Sumqayıt 10 min manat cərimə olundu
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
AFFA İntizam Komitəsi "Sumqayıt"ı klub prezidenti və baş məşqçiyə görə 10000 manat cərimələyib. Sport24.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "Kəpəz"ə qarşı keçirdikləri Misli Premyer Liqasının XXX turunda yaşananlar səbəb olub.
Qarşılaşma bitdikdən sonra "gənclik şəhəri" təmsilçisinin prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olub. O, ikisi şərti olmaqla beş oyunluq cəza ilə üzləşib. "Kimyaçılar"a buna görə 5000 manat cərimə tətbiq edilib.
Komandanın baş məşqçisi Saşa İliç də sözügedən qarşılaşmada birbaşa qırmızı vərəqə alıb. O, növbəti iki görüşdə texniki zonada yer almayacaq və klub buna görə 5000 manat ziyana düşüb.
Bu mövzuda digər xəbərlər:“Sumqayıt”dan 10 cu sülh
07 Fevral 2025 10:21
Sumqayıt və Binəqədidə 10 min manatlıq oğurluq SAXLANILDILAR
02 Noyabr 2025 14:44
Abbasova 1 oyunluq cəza, İliç “Sumqayıt”ı 10 min manat ziyana saldı
04 Dekabr 2025 13:12
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: saat 10 dan...
23 Dekabr 2025 08:49
Onlar quşlara görə 10 min manat cərimə ediləcək
19 Fevral 2025 15:34
Baxış sayı:90
Bu xəbər 06 May 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















