Icma.az
close
up
RU
Ankara London rəqabəti güclənir: sülhü kim gətirəcək?

Ankara London rəqabəti güclənir: sülhü kim gətirəcək?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, ötən həftə İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş oldu. Görüş beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olsa da, bir sıra xarici ekspertlər danışıqların nəticəsini qənaətbəxş hesab etmədi. Bununla belə tərəflərin bir araya gəlməsi və dialoqu davam etdirməyə razılıq verməsi diplomatik prosesin dayanmadığınının göstəricisidir.

Maraqlı məqamlardan biri də vasitəçilik məsələsindəki rəqabətdir. Türkiyə danışıqlarda ən fəal və qəbul olunan tərəflərdən biri kimi çıxış etdiyi halda, Böyük Britaniya da bu prosesdə fəallıq göstərməyə çalışır.

Sülhün əldə olunmasında hansı ölkənin vasitəçiliyi daha effektiv və real nəticələr vəd edir?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən ilk görüşdən yüksək gözləntilər yox idi:

“Tərəflərin bir-birinə qarşı sərt ritorikası, xüsusilə də Prezident Putinin atəşkəs təklifinə isti yanaşmaması, eləcə də hər iki tərəfin müharibənin dayandırılması ilə bağlı irəli sürdüyü şərtlərin kəskin şəkildə fərqlənməsi danışıqların çətin keçəcəyini əvvəlcədən göstərirdi.

Lakin bütün bu maneələrə baxmayaraq, uzun fasilədən sonra tərəflərin bir masa arxasına əyləşməyə razılıq verməsi özü-özlüyündə əhəmiyyətli bir addım sayılır. Görüşdən sonra əsir mübadiləsinin həyata keçirilməsi, atəşkəslə bağlı təkliflərin hazırlanaraq qarşılıqlı şəkildə təqdim olunması və ən əsası, danışıqların davam etdirilməsi ilə bağlı razılığın əldə olunması onu göstərir ki, tərəflər ortaq məxrəcə gəlmək üçün müəyyən iradə nümayiş etdirirlər. Sülh sazişindən danışmaq hələ tez olsa da, atəşkəsə nail olunması real görünür”.

Politoloqun fikrincə, bu prosesdə ABŞ-ın rolu xüsusilə vacib olacaq:

Rəşad Bayramov

“Bu günə planlaşdırılan Donald Tramp və Vladimir Putin arasındakı telefon danışığının nəticələri, yəqin ki, vəziyyətin gedişinə ciddi təsir göstərəcək. Əgər ABŞ Avropa İttifaqı ilə birgə sanksiyalarla bağlı ortaq qərar qəbul edəcəyini bəyan edərsə, bu halda Rusiya tərəfi atəşkəsə razılıq verməyə məcbur qala bilər.

Vasitəçilik məsələsinə gəldikdə isə, indiyə qədər Rusiya və Ukrayna arasında əldə olunan razılaşmaların əksəriyyəti məhz Türkiyənin vasitəçiliyi ilə baş tutub. Putinin İstanbul danışıqlarının davam etdirilməsi ilə bağlı çağırışları, eləcə də Zelenskinin bu məsələyə müsbət münasibət göstərməsi onu deməyə əsas verir ki, danışıqların növbəti mərhələsi də böyük ehtimalla Türkiyənin vasitəçiliyi ilə aparılacaq.

Böyük Britaniyanın bu prosesdə vasitəçi qismində iştirakı isə real görünmür. Çünki müharibə başlayandan bəri Böyük Britaniya açıq şəkildə Ukraynanın tərəfdaşı qismində çıxış edir və bu səbəbdən, Rusiya onu neytral vasitəçi kimi qəbul etmir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 May 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri