Icma.az
close
up
RU
Sülhə təkan verən uğurlu təşəbbüs

Sülhə təkan verən uğurlu təşəbbüs

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Birbaşa dialoq –“Sülh körpüsü” formatı normallaşmaya üstün şərait yaradır

Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh mərhələsinə keçidinin institusional konturları, eləcə də normallaşma prosesinin növbəti fazası artıq real siyasi və hüquqi mexanizmlər üzərindən formalaşan proses kimi gündəmdədir. Bu kontekstdə vətəndaş cəmiyyətləri və beyin mərkəzləri xətti üzrə həyata keçirilən “Sülh körpüsü” təşəbbüsünün iştirakçılarından biri, Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynovla hazırkı mərhələnin maneələri, imkanları və gözləntiləri barədə müsahibəni oxuculara təqdim edirik.

– Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, 2025-ci ildə Ermənistan–Azərbaycan müharibəsinə siyasi müstəvidə nöqtə qoyulub və artıq bir neçə aydır regionda sülh rejimi formalaşıb. Sizcə, yeni mərhələdə “sülh şəraitində yaşamaq” anlayışı modelinin əsas institusional dayaqları nələrdən ibarətdir?

– Yeni mərhələdə “sülh şəraitində yaşamaq” anlayışı real idarəetmə və təhlükəsizlik modeli kimi formalaşır. Bu modelin əsasını sərhədlər üzərində tam suveren nəzarət mexanizmlərinin qurulması, təhlükəsizliyin real güc üzərindən təmin edilməsi və risklərin qabaqlayıcı idarəetmə mexanizmləri ilə neytrallaşdırılması təşkil edir. Məhz təhlükəsizlik arxitekturasının sosial və institusional qatında paralel diplomatik platformalar formalaşdırılır. Ötən ilin noyabrından etibarən Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında beynəlxalq praktikada “Track II” və ya “Track 1.5” adlandırılan dialoq mexanizmi işə salınıb. “2-ci Yol diplomatiyası” adlandırılan bu format hökumətlərarası rəsmi danışıqlar müstəvisindən kənarda, lakin dövlətlərin müəyyən etdiyi strateji çərçivə daxilində fəaliyyət göstərən qeyri-hökumət aktorlarının — analitik mərkəzlərin, akademik mühitin və QHT platformalarının — qarşılıqlı etimadın bərpası, risklərin yumşaldılması və normallaşma mühitinin sosial əsaslarının formalaşdırılması məqsədilə apardıqları strukturlaşdırılmış dialoq xəttidir. Bu xətt, faktiki olaraq, sülhün yalnız təhlükəsizlik yox, eyni zamanda, cəmiyyət səviyyəsində institusionallaşmasını təmin edən tamamlayıcı mexanizm kimi çıxış edir.

– 2026-cı ildə bu dialoqun intensivliyinin artacağı gözlənilirmi və mövcud formatın institusional və məzmun baxımından dəyişməsi ehtimalı varmı?

– “Sülh körpüsü” təşəbbüsünü bu il də davam etdirməyi planlaşdırırıq. Erməni nümayəndə heyətinin Bakıya son səfəri zamanı növbəti 5–6 ay üçün bir sıra ideyaların inkişaf etdirilməsi və onların konkret layihə formatında reallaşdırılması razılaşdırılıb, müvafiq plan hazırlanıb. Qeyd edilən son tarix Ermənistanda keçiriləcək parlament seçkilərinə qədərki vaxtı əhatə edir. Bu yanaşma anlaşılandır. Çünki Azərbaycan–Ermənistan normallaşmasının bundan sonrakı taleyi məhz həmin seçkilərin nəticələrindən birbaşa asılı olacaq. Çalışacağıq ki, bu təşəbbüsdə əvvəldən “5+5” formatında on nəfərin iştirakı dayanıqlı şəkil alsın. Eyni zamanda, mövzudan və kontekstdən asılı olaraq yeni ekspertlərin də prosesə cəlb edilməsi nəzərdə tutulur.

– Görüşlərin ilk dəfə vasitəçi platforması olmadan birbaşa formatda keçirilməsi regionda sabitliyin hansı institusional təminatlarını formalaşdırır?

– Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri, beyin mərkəzləri və ekspertlər arasında təmaslar 1990-cı, 2000-ci illərdə də mövcud olub. Qarşılıqlı səfərlər əvvəlki dövrlərdə də həyata keçirilib. Lakin “Sülh körpüsü” təşəbbüsü adlandırılan son proses keyfiyyət baxımından əvvəlkilərdən fərqlənir. Çünki əvvəlki dövrlərdə indiki mərhələdə olduğu kimi, ümumi normallaşma və sülh üçün münbit mühit mövcud deyildi. Əvvəlki təmaslar və qarşılıqlı səfərlər əsasən üçüncü tərəflərin təşəbbüsü ilə baş tuturdu. Adətən Qərb ölkələri, müxtəlif donor təşkilatları və beynəlxalq qurumlar bu proseslərin təşkilində əsas rol oynayır, görüşlər onların fasilitasiyası çərçivəsində keçirilirdi. Həmin görüşlərin və təmasların əhəmiyyətini azaltmaq istəmirəm. Onlar da bu gün gəlib çatdığımız mərhələyə müəyyən dərəcədə töhfə verib. Amma burada bu faktı danmaq olmaz ki, əvvəlki dövrlərdə bu cür təmaslara və qarşılıqlı səfərlərə hökumətlərin verdiyi dəstək indiki səviyyədə deyildi.

– Rusif bəy, Ermənistanda daxili siyasi konfiqurasiya parlament seçkilərindən sonra sülh müqaviləsinin icrasına hansı təsiri göstərə bilər? Dialoq risk altına düşə bilərmi?

– Bəli, seçkinin nəticələri bundan sonrakı mərhələdə sülh prosesinin hansı səviyyədə davam edəcəyinə birbaşa təsir göstərəcək. Bu proses, faktiki olaraq Azərbaycan üçün qeyri-rəsmi referendum xarakteri daşıyacaq və biz erməni cəmiyyətinin sülhə real mandat verib-verməcəyini görəcəyik. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan Ermənistan hakimiyyəti ilə deyil, məhz Ermənistan xalqı ilə sülh bağlamaqda maraqlıdır.

Seçkilərlə bağlı müəyyən paradoks yaranır. Azərbaycan tərəfi haqlı olaraq seçkilərin nəticələrinə ehtiyatla yanaşır. Digər tərəfdən isə Ermənistanın hazırkı hakimiyyəti sülh prosesində əldə olunan istənilən irəliləyişi və konkret nəticələri seçkiyə yönəlik kampaniyada istifadə etməyə, bununla da öz siyasi mövqelərini gücləndirməyə çalışır. Bu baxımdan bizi kifayət qədər maraqlı dövr gözləyir. Seçkilərdən sonra Ermənistanda hansı proseslərin inkişaf edəcəyini görəcəyik.

– Azərbaycanın Ermənistan üçün nəzərdə tutulan yüklərin tranzitinə yaşıl işıq yandırmasından sonra formalaşan yeni reallıq hansı hüquqi arxitektura ilə rəsmiləşdirilməlidir?

– Azərbaycan Ermənistan üçün nəzərdə tutulan yüklərin daşınması ilə bağlı uzun illər mövcud olmuş embarqonu aradan qaldırdı. Nəticədə Qazaxıstan və Rusiyadan Ermənistana taxıl Azərbaycan ərazisindən keçərək daşındı. Bəli, Azərbaycan və Ermənistan arasında keçmiş münaqişə şəraiti fonunda bu tip tranziti tənzimləyən ikitərəfli hüquqi mexanizm mövcud deyil. Ola bilsin ki, rəsmi Bakı bu məsələyə — söhbət taxılın Azərbaycan ərazisindən daşınmasından gedir — fövqəladə və unikal hal kimi yanaşıb və prosesi sadələşdirib. Bununla belə, biz yenə də bu addım üçün konkret hüquqi baza formalaşdırmağa ehtiyac duyulduğunu görürük. Eyni məsələ Azərbaycan və Ermənistan vətəndaşlarının qarşılıqlı səfərlərinə də aiddir. Rəsmi olaraq iki ölkə arasında viza rejimi yoxdur. Amma mövcud reallıqlar fonunda vətəndaşların qarşılıqlı səfərləri hazırda asan deyil. Sülh müqaviləsi imzalandıqdan sonra ticarət, qarşılıqlı səfərlər, tranzit və digər məsələlər üzrə hüquqi mexanizmlərin yaradılmasına ehtiyac yaranacaq.

İstənilən halda, addım-addım iki ölkə arasında təmasların hüquqi bazası formalaşdırılmalıdır ki, qeyd olunan məsələlər gələcəkdə asanlaşsın. MDB-nin hüquqi çərçivəsindən və ya digər beynəlxalq qurumların sənədlərindən istifadə etmək mümkündür. Lakin onların böyük hissəsi indiki reallıqlara cavab vermir. Çünki əksəriyyəti 20–30 il əvvəl qəbul edilmiş sənədlərdir və hazırkı normallaşma mərhələsinə uyğun gəlmir.

Son olaraq qeyd edim ki, bu reallığın üzərində dayanan əsas siyasi dayaq Prezident İlham Əliyevin formalaşdırdığı təhlükəsizlik və normallaşma fəlsəfəsidir. Dövlət başçısının yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi tezislər göstərir ki, Azərbaycan sülhü niyyət bəyanatları üzərindən deyil, real güc, hüquqi mexanizmlər və institusional məsuliyyət üzərindən dizayn edən yeni regional nizam qurur. Bu xətt sülhü riskli kompromislərin predmeti yox, idarəolunan təhlükəsizlik modeli səviyyəsinə qaldırır və prosesin trayektoriyasını tərəfdaşların siyasi konfiqurasiyasından asılı olmayan dayanıqlı arxitekturaya çevirir. Məhz bu iradə və ardıcıl strategiya Cənubi Qafqazda yaranan yeni mərhələnin mərkəzi sütununu təşkil edir və Azərbaycanın sülhü qoruyan deyil, onu müəyyən edən əsas aktora çevrildiyini təsdiqləyir.

Tacir SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri