Icma.az
close
up
RU
“Azərbaycanın Ermənistanı uğurlu sülhə məcbur etmək siyasəti nəticə verəcək” Deputat

“Azərbaycanın Ermənistanı uğurlu sülhə məcbur etmək siyasəti nəticə verəcək” Deputat

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun buraxılması məsələsindən danışıb.Mirzoyanın sözlərinə görə, sülh sazişinin imzalanmasından sonra Minsk qrupunun fəaliyyətinə ehtiyacın qalmadığını demək olar.“Sülh sazişinin imzalanmasından sonra deyə bilərik ki, Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur, biz institusional olaraq hesab edə bilərik ki, münaqişə sona çatıb”, - o qeyd edib.
Bu addım regional sülh prosesinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin ləğv edilməsi ilə bağlı Ermənistan tərəfi rəsmi mövqeyini ortaya qoymalıdır:
“Çünki bu, yalnız mətn göndərməklə və ya dilə gətirməklə həll olunan bir məsələ deyil. Bu, uzun sürən bir prosesdir. ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı mütləq səsvermə keçirilməli və bu proses artıq başlanmalıdır. Ermənistan tərəfi vaxt itirmədən rəsmi müraciət etməlidir. Əks təqdirdə, hətta sülh müqaviləsi imzalanarsa, bu proses ən azı 6 ay, bir il çəkə bilər və Ermənistanın bu açıqlaması vaxt udmağa hesablanmış bir çağırışdır.
Əslində, sülh müqaviləsi üzrə bütün maddələr razılaşdırılsa da, Ermənistan hələ də Azərbaycanın ərazi iddialarından rəsmi olaraq əl çəkməyib. Çünki onların qanunvericiliyində bununla bağlı xüsusi müddəalar var və Ermənistan qətiyyən 2026-cı ili gözləməməlidir. Onlar növbədənkənar referendum keçirərək, öz qanunvericiliklərindəki iddialardan əl çəkməli və Azərbaycanın qarşısında səmimi mövqeyini nümayiş etdirməlidirlər”.
Millət vəkili onu da bildirib ki,Paşinyan hökuməti hələ də öz mövqeyində davam edir və görünür, onlar yenə də vaxt qazanmağa çalışırlar:
“Ancaq biz ötən 5 il ərzində səbirlə və təmkinlə bu yerə gəlib çatmışıq. Bu, Azərbaycan diplomatiyasının, xüsusilə də Prezident İlham Əliyevin xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirilməlidir. Sülh müqaviləsi üzrə bütün müddəalar Ermənistan tərəfindən də qəbul edilib və Ermənistan tərəfi artıq bunu rəsmi olaraq açıqlayıb.
Nə zamana qədər ki, sülh müqaviləsi imzalanmayıb, proseslər yekunlaşmayıb biz qətiyyən rahatlaşmamalıyıq. Çünki Ermənistan çox təəssüf ki, aktiv şəkildə silahlanır. Ermənistan tərəfi hələ də Azərbaycanın güclənməsini və söz sahibinə çevrilməsini həzm edə bilmir. Paşinyanın nəzarətində olmayan qüvvələr də Paşinyana qarşı sərt mövqeyə sahibdirlər və onların öz planları var. Bu baxımdan, biz prosesləri sonuna qədər nəzarətdə saxlamalıyıq. Mən inanıram ki, Azərbaycanın uğurlu sülhə məcbur etmək siyasəti nəticə verəcək və Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülh təmin olunacaq”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Mart 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri