Icma.az
close
up
RU
Sülhün nəbzi ABŞ də ölçüləcək: Tarix yenidən yazılacaq?

Sülhün nəbzi ABŞ də ölçüləcək: Tarix yenidən yazılacaq?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Amerika Birləşmiş Ştatlarında keçiriləcək görüş Qafqaza sülh gətirmək baxımından mühüm mərhələdir. Belə görüşlər təsadüfi keçirilmir, liderlərin görüşü yalnız əvvəlcədən bütün əsas məsələlər razılaşdırıldıqdan sonra baş tutur".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

O bildirib ki, yalnız mübahisəli və ya uzlaşma tələb edən detallar aradan qaldırıldıqdan sonra belə bir görüşün keçirilməsi mümkün olur:

"Bu baxımdan əminliklə demək olar ki, Azərbaycan ABŞ-dəki görüş vasitəsilə hərbi sahədə əldə etdiyi nailiyyətləri diplomatik sahədə də möhkəmləndirərək tarixi zəfərimizin hüquqi-siyasi mərhələsini tamamlayacaq. Çünki dövlətlərarası münasibətlər qarşılıqlı əməkdaşlıq üzərində qurulur. Ermənistan-Azərbaycan münaqişəsi isə təkcə son otuz ilin deyil, yüz ildən artıq davam edən tarixi prosesin nəticəsidir.

Bu, sadəcə, iki dövlət arasındakı məsələ deyil, həm də beynəlxalq aktorların və müxtəlif sosial tərəflərin iştirak etdiyi genişmiqyaslı bir prosesdir. Məhz buna görə, Azərbaycanın əldə etdiyi zəfərin yaratdığı reallıqların hüquqi-siyasi baxımdan qəbul edilməsi böyük əhəmiyyət kəsb edir. ABŞ-də keçiriləcək görüşdə də əsas mövzulardan biri məhz bu olacaq".

Deputat əlavə edib ki, Azərbaycan haqlı olaraq israr etdiyi məqsədlərinə çatmaq üzrədir:

"Bu məqsədlərə uzunmüddətli sülhün təmin edilməsi üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması və azərbaycanlıların öz torpaqlarına maneəsiz qayıdışının təmin olunması daxildir.

Bundan başqa, görüş ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanmasına, ikitərəfli danışıqlarda nəzərdə tutulan məsələlərin həllinə şərait yaradacaq. Əgər bu istiqamətdə yetərli zəmin olmasaydı, Azərbaycan Prezidentinin belə bir səfəri də mümkün olmazdı.

Beləliklə, sözügedən səfər həm regional sabitlik baxımından, həm də ABŞ-Azərbaycan münasibətlərinin yeni keyfiyyət mərhələsinə daxil olması baxımından tarixi əhəmiyyət daşıyır".

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Avqust 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri