Icma.az
close
up
RU
Zəfərdən sülhə” yekun bəyanatı ictimaiyyətə təqdim olunub

Zəfərdən sülhə” yekun bəyanatı ictimaiyyətə təqdim olunub

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


2026-cı il avqustun 3-dən 6-dək Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu – TADİV və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı həyata keçirilib. Proqram çərçivəsində Türkiyənin müxtəlif media qurumlarını və qeyri-hökumət təşkilatlarını təmsil edən jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən və təşkilat rəhbərlərindən ibarət 20 nəfərlik heyət Azərbaycana səfər edib.
Newscenter.az xəbər verir ki, səfərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və məskunlaşma işlərini yerində müşahidə etmək, “Böyük Qayıdış” proqramının nəticələri ilə tanış olmaq, Qarabağda baş verən tarixi dəyişiklikləri Türkiyə və beynəlxalq ictimaiyyətə birbaşa mənbələr vasitəsilə çatdırmaqdır. Proqram zəfər, quruculuq və sülh istiqamətləri üzərində formalaşdırılıb.
Azərbaycan dövlətinin regional sülh siyasətinin, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının, Zəngəzur dəhlizinin Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyası üçün strateji əhəmiyyətinin media müstəvisində obyektiv təqdim olunması da əsas hədəflər sırasında yer alıb.
Proqramın ilk günü Bakıda ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarı, Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub. Nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşərək Qarabağda yenidənqurma prosesi, Cənubi Qafqazda davamlı sülhün perspektivləri və müharibədən sonrakı regional vəziyyət barədə fikir mübadiləsi aparıb. Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən məlumatlandırma toplantısında isə sülh prosesi, Zəngəzur dəhlizinin regional əhəmiyyəti və Azərbaycan–Türkiyə əməkdaşlığının yeni imkanları müzakirə olunub. Proqramın uğurla həyata keçirilməsinə və media fəaliyyətinin səmərəli əlaqələndirilməsinə verdiyi dəyərli töhfələrə görə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat müşavirliyinə də təşəkkürümüzü bildiririk.
Səfərin Qarabağ mərhələsi Ağdamdan başlayıb. Heyət şəhər mərkəzində işğal dövrünün dağıntılarını, bərpa edilmiş Ağdam Cümə məscidini, yeni yaşayış ərazilərini və Ağdam Sənaye Parkını ziyarət edib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri ərazilərin minalardan təmizlənməsi, təhlükəsiz məskunlaşma və geri qayıdan sakinlərin müdafiəsi ilə bağlı brifinq təqdim ediblər. Türkiyəli qonaqlar Ağdama qayıdan ailələrlə görüşərək onların həyat şəraiti və doğma yurda dönüş təəssüratları ilə maraqlanıblar.
Xankəndidə şəhərin mövcud vəziyyəti, həyata keçirilən infrastruktur layihələri, yaşayış və sosial obyektlərin tikintisi barədə məlumat verilib, şəhərə baxış keçirilib. Şuşada Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər ağa məscidi, Molla Pənah Vaqifin məqbərəsi, eləcə də Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş büstləri ziyarət olunub. Səfərin Laçın mərhələsində Zabux və Sus yaşayış məntəqələrində aparılan quruculuq işləri, yeni yollar, enerji infrastrukturu və sakinlərin geri dönüşü ilə bağlı layihələr nəzərdən keçirilib. Bakıya qayıtdıqdan sonra nümayəndə heyəti Hərbi Qənimətlər Parkı və İçərişəhərlə də tanış olub.
Proqram Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən yekun iclasla başa çatıb. Müzakirələr zamanı Qarabağda quruculuq, regional sabitlik, Zəngəzur dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyəti, Azərbaycanla Türkiyənin nəqliyyat və enerji layihələrində əməkdaşlığı, həmçinin səfər zamanı əldə edilən müşahidələrin mediada işıqlandırılması məsələləri nəzərdən keçirilib. Görüşün nəticəsi olaraq heyət üzvlərinin ortaq qənaətlərini əks etdirən “Zəfərdən sülhə” yekun bəyanatı ictimaiyyətə təqdim olunub.
Bu proqram Qarabağ həqiqətlərinin birbaşa müşahidələr, canlı təəssüratlar və əldə olunan faktlar əsasında media məkanına daşınması baxımından mühüm informasiya və dialoq platformasına çevrildi. Türkiyəli jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri Ağdam, Xankəndi, Şuşa və Laçında işğal dövrünün ağır izlərini, minalardan təmizləmə prosesini, yeni yaşayış məhəllələrinin və sosial infrastrukturun qurulmasını, eləcə də “Böyük Qayıdış” çərçivəsində doğma yurda qayıdan sakinlərin gündəlik həyatını yerində müşahidə etdilər. Bu səfər dağıntıdan dirçəlişə keçidin miqyasını, dövlətin həyata keçirdiyi bərpa siyasətinin sistemli xarakterini və Qarabağın regionun yeni iqtisadi xəritəsində qazandığı strateji mövqeyi əyani şəkildə göstərdi.
Yekun iclas zamanı Qarabağın yenidən qurulması, Zəngəzur dəhlizi, nəqliyyat və enerji layihələri, regional əməkdaşlıq perspektivləri media nümayəndələrinin sahə müşahidələri əsasında geniş müzakirə olundu. Proqramın ən mühüm nəticələrindən biri də Türkiyə mediasında Qarabağla bağlı məlumatların rəsmi açıqlamalardan kənara çıxaraq birbaşa şahidlik, insan hekayələri və konkret faktlarla zənginləşməsi oldu. Bu formatın davamlı şəkildə keçirilməsi Azərbaycan–Türkiyə media əlaqələrinin güclənməsinə, Qarabağda aparılan quruculuq işlərinin beynəlxalq auditoriyaya daha dolğun çatdırılmasına və Cənubi Qafqazda formalaşan sülh gündəliyinin daha təsirli təqdimatına mühüm töhfə verə bilər.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Avqust 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri