Icma.az
close
up
RU
Gernika mükafatı sülhün təşviqidir

Gernika mükafatı sülhün təşviqidir

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Tarixin müəyyən məqamlarında bəzi məkan adları coğrafi anlayış çərçivəsindən çıxaraq bəşəri yaddaşın mənəvi rəmzinə çevrilir. Belə ünvanlar xalqların keçdiyi sınaqları, faciələrdən doğan dərsləri, eyni zamanda gələcəyə yönəlmiş ümid və dirçəliş iradəsini özündə yaşadır. Bu baxımdan, Gernika adı XX əsrin ağrılı yaddaşından doğaraq zamanla sülhə çağırışın, barışın və humanist düşüncənin simvoluna çevrilmişdir. Gernika adı bu gün yenidən dünyanın diqqət mərkəzindədir – amma bu dəfə faciənin deyil, sülhə yol açan təşəbbüslərin dəstəkçisi kimi.

“Sülh və Barışıq üçün Gernika Mükafatı”nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunması müasir beynəlxalq münasibətlər sistemində sülh ideallarına verilən yüksək dəyərin rəmzidir.

Bu qərar bir daha göstərir ki, çağdaş dünyada liderlərin böyüklüyü yalnız iqtisadi göstəricilər, siyasi təsir imkanları və hərbi qüdrətlə ölçülmür. Əsl liderlik böhranlı şəraitlərdə sabitlik yaratmaq bacarığında, qarşıdurmanı əməkdaşlığa çevirmək iradəsində və gələcək nəsillər üçün təhlükəsiz mühit formalaşdırmaq məsuliyyətində təzahür edir. Prezident İlham Əliyevin şəxsində Azərbaycan məhz bu keyfiyyətləri özündə birləşdirən müasir dövlət modeli formalaşdırmışdır.

Uzun illər regionda davam edən münaqişə Cənubi Qafqazı geosiyasi gərginlik zonasına çevirmişdi. Lakin tarixi ədalətin təmin olunması və Azərbaycanın ərazi bütövlüyünün tam bərpası bölgədə yeni mərhələnin əsasını qoydu. Bu mərhələnin əsas mahiyyəti qələbənin daha sonra da davam edəcək qarşıdurma vasitəsinə deyil, sülh platformasına çevrilməsi idi. Müasir siyasi tarixdə hərbi-siyasi nəticəni barışıq gündəliyinə transformasiya edə bilən liderlik nümunələri nadir hallarda müşahidə olunur. Prezident İlham Əliyev məhz belə strateji yanaşma ortaya qoyaraq postmünaqişə dövrünün əsas fəlsəfəsini müəyyənləşdirdi: regionda davamlı təhlükəsizlik yalnız qarşılıqlı tanınma, suverenliyə hörmət və əməkdaşlıq yolu ilə mümkündür.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, sülh sazişi üzrə aparılan danışıqlar, etimad quruculuğu tədbirləri, yeni kommunikasiya imkanlarının müzakirəsi regionun gələcəyinə dair fərqli siyasi mənzərə formalaşdırmaqdadır. Azərbaycanın irəli sürdüyü təşəbbüslər bu baxımdan yalnız regional hadisə deyil, qlobal siyasi təcrübə üçün də mühüm nümunədir.

Prezident İlham Əliyevin liderliyinin mühüm cəhətlərindən biri milli maraqlarla beynəlxalq məsuliyyət arasında uğurlu tarazlıq yaratmasıdır. Dövlət başçısının siyasi kursunda Azərbaycanın suveren maraqları qətiyyətlə qorunur, eyni zamanda beynəlxalq hüququn prinsipləri, qarşılıqlı hörmət, dialoq və çoxtərəfli əməkdaşlıq xətti ardıcıl şəkildə müdafiə edilir. Bu, müasir dünyada nadir rast gəlinən çevik və məsuliyyətli idarəçilik modelidir.

Məhz buna görə Azərbaycan son illərdə yalnız enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi deyil, həm də humanitar əməkdaşlıq platformalarının təşəbbüskarı kimi tanınır. Müxtəlif qitələrdə dost və tərəfdaş ölkələrə göstərilən humanitar yardımlar, beynəlxalq həmrəyliyə verilən töhfələr, mədəniyyətlərarası dialoq təşəbbüsləri dövlətimizin qlobal nüfuzunu daha da möhkəmləndirmişdir.

Azərbaycan Prezidentinə Gernika Mükafatının təqdim olunması həm də dərin rəmzi məna daşıyır. Bir zamanlar müharibə dəhşətlərinin simvoluna çevrilmiş bir şəhərin bu gün sülhə töhfə verən lideri təltif etməsi tarixdən gələcəyə uzanan mühüm mesajdır. Bu mesaj ondan ibarətdir ki, xalqlar faciələrin girovu olaraq qala bilməzlər; tarixdən nəticə çıxaran cəmiyyətlər barışıq və inkişaf yolunu seçirlər. Azərbaycan da bu gün tarixi qələbəsini sülhə çevirən qalib dövlət kimi çıxış edir.

Qələbədən sonra revanşizmə deyil, regional əməkdaşlığa üstünlük verilməsi Azərbaycanın siyasi müdrikliyinin bariz göstəricisidir. Ölkəmiz Cənubi Qafqazı qarşıdurma xəritəsindən əməkdaşlıq məkanına çevirmək əzmindədir. Nəqliyyat dəhlizləri, enerji marşrutları, iqtisadi inteqrasiya layihələri və qarşılıqlı faydaya əsaslanan təşəbbüslər bunun real ifadəsidir.

Bu gün beynəlxalq aləmdə Prezident İlham Əliyevin fəaliyyətinə verilən yüksək qiymətlər təsadüfi deyildir. Bunlar Azərbaycanın qazandığı geosiyasi çəkisinin, milli dövlətçilik modelinin və uzaqgörən liderlik kursunun məntiqi nəticəsidir. “Sülh və Barışıq üçün Gernika Mükafatı” ilə yanaşı, Prezident İlham Əliyevin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də dövlətimizin qlobal humanizmə, sivilizasiyalararası dialoqa və beynəlxalq həmrəyliyə verdiyi töhfələrin beynəlxalq səviyyədə etirafıdır. Bu iki mötəbər mükafat Azərbaycanın sülhə, qarşılıqlı anlaşmaya və qlobal əməkdaşlığa verdiyi töhfələrin beynəlxalq miqyasda ardıcıl təsdiqidir.

Nəticə etibarilə, Gernikadan Qafqaza uzanan bu mənəvi körpü müasir dövrün mühüm həqiqətini təsdiqləyir: XXI əsrdə qalibiyyət yalnız hərbi nəticə ilə ölçülmür; əsl qələbə müharibədən sonra sülh qura bilməkdir. Azərbaycan öz tarixi qələbəsini qazanmaqla regionda sabitlik, əməkdaşlıq və barışıq üçün yeni siyasi fəlsəfə formalaşdırmışdır.

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı

28 aprel 2026-cı il

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Aprel 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri