Tramp: Rusiya Ukrayna sülhü yaxındır
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli hesab edildiyindən daha da yaxındır.
Sherg.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərə bildirib.
"Hesab edirəm ki, bu məsələdə biz nizamlanmaya insanların fikirləşdiyindən daha çox yaxınlaşırıq", - ABŞ lideri deyib.
Tramp həmçinin həm Moskvanın, həm də Kiyevin münaqişənin nizamlanmasına kökləndiyinə əmin olduğunu bildirib.
"Rusiya Prezidenti Vladimir Putin bunun bitməsini istəyir. Bunu sizə tam əminliklə deyə bilərəm. Ukrayna Prezidenti Volodimir Zelenski də əslində bunun indi başa çatmasını istəyir", - ABŞ lideri bildirib.
Tramp əlavə edib ki, bu məsələ NATO-nun Ankaradakı sammitində müzakirə olunacaq: "Düşünürəm ki, biz buna (sülhə - red.) nail olacağıq", - Tramp əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 İyul 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















