Icma.az
close
up
RU
Tarixi Zəfərdən mütləq sülhə

Tarixi Zəfərdən mütləq sülhə

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton Zirvəsində regional sabitliyin, əməkdaşlığın və tərəqqinin təməli qoyuldu.

8 avqust Vaşinqton Zirvəsi Cənubi Qafqazda onilliklər boyu davam edən, regionun inkişafını dayandıran və beynəlxalq təhlükəsizlik sistemini sınağa çəkən münaqişəni de-fakto başa çatdıran tarixi dönüş nöqtəsidir. Ötən il əldə edilən bu diplomatik zəfər Azərbaycanın Vətən müharibəsində və lokal antiterror tədbirlərində qazandığı hərbi zəfərin qlobal müstəvidə hüquqi-siyasi təsdiqi oldu. Ölkəmiz bununla həm də müasir beynəlxalq münasibətlər sisteminə yeni bir sülh modeli təqdim etdi. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini öz gücü ilə icra edən Bakı, sonradan ədalətli və davamlı sülh gündəliyi irəli sürərək geosiyasi reallıqları kökündən dəyişdi. 

Prezident İlham Əliyevin çıxışlarının birində bəyan etdiyi kimi: "Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi".

Ədalətin bərpası

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan torpaqlarının işğaldan azad edilməsini, suverenliyimizin və ərazi bütövlüyümüzün tanınmasını tələb edən 822, 853, 874 və 884 saylı 4 məlum qətnamə qəbul edildi. Lakin bu beynəlxalq sənədlər tam 27 il boyunca kağız üzərində qalaraq, icra olunmadı. Qlobal təhlükəsizlik sisteminin və beynəlxalq hüququn aliliyini təmin etməli olan institutların bu fəaliyyətsizliyi, ikili standartların və beynəlxalq ədalətsizliyin ən bariz nümunəsinə çevrildi.

Eyni zamanda, heç bir hüquqi və mənəvi əsası olmayan, işğala məruz qalan tərəfi cəzalandırmağa yönəlmiş ABŞ Konqresinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişi qəbul etməsi, eləcə də münaqışənin həlli üçün mandata sahib olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin yarıtmaz, qərəzli və status-kvonu dondurmağa hesablanmış fəaliyyəti də bu ədalətsizliyin tərkib hissəsi idi. Əsas məqsəd Azərbaycanı torpaqlarının işğalı reallığı ilə barışdırmaq, işğalçıya isə beynəlxalq dəstək imkanı yaratmaq idi.

Lakin bu ağır geosiyasi şəraitə və xarici təzyiqlərə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən Prezident İlham Əliyev müstəqil, milli maraqlara söykənən hərtərəfli inkişaf strategiyası həyata keçirdi. Dövlətimizin başçısı güclü iqtisadiyyat qurdu, ordumuzu müasir standartlara uyğunlaşdırdı, uğurlu diplomatiyası ilə beynəlxalq aləmdə ölkəmizin mövqelərini möhkəmləndirdi və daxili həmrəyliyi ən yüksək səviyyəyə qaldırdı. Bu uzaqgörən siyasi xətt tarixi zəfərlərimizin təməlini qoydu.

2020-ci il 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək düşməni diz çökdürdü. Bununla da 30 illik işğala son qoyuldu, tarixi ədalət və BMT TŞ-nin kağız üzərində qalmış qətnamələri Azərbaycanın öz gücü ilə icra edilərək ərazi bütövlüyümüz bərpa olundu.

2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatizmə son qoyuldu. Cəmi bir gün ərzində Azərbaycan özünün bütün suveren ərazilərində dövlət bayrağını ucaltdı və Konstitusiya quruluşunu tam bərpa etdi.

Son 80 illik müasir hərb və diplomatiya tarixində Azərbaycan kimi öz gücünə, prinsipiallığına və hərbi-siyasi iradəsinə söykənərək tam, qəti və mütləq qələbə qazanan ikinci bir ölkə olmayıb. Bu zəfər Azərbaycan xalqının yenilməzliyini və Prezident İlham Əliyevin liderlik bacarığını bütün dünyaya nümayiş etdirdi.

Diplomatik qələbə

Azərbaycan müharibədən sonra məğlub tərəfə revanşizm deyil, beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsi təklif edən nadir dövlətlərdən biri kimi tarixdə yer aldı.

Azərbaycanın liderliyi ilə irəlilədilən normallaşma gündəliyi ötən il 8 avqust Vaşinqton Sammitində öz məntiqi nəticəsinə çatdı. ABŞ Prezidenti Donald Trampın evsahibliyi və iştirakı ilə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan zirvə görüşü diplomatik zəfər kimi yaddaşlara həkk olundu. 

"Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in mətni rəsmən paraflandı. Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamədə, Azərbaycan və Ermənistan münaqişənin artıq keçmişdə qaldığını təsdiqlədi. Bununla iki ölkə arasında beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması üçün şərtlərin yarandığı bəyan edildi. 

Sözügedən tarixdə əldə olunan mühüm nailiyyətlərdən biri də iki ölkənin xarici işlər nazirlərinin birgə müraciəti əsasında ötən il dekabrın 1-də ATƏT-in rəsmən Minsk prosesinin və onunla bağlı strukturlarının ləğv edilməsi oldu. Beləliklə, vasitəçilik adı altında prosesi uzadan mexanizmlər tarixdən silindi.

Ağ Evdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə maneəsiz bağlayacaq Zəngəzur dəhlizinin (TRIPP) açılması üzrə tarixi razılıq əldə olundu. Bu layihə Orta Dəhlizin ən vacib hissəsinə çevrilərək Avrasiya nəqliyyat xəritəsini yenidən tərtib edir. 

Məhz Vaşinqton zirvəsindən sonra Bakı Ermənistana tətbiq edilən tranzit məhdudiyyətlərini aradan qaldırdı, eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri ilə cəmiyyətlərin sülhə hazırlanması prosesinə start verildi.

Beynəlxalq etimadın təzahürü 

Azərbaycanın sülh strategiyası lokal çərçivədən çıxaraq qlobal təhlükəsizlik arxitekturasının tərkib hissəsinə çevrilib. Ümumdünya İqtisadi Forumu çərçivəsində 2026-cı il il yanvarın 22-də Davosda "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədinin imzalanma mərasimi keçirilib. Prezident İlham Əliyev, tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədini imzalayıblar. Bununla da Azərbaycan Sülh Şurasının təsisçi üzvlərindən biri olub.

Bu, Bakının sülh strategiyasının qlobal əhəmiyyətini təsdiqləyir. Ölkəmizin Sülh Şurasında iştirakı həm diplomatik uğur, həm də beynəlxalq ictimaiyyətin ölkəmizin sülhə verdiyi töhfələrə olan etimadının təzahürüdür. Regional münaqişənin ədalətli həlli, suverenliyin və ərazi bütövlüyünün təmin olunması, dialoq və əməkdaşlığın təşviqi kimi vacib məsələlər də bu qəbildəndir.

Əbu-Dabidə Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif edilməsi də Azərbaycanın qlobal sülhə töhfə verən liderliyinin beynəlxalq aləmdə aldığı yüksək dəyərin təzahürüdür. Həmin mükafat regionda onilliklər boyu davam edən münaqişəyə və humanitar əzablara son qoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib. Mükafatlandırma mərasimində Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür.

İndi ən əsas vəzifə de-fakto əldə olunmuş sülhü de-yure sülh müqaviləsinə çevirməkdir. Bunun üçün İrəvanın qarşısında duran əsas tələb bəllidir. Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı hələ də mövcud olan ərazi iddialarını rəsmən ləğv etməlidir.

Ötən ilin 8 avqust tarixində Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsi zamanı bu məsələ barədə qəti mövqeyini belə ifadə edib: "Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər".

Bir sözlə, Azərbaycan öz gücü və siyasi iradəsi ilə sübut etdi ki, düzgün yürüdülən siyasət sayəsində həm beynəlxalq ədaləti bərpa etmək, həm də bütün region üçün firavan sülh erasını başlatmaq mümkündür./Azərbaycan qəzeti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Avqust 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see408

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see260

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see249

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see247

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see246

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see235

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see228

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see222

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see222

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see216

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see214

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see211

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see203

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see202

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see201

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see200

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see198

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see188

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see187

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri