Icma.az
close
up
RU
Sülhə etimad qapısı açılır

Sülhə etimad qapısı açılır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bakı–İrəvan enerji əməkdaşlığı gələcəyin iqtisadi təməlini qoyur

Son 35 ildə ilk dəfə olaraq Azərbaycandan Ermənistana neft məhsullarının tədarük edilməsi regionda, eləcə də bölgədən kənarda diqqətlə izlənilən və təsadüfi sayılması mümkün olmayan bir hadisədir. Dekabrın 18-də 22 yanacaq çəninə yüklənmiş 1220 ton Aİ-95 markalı benzinin Ermənistana çatdırılması uzun müddət bağlı qalmış bir qapının ehtiyatla, amma şüurlu şəkildə açıldığını göstərdi. Bu addım təkcə iqtisadi mahiyyət daşımır, eyni zamanda siyasi və psixoloji baxımdan da mühüm mesajdır.

Xatırlatmaq yerinə düşər ki, bu, Azərbaycan üzərindən həyata keçirilən ilk tədarük əməliyyatı deyil. Bundan əvvəl Qazaxıstan və Rusiyaya məxsus buğda yükləri də ölkəmizin dəmir yolları vasitəsilə Ermənistana çatdırılmışdı. Həmin daşımalar tranzit mexanizmlərinin texniki və təhlükəsiz şəkildə işlək olduğunu nümayiş etdirdi. Proses heç bir insident olmadan başa çatdı və tərəflər arasında praktik əməkdaşlıq imkanlarının mövcudluğunu göstərdi. Bu fakt bir daha sübut etdi ki, regional nəqliyyat və logistika xətləri siyasi iradə olduqda effektiv şəkildə istifadə oluna bilər. Taxıl tədarükünün həyata keçirilməsi ilk addım olmaqla, tərəflər arasında praktiki əməkdaşlığın mümkünlüyü təsdiqlədi. Sözügedən təcrübə sonradan digər yük növlərinin daşınması üçün də zəmin formalaşdırdı. Məhz bu ardıcıllıq bugünkü neft məhsulları tədarükünü əvvəlki addımların məntiqi davamı kimi dəyərləndirməyə imkan verir.

Əlbəttə, uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlamış, müharibədən sonra da bir-birinə etimadsızlıq fonunda yaşayan iki ölkə üçün yanacaq kimi strateji materialın tədarükünün başlaması asan qərar deyil. Müharibələr, itkilər, bunun nəticəsində formalaşmış ağrılı yaddaş fonunda atılan hər addım cəmiyyətlərin diqqət mərkəzinə düşür. Bakının sülh qapısını açmağa yönəlik bu addımı real irəliləyişin mümkünlüyünü göstərir. Azərbaycanın atdığı bu addım da regionda sabitlik və qarşılıqlı fayda prinsipinə söykənən yanaşmanın üstün tutulduğunu nümayiş etdirir.

Neft məhsullarının Ermənistana göndərilməsi ilk baxışda sırf ticarət əməliyyatı kimi görünə bilər. Ancaq məsələyə bir qədər geniş baxdıqda bu qərarın daha dərin məna daşıdığı aydın olur. Enerji təhlükəsizliyi istənilən ölkə üçün həyati əhəmiyyət daşıyır. Bu baxımdan atılan addım regionda qarşılıqlı etimadın formalaşmasına xidmət edən mühüm mesajdır. Enerji sahəsində əməkdaşlıq siyasi münasibətlərdən asılı olmayaraq uzunmüddətli sabitlik üçün əsas yaradan amillərdən sayılır. Ermənistanın enerji təminatında yaranan boşluqların məhz regional imkanlar hesabına doldurulması daha rasional yanaşma kimi qiymətləndirilir. Bu, eyni zamanda, kənar təsirlərin azalması və bölgədaxili resursların önə çıxması deməkdir. Beləliklə, enerji üzərindən qurulan əlaqələr sülh prosesinin praktiki dayaqlarını gücləndirir. Ermənistanın bu ehtiyacının Azərbaycan tərəfindən qarşılanması uzun illər davam edən qarşıdurmadan sonra yeni reallığın formalaşdığını göstərir. Bu, ölkələrin düşmənçilikdən uzaqlaşıb, rasional maraqların ön plana keçdiyinin daha bir əlamətidir.

***

Dekabrın 21-də Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidentinə minnətdarlıq ifadə etməsi də bu kontekstdə xüsusi diqqət çəkir. Tranzit imkanlarının açılması və ikitərəfli ticarət üçün şərait yaradılması barədə səsləndirilən fikirlər regionun gələcəyinə dair fərqli yanaşmanın formalaşdığını göstərir. Uzun illər sərt ritorika ilə yadda qalan münasibətlərdə bu cür açıq təşəkkür ifadəsi nadir hadisədir. Prosesin daha bir önəmli tərəfi ondan ibarətdir ki, iqtisadi əlaqələr siyasi dialoqun möhkəmlənməsi üçün real zəmin yaradır. Tarix dəfələrlə göstərib ki, ticarət və qarşılıqlı asılılıq münaqişə risklərini azaldır. Çünki tərəflər artıq yalnız siyasi mövqelərlə deyil, konkret iqtisadi maraqlarla da hesablaşmalı olurlar. Bu baxımdan yanacaq tədarükü gələcəkdə daha geniş əməkdaşlıq üçün bir növ sınaq mərhələsi sayıla bilər.

Onu da bildirək ki, Azərbaycan bu addımı atmaqla regional liderliyə xas davranış sərgiləyir. Güc nümayişindən daha çox məsuliyyətli yanaşma seçilir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh sazişi kağız üzərində qalan sənəd olmamalı, real həyatla, gündəlik münasibətlərlə möhkəmlənməlidir. Məhz bu cür iqtisadi və humanitar addımlar sülhü mücərrəd anlayışdan konkret prosesə çevirir.

Digər tərəfdən, Ermənistan üçün də bu proses özündə mühüm dərsləri ehtiva edir. Uzun illər regiondakı nəqliyyat kommunikasiya xətlərindən kənarda qalmaq ölkə iqtisadiyyatına ciddi zərbə vurub. Alternativlərin məhdudluğu, enerji və nəqliyyat sahəsində asılılıq vəziyyəti İrəvanı yeni yanaşmalara məcbur edir. Azərbaycanla normal münasi bətlərin qurulması Ermənistan üçün təkcə siyasi deyil, həm də sosial-iqtisadi baxımdan çıxış yolu ola bilər. Cəmiyyətlərin reaksiyası da bu mərhələdə xüsusi əhəmiyyət daşıyır. Müharibə yaddaşı hələ təzədir və emosional yanaşmalar qaçılmazdır. Lakin gündəlik həyatın tələbləri, rifah gözləntiləri zamanla daha rasional mövqelərin formalaşmasına şərait yarada bilər. Yanacağın, ticarətin, tranzitin sülh dili ilə danışması bəzən ən sərt bəyanatlardan daha təsirli olur.

Əlbəttə, bir tədarüklə bütün məsələlərin həll olunacağını düşünmək doğru olmazdı. Qarşıda hələ çox çətin danışıqlar, həssas mövzular, qarşılıqlı etimadın tam bərpası kimi mürəkkəb mərhələlər var. Amma reallıq ondan ibarətdir ki, sülh məhz belə kiçik, amma konkret addımlarla başlayır. Bu gün yanacaq, sabah ticarət, daha sonra isə sərhədlərin açılması və regionda təhlükəsiz birgəyaşayış qaçılmazdır. Hər halda, rəsmi Bakının gələcəyə baxışı bu cürdür. Bu baxımdan Azərbaycanın Ermənistana neft məhsulları göndərməsi bölgədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən politoloq İlyas Hüseynov hesab edir ki, Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi praqmatik zərurətlə izah olunmalıdır. Onun fikrincə, bu addım sülhə aparan yolun bir hissəsi olsa da, prosesi romantikləşdirmək də düzgün deyil.

Ekspert bildirdi ki, iqtisadi əlaqələrin qurulması tərəflər arasında müəyyən qarşılıqlı öhdəlik yaradır və bu, regionda eskalasiya riskini əhəmiyyətli dərəcədə azalda bilər: “Siyasi proseslərlə iqtisadi addımlar arasında uyğunluq təmin olunarsa, ticarət münasibətləri uzunmüddətli və dayanıqlı xarakter ala bilər. Əsas məsələ atılan addımların ardıcıl şəkildə davam etdirilməsi və etimada əsaslanan mexanizmlərlə möhkəmləndirilməsidir. Bu yanaşma formalaşarsa, regionda sabitlik kağız üzərində qalan niyyət deyil, real gündəlik praktikaya çevrilə bilər. Belə bir mühit yeni əməkdaşlıq imkanlarını genişləndirər və qarşılıqlı asılılığı artırar. Nəticə etibarilə, bu proses Cənubi Qafqaz üçün daha təhlükəsiz və proqnozlaşdırılan gələcəyin əsasını qoya bilər”.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see328

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see278

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see234

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see228

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see226

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see224

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see223

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see221

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see220

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see217

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see209

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see204

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see199

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see197

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see189

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see186

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see184

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see183

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see168

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri