Icma.az
close
up
RU
Sülhə silahla nail olmaq ?! İranın siyasi çağırışı ilə hərbi fəaliyyəti bir birinə tərs mövqedədir

Sülhə silahla nail olmaq ?! İranın siyasi çağırışı ilə hərbi fəaliyyəti bir birinə tərs mövqedədir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“İran rejimi iddia edir ki, “biz bölgədə terror fəaliyyəti ilə məşğul olan heç bir təşkilatı dəstəkləmirik”... Hər kəs bunu bilir ki, bu terror təşkilatlarının bütün fəaliyyətləri, onların apardıqları terror işləri hamısı birbaşa Sepahi-pastaranın planları əsasında aparılır. İran fars-molla rejiminin İranda nüvənin dinc məqsədli istifadəsi ilə bağlı dediklərinin heç birisi doğru deyil”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, bir neçə həftə öncə Simnan əyalətində gizli nüvə fəaliyyəti həyata keçirən mərkəz aşkarlanıb.

Sadiq İsabəyli

“Orada bir mərkəz var. O mərkəzin fəaliyyəti incələnib və bəlli olub ki, orada nüvə bombası hazırlamaq üçün fəaliyyətlər gedir. Belə ki, orada nüvə bombasının daha geniş əhatəli təsirə malik olması üçün fəaliyyətlər aparılır. Tritium izotopundan istifadə edilir. Bununla bağlı Beynəlxalq Atom Enerji Agentliyinə heç bir məlumat verilməyib. İndi siz baxın, görün buna bənzər nə qədər obyektlər və yaxud mərkəzlər var”-deyən Sadiq İsabəyli vurğulayıb ki, rejimin siyasi mövqeyinə inanmaq üçün bu rejim şəffaf olmalıdır.

“Dünya və yaxud beynəlxalq təşkilatlar, nüvə fəaliyyəti ilə bağlı araşdırma aparan mərkəzlər ora nəzarət etdikdən sonra, dinc məqsədli olan fəaliyyətləri təsdiq etdikdən sonra demək olar ki, bu fəaliyyətlər dinc məqsədlidi və yaxud nüvə silahının hazırlanması üçün işlər aparılır”-deyən Sadiq İsabəyli bildirib ki, Beynəlxalq Atom Enerji Agentliyinin nümayəndələri İranda nüvə mərkəzlərinə nəzarətə gediblər və müəyyən olunub ki, burada uranın zənginləşdirilməsi 80 faizdən çox olub.

“Rejim iddia edir ki, “belə bir şey yoxdur. Biz ancaq 60 faizə qədər zənginləşdirmə işi aparmışıq”. Bu gün İran rejimi bildirir ki, “ola bilsin ki, biz bu santrifuqları alanda santrifuqların özü 80 faiz zənginləşdirilmiş urana bulaşdırılıb”. Bu da qəbulolunmazdır və bu həm də onu göstərir ki, rejim gizli nüvə silahını əldə etmək üçün bir sıra işlər görür və bunu dünyaya demir”-deyə Sadiq İsabəyli əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 May 2025 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri