Icma.az
close
up
RU
Sülh üçün geri sayım başladı: 20 yanvardan sonra şərtlər dəyişəcək...

Sülh üçün geri sayım başladı: 20 yanvardan sonra şərtlər dəyişəcək...

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Nikol Paşinyan yenidən ilin sonuna kimi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkünlüyündən danışıb. Qarşıdakı 27-i gündə yekun razılaşmanın əldə edilməsi nə dərəcədə realdır?

- Təbii ki, sülh sazişini bu ərəfədə imzalamaq mümkündür. Amma bu ilin axırına kimi sülh sazişinin imzalanmasını tələsdirən məqamlar nədən ibarətdir? Bu məsələ aydınlaşmalıdır. Yeni ilin ilk iki-üç ayında razılaşma imzalansa nə olar, dünya dağılar? Çünki ilin axırına kimi sülh əldə olunmasa, müharibə başlamayacaq. Ona görə də sülh sazişinin imzalanacağı ilə bağlı konkret vaxt təyin edilməsi məntiqli deyil. Bir vaxt deyirdilər ki, Bakıda keçiriləcək COP29 tədbirləri öncəsi imzalana bilər. Sonra da dedilər COP vaxtı imzalamaq olar. İndi də ilin sonuna kimi razılaşmaya imza atmağın mümkünlüyündən danışılır. Bu yanaşmalar real siyasətdən uzaq anlayışlardır.

- Sülhlə bağlı bu cür tələsik qərarların verilməsinə sövq edən amillər nədən ibarətdir?

- Sözsüz ki, bu, təbliğat xarakteri daşıyır. ABŞ-da Cozef Bayden adminstrasiyası hakimiyyətdən getmək ərəfəsindədir. Onlar 2025-ci ilin 20 yanvarına kimi hakimiyyətdə olacaqlar. Yeni seçilmiş Donald Trampın inaqurasiyasından sonra Baydenin səlahiyyətləri bitir. İstəkləri odur ki, Baydenin səlahiyyətləri bitmədən hansısa nailiyyətləri olsun. Bunu hakimiyyətlərinin uğuru kimi qeyd etmək istəyirlər. İsraili Livanla 60 günlük atəşkəsə razı saldıqları kimi Azərbaycanla Ermənistan arasında da tez-tələsik sülh sazişini imzalatmaqla "biz nəyisə bacardıq" - demək niyyətləri var.

- Bakı və İrəvandan verilən açıqlamalar onu deməyə əsas verir ki, sülh sazişi üzrə razılaşmada xeyli irəliləyiş var...

- İki tərəf arasında danışıqlar getməli, iş aparılmalıdır. Əslində tərəflər sülh sənədinin imzalanmasına xeyli yaxınlaşıb və bu mümkündür. Amma vaxt baxımından burada məcburi heç nə yoxdur.

- Bakının real tələblərinin təmin olunmaması fonunda İrəvanla sülh sənədinə imza atmaq nə dərəcədə məntiqli görünür?

- Ona görə də “ilin axırına kimi sülh sazişinə imza atmaq olar” demək lazım deyil. Çünki ilin sonuna kimi Ermənistan Konstitusiyasını dəyişmək mümkün olmayacaq.

- Həll yolu necədir?

- Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan əsassız ərazi iddialarının aradan qaldırılması ilə bağlı öhdəlik götürə bilər. Bu halda hansısa sənədin imzalanması realdır.

- Rəsmi İrəvanın Türkiyə ilə əlaqələri qurmaq üçün sülhlə bağlı tələsgənlik etdiyi də iddia olunur...

- Türkiyə ilə Ermənistan arasında münasibətlərin qaydaya salınması, diplomatik əlaqələrin qurulması üçün ilk şərt kimi Bakı ilə İrəvan arasında olan məsələlər həll olunmalıdır. Azərbaycanla Ermənistan arasında sülh əldə edilməsə, Ankara İrəvanla hansısa bir addım atmaq niyyətində deyil.

- Ermənistan Konstitusiyasında dəyişiklik etmədən sülh sazişini hansı şərtlərlə imzalamaq olar?

- Ermənistan Konstitusiyasındakı əsassız iddiaları aradan qaldırmaq üçün referendum keçirilməlidir. Amma Ermənistanın müstəqillik bəyannaməsindəki müddəaları aradan qaldırmaq olar. Ermənistan parlamenti bununla bağlı qərar verməlidir. Həmçinin sülh sənədi imzalanarkən Ermənistan hökuməti bununla bağlı öhdəlik götürməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Dekabr 2024 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri