Icma.az
close
up
RU
Sülhə aparan yol Ermənistan konstitusiyasına dəyişiklikdən və Minsk qrupunun ləğvindən keçir

Sülhə aparan yol Ermənistan konstitusiyasına dəyişiklikdən və Minsk qrupunun ləğvindən keçir

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

III Şuşa Qlobal Media Forumu Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ciddi müzakirələrə və mesajlara şahidlik etdi. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması prosesində qarşıda duran əsas şərtləri bir daha açıq şəkildə ifadə etdi. Dövlət başçısı Ermənistan konstitusiyasının müasir reallıqlara uyğun dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi olaraq son verilməsinin sülh müqaviləsinin imzalanmasının əsas açarları olduğunu bir daha bəyan etdi.


Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinə qarşı iddiaları əks etdirən müddəalar mövcuddur. Bu müddəalar, xüsusilə keçmişdəki separatçılıq və münaqişə ilə bağlı yanaşmalar bugünkü geosiyasi reallıqlarla uzlaşmır. Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində işğala son qoyub, öz ərazi bütövlüyünü bərpa edib və 2023-cü ilin bir günlük antiterror əməliyyatı ilə Qarabağ üzərində suverenliyini tam təmin edib.


Belə olan halda, Ermənistanın konstitusiyasında bu tip iddiaların qalması sülh danışıqlarına və qarşılıqlı etimada ciddi zərbə vurur. Prezident İlham Əliyev bu məsələni “təhlükəli hüquqi ziddiyyət” kimi xarakterizə edərək bildirib: “Ermənistan konstitusiyası dəyişməyincə, sülh müqaviləsinin imzalanması qeyri-mümkündür”. Bu tələbin irəli sürülməsi Azərbaycanın gələcəkdə baş verə biləcək yeni qarşıdurmaların qarşısını almaq üçün legitim və uzaqgörən mövqeyidir.


Azərbaycan Prezidenti çıxışında həmçinin ATƏT-in Minsk qrupunun iflasa uğradığını və artıq tarixi missiyasını başa vurduğunu da vurğuladı. 1992-ci ildən etibarən fəaliyyət göstərən bu qrupun mandatı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini təmin etmək idi. Lakin 30 ilə yaxın dövr ərzində Minsk qrupu heç bir real nəticə əldə edə bilmədi.


Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, Minsk qrupu fəaliyyətsiz və təsirsiz bir mexanizmə çevrilib və ləğv edilməlidir. Prezident İlham Əliyevin fikrincə, bu qurum artıq formal olaraq da buraxılmalıdır, onun gündəlikdə qalması sadəcə vaxt itkisi və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdan başqa bir şey deyil. “Qarabağ münaqişəsi artıq keçmişdə qalıb, Minsk qrupu isə bu keçmişin simvoludur,” – deyə Prezident qeyd edib.


Bugünkü vəziyyət tamamilə yeni reallıq yaradıb. Azərbaycan BMT-nin tanıdığı ərazilərində suverenliyini tam təmin edib, Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrini zərərsizləşdirib və regiona nəzarəti tam bərpa edib. Bu yeni reallıq həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməlidir. Sülh müqaviləsinin imzalanması da məhz bu reallıqlar əsasında həyata keçirilməlidir.


Azərbaycan bu müddətdə həm hərbi, həm də diplomatik sahədə öz prinsipial və ardıcıl siyasəti ilə sülhə nail olmağa çalışıb. Ermənistan konstitusiyasında dəyişiklik etmədən, öz rəsmi sənədlərində Azərbaycanın ərazi bütövlüyünü tanımadan sülh müqaviləsi real deyil. Bu, sadəcə hüquqi sənəd deyil, gələcək nəsillər üçün regionda sülh və sabitliyin təminatıdır.


III Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikirlər təkcə Ermənistan üçün deyil, beynəlxalq ictimaiyyət üçün də bir mesajdır. Prezidentin fikirləri göstərdi ki, Azərbaycan beynəlxalq hüquq prinsiplərinə sadiqdir, lakin öz milli maraqlarını və ərazi bütövlüyünü heç bir halda güzəştə getməyəcək. Bu Forumun Şuşada – Qarabağın mərkəzində keçirilməsi isə həm simvolik, həm də siyasi baxımdan çox böyük əhəmiyyət daşıyır.


Prezident İlham Əliyevin çıxışı, Ermənistan-Azərbaycan münasibətlərinin gələcək inkişaf trayektoriyasını aydın şəkildə göstərdi. Ermənistan konstitusiyasına dəyişiklik edilməli, ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir. Bu addımlar atıldıqdan sonra real və davamlı sülh müqaviləsinin imzalanması mümkün ola bilər. Azərbaycanın bu prosesdə göstərdiyi siyasi iradə və prinsipial mövqe isə bölgədə sabitliyin əsas təməlini təşkil edir.

Vasif Qafarov 

Milli Məclisin deputatı,
Tarix elmləri doktoru

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri