Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Netanyahu ABŞ yə səfər edəcək

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Sülhə yalnız gerçək addımlar aparır

Sülhə yalnız gerçək addımlar aparır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İrəvan yenə sərhəddə şuluq salır, yalanların arxasında gizlənir

Avqustun 4-də Ermənistan Müdafiə Nazirliyi, guya, Azərbaycan Ordusunun Sünik rayonu ərazisində döyüş mövqeləri arasında yol tikintisi aparan ekskavatora atəş açdığına dair məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı qəti şəkildə təkzib edərək, Ordumuz tərəfindən qeyd olunan istiqamətdə hər hansı atəşin açılmadığını bəyan edib. Nazirlik ­Erməni tərəfinin yaydığı informasiyanın tamamilə əsassız olduğunu və dezinformasiya xarakteri daşıdığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin hərbi müstəvidə, əsasən də şərti sərhəddə zaman-zaman gərginləşməsi müşahidə olunur. Xüsusilə 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın şərtlərinə baxmayaraq, sərhədyanı bölgələrdə müxtəlif vaxtlarda atəşkəsin pozulması halları qeydə alınır. Bu pozuntuların əksəriyyəti Ermənistan tərəfindən həyata keçirilən təxribatlar nəticəsində baş verir. Rəsmi İrəvan bu insidentləri ört-basdır etmək, məsuliyyəti Azərbaycan üzərinə atmaq məqsədilə davamlı olaraq saxta və təhrif olunmuş məlumatlar yayır.

Yalan və dezinformasiya xarakterli informasiyalar təkcə Bakıya qarşı deyil, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş mesaj kimi qiymətləndirilir. Ermənistan bu kimi saxta məlumatlar, dezinformasiya vasitəsilə Azərbaycanı, guya, sülh prosesinə zidd addımlar atan tərəf kimi qələmə verməyə çalışır. Halbuki faktlar tamamilə əksini göstərir. Azərbaycan Müdafiə Nazirliyi hər dəfə yayılan bu tip məlumatlara operativ şəkildə reaksiya verir, reallığı üzə çıxarır və ictimaiyyətə sübutlara əsaslanan açıqlamalar təqdim edir. Bu yanaşma informasiya müharibəsində obyektivliyin qorunması və ictimai rəydə manipulyasiyanın qarşısının alınması baxımından olduqca vacibdir.

***

Onu da qeyd edək ki, İrəvanın yalan məlumat yaymaq siyasəti yalnız hərbi sahədəki təxribatlarla məhdudlaşmır. Həqiqət budur ki, Ermənistan dəfələrlə Azərbaycan Ordusunun sərhəddəki mövqelərini və yaşayış məntəqələrini atəşə tutur, pilotsuz uçuş aparatları və dronlar vasitəsilə kəşfiyyat uçuşları həyata keçirməyə çalışır. Bu cür addımlar regionda onsuz da həssas olan hərbi-siyasi tarazlığı pozur, yeni gərginlik ocaqları yaradır. Təəssüf ki, Ermənistan bu cür təxribatlarını gizlətmək üçün dezinformasiyanı əsas vasitəyə çevirərək beynəlxalq auditoriyanı da çaşdırmağa çalışır.

Məsələnin daha təhlükəli tərəfi isə Ermənistan tərəfindən davamlı olaraq yayılan bu saxta məlumatların regionda sabitliyə və sülhə birbaşa təhlükə yaratmasıdır. Belə təxribatlar hərbi eskalasiya riskini artırmaqla yanaşı, Cənubi Qafqazda mühüm regional iqtisadi layihələrin və nəqliyyat-kommunikasiya xətlərinin icrasına da mənfi təsir göstərir. Münaqişənin yenidən alovlanması ehtimalı yalnız Azərbaycan və Ermənistan üçün deyil, ümumilikdə, region üçün böyük təhdid yaradır. Buna görə də vəziyyətin düzgün qiymətləndirilməsi və reallığın təhrif edilməsinə imkan verilməməsi çox vacibdir.

Ümumiyyətlə, bu cür yanaşmalar, xüsusilə siyasi sabitliyin pozulduğu, ictimai narazılığın artdığı dövrlərdə daha da intensivləşir. Ermənistan rəhbərliyi daxili çətinlikləri, o cümlədən iqtisadi geriləmə, sosial narazılıq, siyasi parçalanma kimi problemləri arxa plana keçirmək məqsədilə xaricdən “təhdid” görüntüsü yaratmağa çalışır. Bu zaman informasiya manipulyasiyası əsas alətlərdən birinə çevrilir. Daxili gərginliyə isə Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasını gücləndirməsi, ölkədə çevriliş ehtimalı ilə bağlı şayiələr səbəb olur.

Xarici siyasət baxımından isə Ermənistanın bu davranışları regionda güc balansını dəyişmək və beynəlxalq ictimaiyyətin diqqətini müəyyən istiqamətə yönəltmək məqsədi daşıyır. Ermənistan rəhbərliyi həm də müxtəlif beynəlxalq platformalarda özünü “təhlükə altında olan tərəf” kimi təqdim etməklə, dəstək qazanmağa çalışır. Bu isə bir növ informasiya müharibəsi taktikasına çevrilib.

Bütün bunlar göstərir ki, Ermənistanın mövcud yanaşması təkcə spontan addımlar olmayıb, həm daxili siyasi məqsədlərə çatmaq, həm də xarici siyasətdə öz maraqlarını qorumaq üçün düşünülmüş bir strategiyanın tərkib hissəsidir. 

Yada salaq ki, rəsmi İrəvan dezinformasiya yaymaqla yanaşı, konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarını qoruyub saxlayır. Bu isə onu göstərir ki, Ermənistan rəhbərliyi sülhə hazır deyil və əksinə, prosesi uzatmaqla status-kvonu qoruyub saxlamağa çalışır. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, ilk növbədə, özünün əsas qanunlarında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müddəaları aradan qaldırmaq üçün praktiki addımlar atmalıdır. Lakin bu istiqamətdə indiyədək heç bir konkret irəliləyiş müşahidə olunmur. Əksinə, Ermənistan tərəfi silahlanmaqda, hərbi mövqelərimizi hədəfə almaqda, sərhəddə gərginlik yaratmaqda davam edir.

Bütün bu təxribatların fonunda diqqət çəkən digər məqam Ermənistan rəhbərliyinin xarici dairələrin diktəsi ilə hərəkət etməsidir. Politoloq Mətin Məmmədlinin də qeyd etdiyi kimi, Ermənistanın bu addımları ölkəni silahlandıran və regionda vəziyyəti daha da gərginləşdirmək istəyən bəzi xarici mərkəzlərin sifarişi ilə atılır: “Bu, yalnız sülh danışıqlarını çətinləşdirmir, həm də müqavilənin imzalanmasını əngəlləyir. Eyni zamanda, Ermənistan ictimaiyyətində yanlış illüziyaların yaranmasına səbəb olur, onun silahlanmasına rəvac verir. Silahlanmada Fransa və Hindistan yaxından iştirak edir. Bu isə onu göstərir ki, Ermənistan bölgədəki sabitliyi pozmaq üçün alətə çevrilib”. Xüsusilə Qərbdəki bəzi mərkəzlər Ermənistanı müxtəlif vədlərlə ovutmaqla, onu silahlandırmaqla və revaşist əhval-ruhiyyəni təşviq etməklə bölgədə yenidən hərbi qarşıdurma yaratmağa çalışırlar.

Mövcud vəziyyət göstərir ki, əslində sülhə daha çox ehtiyacı olan tərəf məhz Ermənistandır. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş, beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasət yürütmüş və regionda sabitliyin əsas təminatçısına çevrilmişdir. Ermənistan isə işğalçılıq siyasətinin acı nəticələri ilə üz-üzə qalmış, siyasi, iqtisadi və hərbi baxımdan zəifləyərək beynəlxalq aləmdə nüfuzunu itirmiş vəziyyətdədir. Buna baxmayaraq, Ermənistan rəhbərliyi Bakının bölgədə yaratdığı reallığı qəbul etmək və sülhə doğru ciddi addımlar atmaq əvəzinə, təxribatlar və dezinformasiyalarla vəziyyəti gərginləşdirməyə davam edir. 

Beləliklə, Ermənistan tərəfindən sərhəddə atəşkəsin pozulması kimi yalan məlumatlar nə real vəziyyəti əks etdirir, nə də regional sabitliyə xidmət edir. Əksinə, gərginliyi artırır və tərəflər arasında formalaşmış birbaşa dialoq imkanlarını zəiflədir. Belə halların təkrarlanmaması üçün Paşinyan iqtidarı beynəlxalq hüquq normalarına riayət etməli, informasiya müharibəsi metodlarından imtina etməli və sülhə yönəlmiş praktiki addımlar atmalıdır.

Əks halda, sülh prosesinin irəliləməsi qeyri-mümkün olacaq və region yeni qarşıdurmalar təhlükəsi ilə üzləşəcək. Azərbaycanın mövqeyi isə açıq və birmənalıdır: Sülh yalnız real addımlarla mümkündür, yalanlarla və təxribatlarla yox.

Pünhan ƏFƏNDİYEV 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see397

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see239

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see214

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see205

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see203

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see203

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see197

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see190

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see189

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see189

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see184

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see181

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see179

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see176

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see174

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see173

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see173

Netanyahu ABŞ yə səfər edəcək

14 Sentyabr 2026 22:19see171

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see162

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri