Icma.az
close
up
RU
Sülh yolunda yeni mərhələ: Vaşinqton görüşü ŞƏRH

Sülh yolunda yeni mərhələ: Vaşinqton görüşü ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 8-də Ağ Evdə, ABŞ-ın təşəbbüsü və vasitəçiliyi ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, eləcə də Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması sülhə gedən yolda mühüm tarixi hadisədir. Tərəflər bununla yalnız sülhə deyil, bütövlükdə regionun yeni inkişaf mərhələsinə qədəm qoymasına imza atdıqlarını göstərdilər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədov deyib. O bildirib ki, Vaşinqton görüşündə iki xalq arasında qarşılıqlı anlaşma, birgə əməkdaşlıq, təhlükəsizlik və rifahın təmin olunması üçün möhkəm təməl atıldı: “Qalib tərəf olmağına rəğmən, daim sülh və əməkdaşlığın tərəfdarı olan ölkəmiz tərəflər arasında etimadın möhkəmləndirilməsi, siyasi-iqtisadi münasibətlərin qurulması, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin bərpası üçün əməkdaşlığa hər zaman hazır olduğunu bəyan edib.

Bu baxımdan, bu tarixi sənəd regionun sabit və çiçəklənən gələcəyi naminə davamlı sülhə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa doğru atılmış mühüm addımdır.

Başqa sözlə, Birgə Bəyannamə mövcud postmüharibə dövründə Cənubi Qafqaz regionunun mürəkkəb geosiyasi reallıqları fonunda Sülh sazişinə aparan və konkret yol xəritəsini özündə ehtiva edən önəmli sənəddir.

Onu da qeyd edim ki, hadisələrin bu mərhələyə gəlib çatması heç də asan və təsadüfi olmayıb. Belə ki, illərlə davam edən münaqişədən sonra əldə edilmiş bu uğur, əlbəttə ki, Prezident İlham Əliyevin istər 44 günlük Vətən müharibəsi, istərsə də birgünlük antiterror tədbirləri zamanı döyüş meydanında Ali Baş Komandan kimi qazandığı parlaq Zəfərin məntiqi davamı olaraq, diplomatiya sahəsində göstərdiyi qətiyyətli və uzaqgörən siyasətin, sarsılmaz liderliyin yekun nəticəsidir.

Məlumdur ki, sülhü qorumaq, bəzən qələbə qazanmaqdan daha çətindir. Bu mənada, Prezidentin bu səfəri yalnız iki ölkə arasında münasibətlərin yeni səhifəsinin açılması baxımından deyil, eyni zamanda, uzun illərdən bəri dövlətimizi zəiflətməyə çalışan, onu müəyyən güzəştlərə vadar etməklə öz milli maraqlarından əl çəkməsini istəyən və beləliklə sülh prosesini pozaraq bölgəni yenidən gərginliyə sürükləmək niyyətində olan beynəlxalq güclərin çirkin təzyiq siyasətini açıq şəkildə məğlubiyyətə düçar etdi.

Prezident İlham Əliyev Azərbaycan əsgərinin döyüş meydanında qazandığı parlaq Zəfəri diplomatik sferaya - danışıqlar masasına daşıyaraq rəsmiləşdirdi. Beləliklə, qlobal güclərə qələbədən sülhə keçidin yeni reallığını qəbul etdirməyi bacardı, beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyini möhkəmləndirdi”.

Coşqun Məmmədov qeyd edib ki, əldə olunmuş bu uğur təkcə Zəfərin deyil, eyni zamanda, sülhün memarı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının qələbə günü kimi tarixə düşəcək böyük hadisədir: “Bu səfər bir sıra önəmli tarixi hadisələrlə də yadda qaldı. Bunlardan biri ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin ünvanlanması idi. Bu müraciət tərəflərin Vaşinqtonda keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamədə də öz əksini tapıb. Ölkəmizin Sülh sazişinin şərtlərindən biri kimi irəli sürdüyü bu tələb də yerinə yetirilmiş oldu və nəticədə səmərəsiz Minsk qrupu tarixə qovuşdu.

Birgə Bəyannamədə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin (yeni adı ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)) yaradılması kimi mühüm müddəalar da öz əksini tapıb. Xatırladaq ki, bu tələb də Sülh Sazişinin imzalanması üçün Ermənistan qarşısında Azərbaycan tərəfinin prinsipial şərtlərindən biri idi. Belə ki, Prezident İlham Əliyev daim çıxışlarında da Zəngəzur dəhlizinin mütləq şəkildə reallaşacağını, yalnız bunun zaman məsələsi olduğunu vurğulayıb.

Dövlətimizin başçısının müdrik siyasəti nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması haqqında razılaşmanın tələbləri də sənəddə öz təsdiqini tapıb. Bu həm də dəhlizin reallaşmasında gələcəkdə yarana biləcək istənilən situasiyaya qarşı ABŞ-ın əsas qarant olduğunun göstəricisidir.

Qeyd edim ki, 42 kilometrlik bu yol yalnız avtomobil və dəmir yolu bağlantıları üçün deyil, eyni zamanda, enerji və telekommunikasiya xətlərinin keçidinə geniş imkanlar yaradacaq. Avropanı Asiya ilə birləşdirəcək bu unikal yol regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcək, ölkələr arasında ticarət əlaqələrini sürətləndirəcək və nəticədə Azərbaycan tranzit ölkə kimi ixrac imkanlarını artıraraq dünya iqtisadiyyatına daha sürətli şəkildə inteqrasiya olunacaq.

Zəngəzur dəhlizi (TRIPP) türk dövlətləri arasında mövcud münasibətləri də dərinləşdirərək, Azərbaycanı Türkiyə və digər türk dövlətləri ilə daha da sıx birləşdirəcək.

Beləliklə, Cənubi Qafqazın geoiqtisadi xəritəsini dəyişdirə biləcək potensiala malik Zəngəzur dəhlizi (TRIPP) bir növ regionda hökmranlıq etmək istəyən tərəflərin mənfi təsirini zəiflədərək mövcud güc balansını da formalaşdıracaq.

ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri yalnız regionda davamlı sülh və sabitliyin bərqərar olması baxımından deyil, həm də Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafı üçün böyük tarixi əhəmiyyət daşıyır. Belə ki, iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsi və bu məqsədlə “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanması regionun lider ölkəsi olan Azərbaycanla münasibətlərin ABŞ üçün nə qədər önəmli strateji əhəmiyyət daşıdığını göstərir”.

Coşqun Məmmədov əlavə edib ki, iki ölkə arasında planlaşdırılan gələcək əməkdaşlıq təkcə siyasi sahəni deyil, eyni zamanda, iqtisadi, ticarət, enerji, süni intellekt və rəqəmsal infrastruktur, hərbi və tranzit əhəmiyyətli regional bağlantılar kimi geniş sahələri əhatə edir: “İlk addım olaraq SOCAR-la ABŞ-nin “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanmasını qeyd etmək lazımdır. Sənəd şirkətlər arasında mövcud olan əlaqələri möhkəmləndirməklə yanaşı, Azərbaycan Respublikasında həm ənənəvi, həm də qeyri-ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.

Bu bir daha sübut edir ki, hazırda dünyanın 14 ölkəsinə mavi qaz nəql edən və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanla enerji sahəsində uzunmüddətli birgə əməkdaşlıq ABŞ üçün olduqca böyük əhəmiyyət kəsb edir.

Ölkəmiz üçün digər önəmli strateji qərarlardan biri də 1992-ci ildən bəri ABŞ tərəfindən haqsız şəkildə tətbiq edilən, keçmişin mənfi mirası – 907-ci düzəlişin ləğvidir ki, bu da olduqca önəmli tarixi hadisədir. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na əlavə edilən Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı idi.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin statistik göstəricilərinə əsasən, Azərbaycan ABŞ-dan 20 milyon dollar yardım aldığı halda, bu göstərici Ermənistan üçün 92 milyon dollar, Gürcüstan üçün isə 180 milyon dollar təşkil edib. Hazırda müharibə şəraitində olan və işğalla mübarizə aparan Ukrayna hökuməti isə ABŞ-dan on milyardlarla dollar yardım almaqdadır. Lakin çox təəssüflər olsun ki, vaxtilə bu şəraitlə üzləşən Azərbaycan isə bu müddətdə tamam başqa münasibətlə qarşılaşmışdı.

Lakin erməni diasporlarının oyuncağına çevrilmiş öncəki ABŞ hökümətlərindən fərqli olaraq, Donald Tramp administrasiyası 33 ildir qüvvədə olan və ABŞ qanunvericiliyinə, demokratiyaya qara ləkə gətirmiş bu yanlış və ədalətsiz qərarı ləğv etməklə ABŞ-Azərbaycan münasibətlərində itirilmiş güvən və etimadı bərpa etdi.

Beləliklə, yüksək liderlik keyfiyyətlərinə malik Prezident İlham Əliyevin çoxşaxəli siyasi-diplomatik uğurları nəticəsində bu gün nəinki sülh prosesində, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərində yeni və parlaq səhifə açıldı.

Nəticə etibarilə, atılan bu addımlar, imzalanan sənədlər yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında tarixi sülh müqaviləsinin imzalanmasına və Cənubi Qafqazın gələcək siyasi-iqtisadi strukturunun formalaşmasına töhfə verəcək.

Bu, yalnız münaqişənin sonu deyil, həm də haqq-ədalətin zəfəri – yeni əməkdaşlıq, inkişaf və sabitlik dövrünün başlanğıcıdır.

Beləliklə, bu gün biz azərbaycanlılar qürurla deyə bilərik: Azərbaycan qalibdir – həm döyüşdə, həm də diplomatiyada”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see190

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see160

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see158

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see148

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see140

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see130

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri