Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Almaniya, Avropa İttifaqı və Cənubi Qafqazda sülh

Almaniya, Avropa İttifaqı və Cənubi Qafqazda sülh

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bakı – Berlin yüksək əməkdaşlıq xətti davamlı barışa dəstək qazandırır

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın bu ölkə ilə əməkdaşlığının yeni mərhələyə daşınması baxımından böyük əhəmiyyət daşıyır və fikrimizi sübuta yetirən müxtəlif məqamlar, imzalanmış son dərəcə mühüm sənədlər var ki, həmin sənədlərin, eyni zamanda, strateji anlam daşıdığı vurğulanmalıdır.

Onu da vurğulayaq ki, Almaniya ilə münasibətlərin hazırkı yüksək fazası indiyədək gedilməmiş yol, keçilməmiş mərhələdir. Elə bir yol və mərhələ ki, Azərbaycanın bütövlükdə Avropa İttifaqı və daha böyük anlamda götürsək, Avropa məkanı ilə münasibətlərində də müstəsna yenilik sayılmalıdır. Çünki Almaniya Aİ-nin aparıcı, zəngin və dinamik struktura malik iqtisadiyyatı ilə seçilən ölkəsidir.

Azərbaycan-Almaniya əməkdaşlığının Aİ müstəvisi Prezident İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsin mətbuata bəyanatlarında da əksini tapdı. Dövlətimizin başçısı Aİ–Azərbaycan əlaqələrinə toxunaraq, Aİ Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərlərini xatırlatdı: “Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada, təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək”.

Əlbəttə, Aİ-nin Azərbaycanla əməkdaşlığında enerji məsələləri mühüm əhəmiyyət daşımaqdadır. Rusiya və Avropa arasında gərginlik fonunda ölkəmiz “köhnə qitə” üçün etibarlı tərəfdaş, enerji təminatçısıdır. Azərbaycan Avstriya ilə yanaşı, Almaniyaya qaz ixrac edir. Almaniyanın ilk dəfə olaraq Azərbaycanın boru qazını birbaşa idxal imkanı əldə etməsi onun ayrı-ayrı təchizatçılardan asılılığını azaldır. Berlin-Bakı dialoqunun xarakteri isə Brüsselin ölkəmizlə həm enerji, həm də nəqliyyat, investisiya və regional təhlükəsizlik sahələrində gələcək əməkdaşlıq yanaşmalarını müəyyənləşdirmək potensialını daşıyır.

Azərbaycanın Almaniya ilə münasibətlərinin stratejilik xətti Bakının Aİ ilə əməkdaşlığının perspektivi üçün təminatdır. Nəzərə alaq ki, Aİ ölkəmiz üçün heç də tam mənada səmimi məkan deyil və bu məkanda anti-Azərbaycan mövqeyi ilə seçilən qüvvələr təmsil olunmaqdadır. O qüvvələr ki, son dövrlər xoşagəlməz fəaliyyətləri ikinci plana keçsə də, daim Bakıya qarşı çıxmaq potensiallarını saxlayırlar. Barəsində söz açdığımız təminat məhz bunun üçün lazımdır ki, başlanılmış proses, götürülmüş müsbət dinamika faydalı məntiqi nəticələr doğursun.

Bəli, Azərbaycan-Aİ münasibətlərinin pozitiv perspektivi baxımından qurumun ölkəmizin Cənubi Qafqaz müstəvisində yaratdığı reallıq tam dərk edilməlidir. Başqa sözlə desək, bu reallığa qarşı alternativlər qoyulmamalıdır. Halbuki qurumun bəzən Ermənistana fövqəladə dəstək xətti ilə bir növ, balanslaşdırma siyasəti yürütdüyünü görürük. Ermənistanı məhz Azərbaycan qarşısında möhkəmləndirməyə hesablanmış addımların atıldığını da həmçinin. Üstəlik, belə addımların erməni avantürizmini yenidən alovlandırmaq təmayülü daşıdığı diqqətimizdən yayınmır. Avantürizm isə regional sülhə zərərdir, Cənubi Qafqazın sağlam təməllər üzərində inkişafına risk yaradır.

Sülhə hansısa formada xələl gətirməyə hesablanmış bütün tendensiya və şübhələr qəti şəkildə aradan qalxmalıdır. O cümlədən Cənubi Qafqazı anti-Rusiya qalasına, regional rəqabət platsdarmına çevirmək cəhdləri tarixin arxivinə göndərilməlidir. Bu məkanda, obrazlı desək, yalnız əməkdaşlıq və onun yaratdığı imkanlar dilə gəlməlidir. Almaniyanın mövcud anlamda tutduğu mövqenin kateqoriklik payı var və bunu Kansler Merts də vurğulayaraq bildirdi ki, Almaniyanın Cənubi Qafqaz prioritetində başlıca leytmotiv barışdır: “Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik bizim üçün də zəruridir. Almaniya və Avropa İttifaqı həmin geosiyasi baxımdan mühüm bölgədə davamlı dincliyə nail olmaqda çox maraqlıdırlar. Bu səbəbdən, cənab Prezident, biz Sizi Almaniyada salamlamaqdan xüsusi olaraq məmnunuq. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasına nail olmağınız münasibətilə Sizi təbrik edirik. Bu, tarixi razılaşmadır. Onilliklər davam etmiş münaqişəni onun sayəsində aradan qaldırmaq fürsəti yaranır. Alman və Avropa perspektivindən nəyi edə bilsək, bundan şad olarıq”.

Diqqətə çatdırdığımız fikirlər fonunda ümumiləşdirmə aparıb belə nəticəyə gəlmək olar ki, Almaniya ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın Avropa siyasətində yeni səhifə açır, Bakının “köhnə qitə” ilə əlaqələrinin institusionallaşmasına xidmət edir. Həmçinin, Berlinin vasitəçi və təşviqedici rolu Azərbaycan–Aİ dialoqunun dərinləşməsinə əlavə impuls vermək imkanındadır. Qalır imkanlardan maksimum istifadə etmək.

Enerji əməkdaşlığı nəqliyyat, investisiya və regional təhlükəsizlik sahələrində də yeni imkanlar var ki, bu isə öz növbəsində Azərbaycanın Avropa ailəsinə inteqrasiyasının sürətlənməsinə, mövcud məkanda layiq olduğu təmsilçiliyinə xidmət baxımından müstəsna məqamdır. Nəzərə alaq ki, ölkəmizin etibarlı enerji təchizatçısı ampluası və nüfuzu onun siyasi çəkisini artırır. Yəni güclü və qüdrətli Azərbaycanın siyasi çəkisi götürülmüş kursa tarazlıq qazandırır.

Digər tərəfdən, Almaniya ilə strateji yaxınlaşma xətti Aİ daxilində Azərbaycan əleyhinə mövqelərin təsir imkanlarını məhdudlaşdırmaq potensialını daşıyır, ölkəmizin maraqlarının daha effektiv müdafiəsinə şərait yaradır. Bu yaxınlaşma və onun nəticəsində yaranmış əməkdaşlıq fazası Azərbaycan–Aİ münasibətlərində müsbət dinamikanın davamlılığını təmin edən mühüm siyasi faktor kimi çıxış edir.

Daha bir vacib məqam Almaniyanın regional sülhü və təhlükəsizliyi əməkdaşlığın əsas istiqamətlərindən biri elan etməsidir. Berlin Cənubi Qafqazda davamlı barışın tərəfdarı olduğunu açıq şəkildə nümayiş etdirməklə, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra formalaşdırdığı reallığın Avropa məkanında dərkində mühüm rol oynadığını göstərir. Mövcud xüsusda Almaniyanın timsalında Aİ-nin sülh prosesinin uğurla başa çatdırılmasına töhfə verməyə hazırlığı son dərəcə əhəmiyyətlidir. Belə bir hazırlıq özündə antisülh təmayüllərinə qarşı müqaviməti qətiləşdirir.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyul 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri