Icma.az
close
up
RU
Sülh prosesinə doğru real addımlar

Sülh prosesinə doğru real addımlar

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan 1996-cı ildən Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, 2004-cü ildən Avropa Qonşuluq Siyasəti, 2009-cu ildən isə  “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir. Quruma üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycan strateji  tərəfdaşlıq haqqında bəyannamələr imzalayıb. Bu, o deməkdir ki, ölkəmiz Avropa İttifaqı ölkələrinin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı yaradıb.  Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirən dövlət kimi nüfuz qazanıb. Hazırda  Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Yaranmış isti  münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır.

Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında qurulan münasibətləri martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfərində özünün bir daha aydın ifadəsini tapdı. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək və geniş tərkibdə görüşlərində Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.

Dövlət Başçımızın  bəyanatında qeyd olunduğu kimi, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr hazırda müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir. Son illər ərzində Avropa Komissiyası rəsmilərinin Azərbaycana intensiv səfərləri, yüksək səviyyəli dialoqun davamlılığı və yeni iqtisadi təşəbbüslər tərəflər arasında strateji əməkdaşlığın genişlənməsindən xəbər verir. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı, etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu. 10 Avropa ölkəsinə qazın ixrac edilməsi bunun tərkib hissəsi kimi qiymətləndirildi. Həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə müzakirələr aparıldı, bu məsələlərdə Azərbaycanın regionda mühüm rol oynadığı, Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin önəmi vurğulandı. Bu layihənin davamı olan Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakına diqqət yönəldildi. Söhbət əsnasında Azərbaycan ilə Avropa İttifaqı arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Ölkə Rəhbərinin qeyd etdiyi kimi, 2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqının payına düşüb. Bu fakt Avropa İttifaqının Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bir daha göstərir. Eyni zamanda, əməkdaşlıq artıq yalnız ticarət müstəvisində deyil. Qarşılıqlı investisiyalar, sənaye layihələri və yeni maliyyə imkanları tərəfdaşlığın iqtisadi əsaslarını daha da gücləndirir. Azərbaycan artıq təkcə investisiya cəlb edən ölkə deyil, həm də Avropada aktiv sərmayə yatıran dövlət kimi çıxış edir.

Qeyd etmək lazımdır ki, Azərbaycan - Avropa İttifaqı münasibətlərinin əsas sütunlarından biri enerji əməkdaşlığıdır. Xüsusilə 2022-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədi bu əlaqələri daha sistemli və uzunmüddətli xarakterə gətirib. Prezident İlham Əliyevin bəyanatına görə, yaxın iki-üç il ərzində Azərbaycan qaz hasilatını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Yeni yataqların istismara verilməsi nəticəsində mövcud həcmlərə əlavə olaraq minimum 10 milyard kubmetr qazın bazara çıxarılması nəzərdə tutulur.

 Azərbaycan enerji əməkdaşlığını yalnız ənənəvi karbohidrogen resursları ilə məhdudlaşdırmır. Dövlət başçısının vurğuladığı kimi, ölkə paralel olaraq bərpaolunan enerji istiqamətində də böyük layihələr həyata keçirir.Külək, Günəş və su elektrik enerjisi üzrə geniş potensiala malik olan Azərbaycan yaxın 5 - 6 il ərzində ixrac üçün hazır olan 6 - 8 giqavatlıq bərpaolunan enerji gücü yaratmağı planlaşdırır. Xəzər hövzəsində külək enerjisi, ölkənin cənub və qərb bölgələrində isə günəş enerjisi layihələri artıq beynəlxalq investorların diqqətini cəlb edir.

 Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri regionda formalaşan yeni sülh mühitidir. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, Dövlət Başçısının qeyd etdiyi kimi, ölkə yalnız son yeddi ay ərzində tam sülh şəraitində yaşamağa başlayıb. Azərbaycan ilə Ermənistan arasında paraflanmış sülh sazişi regionda yeni geosiyasi reallıqların formalaşmasına şərait yaradıb. Artıq iqtisadi əməkdaşlıq istiqamətində də konkret addımlar atılır. Azərbaycan Ermənistana mühüm neft məhsullarının təchizatına başlayıb, eyni zamanda digər ölkələrdən Ermənistana yönələn yüklərin Azərbaycan ərazisindən tranziti üçün məhdudiyyətlər aradan qaldırılıb.

    Analitiklərin fikrincə bu addımlar yalnız siyasi bəyanatlar deyil, real əməkdaşlıq nümunələri kimi sülh prosesinə praktiki məzmun qazandırır. Orta Dəhliz və yeni iqtisadi imkanlar da zamanın öncül mövzularındandır.

Asəf Salmanov
YAP Qazax rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Mart 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see292

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see261

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see243

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see242

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see242

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see237

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see236

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see234

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see225

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see218

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see218

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see203

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see198

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see194

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see193

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see192

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see191

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see190

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see184

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri