcə bu əməkdaşlığın coğrafiyası genişlənməyə başladı. Hazırkı dövrün əsas çağırışının yaşıl enerjiyə keçid olduğunu, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasına çağırışlara əsasən yeni əməkdaşlıq formatlarının yaradıldığını nəzərə alsaq, Azərbaycan və Gürcüstanın bu istiqamətdə də əlaqləri yüksək səviyyədədir. Azərbaycanın ötən ilin noyabrında COP29 iqlim konfransına uğurlu ev sahibliyi bütün bu məsələlərə, əməkdaşlığa işıq saldı. Onu da qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında  iştirak etmək məqsədilə ölkəmizdə  işgüzar səfərdə olmuşdu.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın və Gürcüstanın tranzit imkanları da əlaqlərin inkişafında əhəmiyyətli rol oynayır. Ölkələrimiz Orta Dəhliz layihəsində  yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında belə bir əminliyi də ifadə etdi ki,  müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də uğurla başa çatdıracaq. Layihənin icrasında   bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Gürcüstanda və Azərbaycanda  nəqliyyat infrastrukturunun genişləndirilməsi layihələri icra edilir. Bu işlərin  paralel aparılması ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox önəmlidir.
Vüqar Rəhimzadə bildirib ki, hər iki tərəf ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır.  İki ölkə arasında ali səviyyədə mövcud olan fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir. Azərbaycan-Gürcüstan əlaqələri Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün həlledici faktordur. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək. Bu əminlik dövlətimizin başçısı İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatlarında səsləndirdiyi fikirlərdə də özünün aydın ifadəsini tapır. “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur” söyləyən Gürcüstanın Baş naziri  onu da əlavə etdi ki,  əməkdaşlığımızı daha da irəli apara bilərik. Dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz bu strateji tərəfdaşlığın təməli üzərinə dayanır. Bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcək. Vacib məqam odur ki, hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşır,  ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Yanvar 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see228

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see125

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri