Icma.az
close
up
RU
“Sülhün coğrafiyası :“Zəfərdən sülhə” bəyanatı

“Sülhün coğrafiyası :“Zəfərdən sülhə” bəyanatı

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı il avqustun 3-dən 6-dək Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu – TADİV və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı həyata keçirilib.

Proqram çərçivəsində Türkiyənin müxtəlif media qurumlarını və qeyri-hökumət təşkilatlarını təmsil edən jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən və təşkilat rəhbərlərindən ibarət 20 nəfərlik heyət Azərbaycana səfər edib.

Səfərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və məskunlaşma işlərini yerində müşahidə etmək, “Böyük Qayıdış” proqramının nəticələri ilə tanış olmaq, Qarabağda baş verən tarixi dəyişiklikləri Türkiyə və beynəlxalq ictimaiyyətə birbaşa mənbələr vasitəsilə çatdırmaqdır. Proqram zəfər, quruculuq və sülh istiqamətləri üzərində formalaşdırılıb. Azərbaycan dövlətinin regional sülh siyasətinin, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının, Zəngəzur dəhlizinin Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyası üçün strateji əhəmiyyətinin media müstəvisində obyektiv təqdim olunması da əsas hədəflər sırasında yer alıb.

Proqramın ilk günü Bakıda ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarı, Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub. Nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşərək Qarabağda yenidənqurma prosesi, Cənubi Qafqazda davamlı sülhün perspektivləri və müharibədən sonrakı regional vəziyyət barədə fikir mübadiləsi aparıb.

Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən məlumatlandırma toplantısında isə sülh prosesi, Zəngəzur dəhlizinin regional əhəmiyyəti və Azərbaycan–Türkiyə əməkdaşlığının yeni imkanları müzakirə olunub. Proqramın uğurla həyata keçirilməsinə və media fəaliyyətinin səmərəli əlaqələndirilməsinə verdiyi dəyərli töhfələrə görə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat müşavirliyinə də təşəkkürümüzü bildiririk.

Səfərin Qarabağ mərhələsi Ağdamdan başlayıb. Heyət şəhər mərkəzində işğal dövrünün dağıntılarını, bərpa edilmiş Ağdam Cümə məscidini, yeni yaşayış ərazilərini və Ağdam Sənaye Parkını ziyarət edib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri ərazilərin minalardan təmizlənməsi, təhlükəsiz məskunlaşma və geri qayıdan sakinlərin müdafiəsi ilə bağlı brifinq təqdim ediblər. Türkiyəli qonaqlar Ağdama qayıdan ailələrlə görüşərək onların həyat şəraiti və doğma yurda dönüş təəssüratları ilə maraqlanıblar.

Xankəndidə şəhərin mövcud vəziyyəti, həyata keçirilən infrastruktur layihələri, yaşayış və sosial obyektlərin tikintisi barədə məlumat verilib, şəhərə baxış keçirilib. Şuşada Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər ağa məscidi, Molla Pənah Vaqifin məqbərəsi, eləcə də Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş büstləri ziyarət olunub. Səfərin Laçın mərhələsində Zabux və Sus yaşayış məntəqələrində aparılan quruculuq işləri, yeni yollar, enerji infrastrukturu və sakinlərin geri dönüşü ilə bağlı layihələr nəzərdən keçirilib. Bakıya qayıtdıqdan sonra nümayəndə heyəti Hərbi Qənimətlər Parkı və İçərişəhərlə də tanış olub.

Proqram Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən yekun iclasla başa çatıb. Müzakirələr zamanı Qarabağda quruculuq, regional sabitlik, Zəngəzur dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyəti, Azərbaycanla Türkiyənin nəqliyyat və enerji layihələrində əməkdaşlığı, həmçinin səfər zamanı əldə edilən müşahidələrin mediada işıqlandırılması məsələləri nəzərdən keçirilib. Görüçün nəticəsi olaraq heyət üzvlərinin ortaq qənaətlərini əks etdirən “Zəfərdən sülhə” yekun bəyanatı ictimaiyyətə təqdim olunub.

Bu proqram Qarabağ həqiqətlərinin birbaşa müşahidələr, canlı təəssüratlar və əldə olunan faktlar əsasında media məkanına daşınması baxımından mühüm informasiya və dialoq platformasına çevrildi. Türkiyəli jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri Ağdam, Xankəndi, Şuşa və Laçında işğal dövrünün ağır izlərini, minalardan təmizləmə prosesini, yeni yaşayış məhəllələrinin və sosial infrastrukturun qurulmasını, eləcə də “Böyük Qayıdış” çərçivəsində doğma yurda qayıdan sakinlərin gündəlik həyatını yerində müşahidə etdilər. Bu səfər dağıntıdan dirçəlişə keçidin miqyasını, dövlətin həyata keçirdiyi bərpa siyasətinin sistemli xarakterini və Qarabağın regionun yeni iqtisadi xəritəsində qazandığı strateji mövqeyi əyani şəkildə göstərdi.

Yekun iclas zamanı Qarabağın yenidən qurulması, Zəngəzur dəhlizi, nəqliyyat və enerji layihələri, regional əməkdaşlıq perspektivləri media nümayəndələrinin sahə müşahidələri əsasında geniş müzakirə olundu. Proqramın ən mühüm nəticələrindən biri də Türkiyə mediasında Qarabağla bağlı məlumatların rəsmi açıqlamalardan kənara çıxaraq birbaşa şahidlik, insan hekayələri və konkret faktlarla zənginləşməsi oldu. Bu formatın davamlı şəkildə keçirilməsi Azərbaycan–Türkiyə media əlaqələrinin güclənməsinə, Qarabağda aparılan quruculuq işlərinin beynəlxalq auditoriyaya daha dolğun çatdırılmasına və Cənubi Qafqazda formalaşan sülh gündəliyinin daha təsirli təqdimatına mühüm töhfə verə bilər.

"Cebheinfo.az"
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Avqust 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri